Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 4-01-2019, 09:39
Bakıda yeni qəzet nəşr olundu
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb.
“İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb. Nəşrdə görkəmli akademiklər, Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur. Qeyd edək ki, ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc ediləcək.
Qəzetin nəşr olunmasında məqsəd gənclərdə yaradıcılıq vərdişlərinin artırılması və onların intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.
Məlumat üçün bildiririk ki, bu günlərdə, həmçinin İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı, “Din araşdırmaları” jurnalı çapdan çıxıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!