Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-09-2018, 12:14
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”


Ceyhun Məmmədov: “Dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır”
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib.
Tədbirdə Beynəlxalq Tərcüməçilər günü, dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb. Dəyirmi masada Aİİ-nin rektoru Ceyhun Məmmədov, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Aİİ Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov, “İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ətrafında fikirlərini bildiriblər.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Beynəlxalq Tərcüməçilər günü ilə bağlı təbriklərini çatdırıb. C.Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin yaradılmasını dövlət-din siyasəti sahəsində mühüm addımlardan biri olduğunu qeyd edən rektor vurğulayıb ki, dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsi gərəkliliyini nəzərə alaraq ilahiyyatçıların xarici dilləri yaxşı bilmələri vacibdir. C.Məmmədov, bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirildiyini, bununla bağlı yaxın günlərdə dərslərdən əlavə ödənişsiz kursların təşkil ediləcəyini deyib. C.Məmmədov qeyd edib ki, dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən ilk növbədə yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”

Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov son illərdə mərkəzin dini tərcümə sahəsindəki fəaliyyətindən danışıb. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirən Z.Məmmədov tərcümə işinin spesifikası ilə bağlı məsələlərə aydınlıq gətirib. Vurğulayıb ki, hər hansı bir əsər dilimizə çevrilərkən onun mahiyyətinin düzgün çatdırılması əsas etalon olmalıdır.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi tərcümə işinin tarixinə nəzər salaraq, bu sahənin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolundan danışıb. O, mədəniyyətlərin inteqrasiyasının, elmi biliklərin mübadiləsinin tərcümə sayəsində mümkün olduğunu bildirib. Ə..Farsi bu sahədə İran Mədəniyyət Mərkəzinin gördüyü işlərdən danışaraq, birgə fəaliyyətin mümkünlüyünü qeyd edib.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, dini mənbələrin əksəriyyəti ərəb dilində olduğu üçün ilahiyyatçıların bu dili mükəmməl bilmələri vacibdir. Ölkələrimiz arasında tarixi bağlardan danışan Ə. Elaydi diqqətə çatdırıb ki, Misir arxivlərində Azərbaycana aid ərəb dilində çoxlu sayda mənbələr var. Bu mənbələrin dilimizə tərcümə edilməsinin ölkə elminə, tarixinə xüsusi töhfə verə biləcəyini vurğulayan mədəniyyət elçisi bununla bağlı təkliflərini səsləndirib, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”

Sonra Aİİ-nin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova Beynəlxalq Tərçüməçilər gününün tarixini, mahiyyətini əks etdirən təqdimatla çıxış edib.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”

Dəyirmi masada çıxış edənlərdən Aİİ-nin müəllimi f.üf.d Elvüsal Məmmədov, “İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix elmləri doktoru Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və digərləri Azərbaycanda tərcümə işinin mövcud durumundan danışıblar. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən fikir sahibləri dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, dini ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi Aİİ-də İslam dininin və digər dinlərin dərindən tədris edilməsi, həmçinin qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.
“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib”


Paylaş



Bölmə: Maarif / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!