“Elazığ – Bakı: mədəniy¬yət və sənət görüşləri”ndə iştirak etmək üçün ötən ilin fevral ayının qarlı-şaxtalı ilk günlərində Türkiyəyə yola düşən nümayəndə heyətinin tərkibində bu sətirlərin müəllifi də var idi. Bizi İstanbul hava limanında əslən Harputdan olan dostları¬mızdan Türk Ədəbiy¬ya¬tı Vəqfinin başkanı Sərvət Kabaklı, İstanbul Univer¬siteti Döv¬¬¬lət Konservatoriyası Xalq musiqisi topluluğunun şefi, sənətçi Əsəd Kabaklı, istiqlal şairi Almas İldırımın oğlu Azər Almas və b. bö¬yük hərarət və mə¬həb¬bətlə qarşıladılar. Sərt hava şəraiti Elazığa uçan təyyarələrin iş qrafikində fasilə yaratdığı üçün bir gün İstanbulda qalmalı olduq. Fürsətdən səmərəli faydalanaraq böyük türk mü¬tə-fəkkiri, ədəbiyyatşünası, yazarı Əhməd Kabaklının təməlini qoy¬duğu Türk Ədə¬biy¬ya¬tı Vəqfi və “Türk Ədə¬biy¬ya¬tı” dərgi¬sinin redaksiya heyəti ilə yaxından tanışlıq məmnunluq hissi doğururdu. Vəqfin başkanı Sərvət bəy Əhməd Kabak¬lı¬nın şəxsiyyəti, həyat və yardacılığı haqqında geniş məlumat verdi, onun əsərlərini Azərbaycandan gələn qo¬naq¬lara hədiy¬yə etdi. Yığcamlığı və diqqətçəkənliyi ilə seçilən “Ejderha taşı” kitabını birnəfəsə oxudum. Burada 2800 ildən çox yaşı olan Harpu¬tun sirli-sehirli abidə¬lə¬rin¬dən, camelərindən, küçə¬lərin¬dən, zəhmətsevər, söhbətcil in¬san¬larından, müəllifin bu nağıl-şəhərdə keçən uşaqlıq çağ¬larından rəvan bir dillə bəhs edilir... Ertəsi gün, fevralın 2-də iqlimin sərtliyinə baxmayaraq İstanbuldan Elazığa, oradan isə avtobusla böyük düşüncə adamı, yazar Əhməd Kabaklının doğulub boya-başa çatdığı Harputa üz tutduq. Uzaqdan Harputun bəmbəyaz gəlinlik libasını geyin¬miş Süd Qalası əfsanələr beşiyi, nağıllar şəhərciyini andıran möhtəşəm və cazibə¬dar görünüşüylə hər kəsi valeh edirdi. Dağların sal qayaları bu qədim şəhəri elə bil toy xonçası kimi başı üzərinə qaldırıb. Camelərdən ucalan mina¬rələr bu xonçanın hələ yandırılmamış şamlarına necə də bənzəyirdi. Yeganə dolanbac yolla Harputa qalxırıq. Bu yol mənə Şuşanın Yeddi dolamasını xatırla¬dır... Hələ dörd il əvvəl “Xəzər şeir axşamları”ndan yaxından tanıdığım istedadlı müğənni, milli və vətənpərvərlik ruhunda yazılmış lirik mah¬nıların əvəzsiz ifaçısı Əsəd Kabaklının “Oğlum” tür¬küsünü zümzümə etməsi avtobusda əyləşənlərin diqqətini özünə çəkir. Çabuk böyü, çabuk yetiş, tez, oğlum, Çaqqal gəzən bu dağlarda gəz, oğlum, Gəz oğlum! Qarabağa göz dikəni əz, oğlum! Dostun kimdi, düşmənin kim? - Sez, oğlum, Tarixini şərəfinlə yaz, oğlum, Yaz oğlum! Əsəd bəyin şərqinin Sərhəd Kabaklı tərəfindən yazılmış mətnində “Vətən” sözünü “Qarabağ”la əvəzləməsi diqqə¬timdən yayınmır. O isə gənclik illərini yada salaraq dedi ki, Türkiyənin tanınmış yazarı, əmim Əhməd Kabaklı hələ Sovet dönə¬¬mində Bakıda olarkən oradan mənə Bülbülün vallarını alıb gətirmişdi. Bu müğənninin səsi, onun oxu¬duğu təsniflər, romanslar məni heyran etdi, Azər¬bay¬cana sevgimi daha da artırdı. Ondan çox mahnısını əzbər-ləmiş¬dim. Sonralar dörd dəfə Bakıda oldum. Tarixin daş kitabəsi ad¬lan¬dırılan İçəri Şəhəri gəzdikcə elə bilirdim əfsanəvi Harputdayam... Bəli, biz də Elazığı, Harputu gəzdikcə, buradakı