Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 6-11-2019, 08:13
Aİİ-nin rektoru Moskvada Üçüncü Beynəlxalq Elmi Konfransda iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri Rusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən “Elm və təhsil məkanında ilahiyyat: din, mədəniyyət və maarif” mövzusunda Üçüncü Beynəlxalq Elmi Konfransda iştirak edib.
Konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.
Aİİ rektoru Ceyhun Məmmədov konfransda “Müasir dövrdə Azərbaycanda din təhsili” mövzusunda məruzə ilə çıxış edib. Rektor diqqətə çatdırıb ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaradılması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir.
C.Məmmədov bildirib ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, milli-mənəvi və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi üçün bir çox addımlar atılıb. Rektor vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bunu əyani olaraq sübut edir.
Daha sonra Aİİ rəhbəri Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. O, ali təhsil müəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, həmçinin əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanır. Rektor gənclərin milli-mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, konfrans ilahiyyat elminin inkişafı, gənc nəslin milli-mənəvi, əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sistemində dinlərin öyrənilməsinin əhəmiyyəti baxımından ümum-Rusiya miqyasında mühüm hadisələrdən biridir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!