İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 20-09-2021, 11:44
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika elmi konfransı keçiriləcək
Dekabrın 16-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Müasir dünyada din təhsili” mövzusunda Respublika elmi konfransı keçirəcək.

Butov.az
xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbir müasir dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflər irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə təşkil ediləcək.

Konfransın mövzuları:

-Sovet hakimiyyəti dövründə din təhsili sahəsində vəziyyət və din alimlərinə münasibət;

-Ümummilli lider Heydər Əliyevin siyasətində dövlət-din münasibətləri və Ulu Öndərin din sahəsinə diqqəti;

-Din təhsilində milli-mənəvi və ümumbəşəri dəyərlərin aşılanması zərurəti;

-Tolerant və multikultural mühitin formalaşması istiqamətində Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar;

-Azərbaycan Respublikasında dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin təhsil müəssisələrində təbliği;

-Müasir Azərbaycan cəmiyyətində vətəndaş identikliyinin formalaşmasında din təhsili amili və rolu;

-Dinlərarası və məzhəblərarası dözümlülük kontekstində Azərbaycanda mövcud din təhsili modelinin perspektivləri;

-Dünya təcrübəsində müxtəlif din təhsili modelləri;

-Dini savadsızlığın doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları;

-Orta təhsil müəssisələrində dini biliklərin aşılanmasında tədris olunan fənlərin əhəmiyyəti: dünya və Azərbaycan təcrübəsi;

-Din təhsilində müvafiq dini ədəbiyyat seçiminin əhəmiyyəti;

-Dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə problemi;

-Azərbaycan dilində din sahəsində yeni dərs vəsaitlərinin və kitabların nəşri məsələsi;

-Dini maarifləndirmədə kütləvi informasiya vasitələrinin rolu;

-Dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadr və mütəxəssislərin hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu.

Məqalə heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır. Məqalənin mətni A4 formatda, 12 ölçülü, “Times New Roman” şriftində yığılmalıdır. Məqalə Azərbaycan, türk və ya rus dillərində ilahiyyatkonfrans@ait.edu.az ünvanına göndərilməlidir.

Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!