ziyalı¬larla sıx-sıx təmasda olduqca, böyük dühanı yetirən ədəbi-mədəni mühiti daha dərindən öyrəndikcə Əhməd Kabaklı şəxsiyyətini və sənətini yetərincə duymaq və dəyərlən¬dir imkanlarına yiyələnirdik... *** XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mü-hərrir Əhməd Kabaklı fədakar araş¬dırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədə¬biy¬yat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edi¬lən, ümumi həcmi 4330 cəhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensik¬lopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür impe¬rializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməl¬lərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmə¬ləri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsə¬fəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiy¬yatı” (2011) və b. kitabları nəsil¬lərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zəngin¬ləş-məsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazma¬ları, arxiv sənədlərini saf-çürük edən, dəyərlən¬dirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir. Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradı¬cılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhi¬nə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Har¬putda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanın¬mış ədəbiy¬yatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq-A.R.) yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi (B.Ay¬vazoğlu. Göllübağdan köşə yazarlığına yüyürən yetim Əhməd Kabaklı. “Türk ədəbiy¬yatı”, 1997, № 279, s.8-9). Fərqli bir dəyərləndirməyə - Dr. S.Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xe¬yir¬xahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğun¬lu¬ğunu, doğrulu¬ğu¬nu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqlədi. Dövrün, epoxanın məhrumiyyətlərinə, məşəqqətlərinə baxmayaraq zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər. 1926-cı ildə Harputda Kabaklılar ailəsinə ağır itki üz verdi. Təsadüfi qəza nəticə¬sində Ömər əfəndi həlak oldu. İki yaş yarımında ikən ata¬sını itirən Əhməd Kabaklı çətin¬lik, yoxsulluq və ehtiyac içində böyümüş, anası Münirə xanımın hima¬¬yəsi altında təlim-tərbiyə almış, anasından və xalasından çoxsaylı əfsanələr, nağıllar, atalar sözləri din¬ləmiş, Elazığda ibtidai məktəbi və liseyi yüksək qiy¬mətlərlə başa vurmuşdur. İstanbul Universitetinin ədəbiyyat fakül-təsinin türko¬lo¬giya bölü¬mündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan və b. görkəmli şəxsiyyətlərdən dərs alirdı. Ə.Kabaklı ilk tən¬qidi məqalələrini də tələbəlik illərində çap etdirir, 1948-ci ildə bu universiteti bitir¬dikdən sonra isə Diyarbəkir lise¬yində peda¬qoji fəaliy¬yətə başlayır. Bu şəhər onun həyatında və taleyində unudulmaz xoş duy¬ğular yaradır, zərif izlər buraxır. Əhməd bəy Diyar¬bəkir qız liseyində riyaziyyat müəl¬¬liməsi işləyən Məşkurə Elbir xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu izdi¬vacdan onun sonralar kim¬yaçı kimi tanınan Taner adlı oğlu dünyaya gəlir. Ötən əsrin 50-ci illərində Milli Təhsil Nazirliyi onu Parisə oxumağa göndərir, qayıtdıqdan sonra İstanbul Peda¬qoji İnstitutunda müəllimliyə başlayır, eləcə də İstanbul Texniki Universitetində ədəbiyyatdan dərs deyir. 70-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qə¬dəm qoyan “Türk ədəbiyyatı” dərgisi Ə.Kabaklının təsis¬çi¬liyi və baş redak¬torluğu ilə yarandı və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfku¬rəyə, mənəvi dəyərlərə dayalı yeni cərəyanın, çağdaş ədəbi məktəbin təmə¬lini qoydu. Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yara¬dıl¬ması idi. Ə.Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süley¬man Dəmirəl, Alparslan Türkeş, prof.Məhərrəm Er¬gin, prof.Faruk Kadri Timurtaş, prof.Mehmet Kaplan, prof.Tahsin Banguoğlu, Necip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Ata¬gün, Halis Akaydın, İsmayıl Gerçək¬söz və b. tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçü¬lüyə və türk ədəbiyyatına heç bir əyintiyə və sapın¬tıya yol vermədən ləyaqətlə xidmət edir. Kabaklı xocamızın bir sıra əsərlərinin ilk variantı Vəqfin yığıncaq¬larında, “Çərşənbə axşamları”nda dinlə¬nilmiş, bəyənilmiş və dərgi¬də nəşr olunmuşdur. Ötən yüzilliyin 90-cı illərində Əhməd Kabaklı özünün söylədiyinə əsasən iki dəfə Bakıda olmuşdur. Sonuncu dəfə Azərbaycana gələrkən Türk xalqları ədəbiy¬ya¬tının fəal və istedadlı araş¬dırıcısı Əli Şamillə görüşmüş, ona geniş mü-sa¬hibə vermişdir. Böyük ustad radio-müsahibəsində düşün¬cələrini və arzularını dilə gəti¬rərək demişdir: “Mən Əhməd Kabaklı olarak, tabii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca “Tərcüman” qazetəsində yazarım, davamlı köşə ya¬zı¬sı yazarım. Azər¬¬baycan oxucusuna bu səfər keçən gəli¬şimə göre daha ferahlamış, daha kendine gəlmiş olarak gördüm. İnşallah növbəti gəlişimlə daha da başqa özəlliklər görə¬cəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün me¬se-lem bir-birilerini sevmə¬ləri¬dir. Türki¬yeyi sevmeleridir, türk dünyasını sevmeleridir ve bu şəkildə çox ferahlı gün¬lərə doğru birlik olaraq gedə biləcəymizə inanıyorum.” Onun qəlbində həmişə Azərbaycan sevgisi çağlamışdır. Hələ 1983-cü ilin iyun ayında televiziya vasitəsi ilə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmini seyr etdikdən sonra “Tərcüman” qəzetində fərəh, iftixar, bir az da özünütənqid hissi ilə yazırdı: “21 iyun televiziyada "Dədə Qorqud"u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan azəri qardaş¬larımıza təşəkkürümüz var: Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə "Dədə Qorqud" kimi bir dastanımızın var olduğunu xatırlatmaları ücün. Soyu¬mu¬zun fəzilətlərini, igidliklərini, mərasimlərini, Allaha və dövlətə hörmətlə¬rini, yalana nifrətlərini, cihad¬la¬rını, təmiz eşqlərini bir müqəddəs əfsanə mühiti içində bizə anlatdırdıqları ücün. Oğuzların vətən sevgisi, torpaq sevgisi yaxşı gös¬tərildiyi kimi, saf və təmiz dindarlıqları da dilə gətirilə bilərdi. Ancaq azəri soy-daşlarımız haqlı olaraq deyə bilər ki: "Biz kiçik qardaşlarıq. Dini və millətləri rədd edən yabançı bir rejimdə, biz bunu edə bildiksə, yenə də böyük hünər və uğur sayılmalıdır. Daha gözəlini, daha yaxşısını biz əlbəttə sizdən gözləyirik. Sizin rejissorları¬nız, aktyor¬larınız, bəstəkarlarınız hardadır?" "Dədə Qorqud"un 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl dastanlarından birini ondan çıxaracaq şairləriniz, ədibləriniz hardadır? Niyə baxmırsınız soyunuz oğuzların o eşsiz dillə¬rinə, məra¬simlərinə, inanclarına. Yoxsa sizi də "Əcəl alıb, yer gizlə-mişdir?” Qələmə alındığı dövrlə müqayisədə bu fikirlər adi sözlərdən ibarət deyildir. Hər cüm¬lədə millətinin taleyi üçün döyünən narahat bir qəlbin çırpıntısı, yüz illərlə bir-birindən ayrı düşmüş, parçalanmış türk xalqlarının ortaq keçmişinə sahiblik duy¬ğusunun aşılanması üçün müdrik bir ziyalının atəşin səslənişi duyul¬maq¬dadır. Ə.Kabaklının bu cəsarətli fikirləri ilk növbədə dəmir pərdəli rejimlərin rəzalət qoxuyan qadağalarından daha çox içimizdəki biga¬nə¬liyə, soyuqluğa ünvan¬lanıb. Oğuzların vətən, torpaq sev¬gisinin filmdə qabardılmasını Əhməd bəy yüksək dəyər¬¬lən¬dirir. Çünki o özü də oğuz ellərinin, türk dünyasının bir Dədə Qor¬qudu idi. Əhməd Kabaklının türk millətinə namuslu xidmətinə görə aldığı çoxsaylı ödüllər, mükafatlar sirasında birinin yeri xüsusilə fərqlənir. Aydınlar Ocağının və 55 müstəqil qurumun birgə qərarı ilə ona Atatürk Kültür Mərkəzində 1996-cı ilin dekabr ayında keçirilən və dövlət məmurlarının da qatıldığı yığıncaqda Şeyxül-mühərrir fəxri adı verilmiş¬dir. Bu adı o sanballı əməyinə verilən ən yüksək dəyər kimi qəbul etmiş və ömrünün sonunadək Şeyxül-mühərrir (ya-zarların şeyxi – A.R.) titulunu iftixar hissi ilə daşımışdır. *** “Elazığ – Bakı: mədəniy¬yət və sənət görüşləri”ndən İstanbula qayıtdıqdan sonra Osmanlı Dövlət Arxivinə baş çəkmək niyyətilə bir neçə gün bu şəhərdə qal¬malı oldum və Türk Ədəbiyyatı Vəqfinin çeşidli maddi və mənəvi dəstə-yindən ba¬rın¬¬dığımı minnətdarlıq duyğusu ilə vurğulamağı özümə borc bilirəm. 2012-ci ilin fevralın 8-i Əhməd Kabaklının xatirə günü idi. Dəyərli dostum Sərvət bəyin dəvətilə Şeyxül-mühərririn vəfatı¬nın 11-ci ildönümü münasibətilə məzarı¬nın ziya¬rət¬çiləri arasına mən də qatıldım. Böyük ustadın əbədi istirahətgahı İstan¬bulun Piyer Loti yüksəkliyində yerləşən Əyyub Sultan qəbiristanlığında həyat yoldaşı Məşkurə xanımla qoşadır. Mərhumun ruhuna Quran oxunmasından sonra Sərvət bəy Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anım mərasiminə ünvanladığı teleqramını oxudu: “Milli dəyər-lərimizə ver¬diyi önəm ilə anılan və geridə bu həssasiyyətilə yetişmiş minlərcə tələbə bura¬xan mərhum Əhməd Kabaklı keçmişdə və bu gün olduğu kimi gələcəkdə də əsər¬ləriylə fikir dünyamızı aydınlatmağa davam edəcəkdir. Vəfatının 11-ci ildönümündə mərhum, Şeyxül-mühərrir Əhməd Kabaklını rəhmət və şükanlıqla anırıq.” Baş nazirin qeyd etdiyi kimi doğrudan da Əhməd Kabaklı bütün həyatını, yaradıcılığını türk insanının fikrini, düşüncəsini aydınlatmağa, işıqlandırmağa yönəltmişdir. Təsadüfi deyildir ki, Türkiyədə ziyalılar hər zaman onu ədəbiy-yatşünaslığın, ədəbiyyat tarixinin patriarxı, ya¬zar¬ların xocası və ucası kimi ehtiramla xatırlayır və dəyər¬ləndirirlər. Asif RÜSTƏMLİ, Filologiya elmləri doktoru, professor