Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 13-02-2015, 13:56
Bağışlayın, Balay müəllim!

Siyavuşla tez-tez zəngləşirik. Bayramlar da da, adi günlərdə də bir-birimizdən hal- əhval tuturuq. Son vaxtlar atası xəstə olduğundan bir az səksəkə içində danışırdıq. Növbəti zəngi Siyavuş etdi. Məni atasının 80 illik yubileyinə çağırdı. Çox sevindim, səksəkədən çıxdım. Hətta xəyalən 40 il əvvəllərə qayıtdım. Gözlərimin önünə ucaboy, qəddi-qamətli, üzü təbəssümlü, həmişə səliqəli geyinən, bir sözlə özünəməxsusluğu ilə seçilən bir cavan gəldi. Bu Siyavuşun atası, mənim sevimli müəllimim BalayƏrəbov idi. Yubileyi ərəfəsində müəllimimlə, oxucularımızı qismən də olsa, tanış etmək istədim:
Bütün ömrünü gənc nəslin təlim tərbiyəsinə həsr etmiş Balay Ərəbov 5 fevral 1935-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində anadan olub. İbtidai təhsilə də elə doğma kəndində başlayıb. Onun uşaqlıq illəri İkinci Dünya Müharibəsinin ağır, məşəqqətli dövrünə düşüb.1951-ci ildə orta məktəbi bitirərək kənd klubunda əmək fəaliyyətinə başlayıb. Bu müvəqqəti əmək fəaliyyəti Balay Məhəmməd oğlu Ərəbov ali məktəbə qəbul olunana qədər davam edib.
Bağışlayın, Balay müəllim!
O, 1954-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna (İndiki Dillər Universitetinə ) qəbul olunub. Ali təhsili müvəffəqiyyətlə başa vuran gənc müəllimi təyinatla Zəngilan rayonunun Haçalı kəndinə göndəriblər. Bir müddət orada Azərbaycan və ingilis dillərini tədris edəndən sonra elə həmin rayonun Hal kəndindəki məktəbə göndərilib. Bir il Hal kəndində müəllimlik edərək doğma rayona- Qafana qayıdıb.
Bağışlayın, Balay müəllim!
Rayonun ən qədim və böyük kəndlərindən olan Şəhərcikdə müəllim işləyib. Gənc, enerjili, işgüzar müəllim peşəkarlığı sayəsində işlədiyi məktəbin direktoru vəzifəsinədək yüksəlib. Ömrünün ən gözəl çağlarında -25 yaşında Qızılgül xanımla ailə həyatı qurub.
Balay müəllim yurda, ocağa, bağlı adamdır. Şəhərcik kəndində yüksək vəzifə tutsa da, yerli əhali arasında kifayət qədər hörmət sahibi olsa da, doğma kəndi, uşaqlıq xatirələrinin şirinliyi onu ocaq başına- Gığıya çəkib. Bir müddətdən sonra əmrini öz oxuduğu məktəbə aldı. Beləcə taleyini həmişəlik doğma kəndinə bağlayıb. Valideynlərinin qulluğunda durmağı, dostların, doğmaların övladlarının təlim- tərbiyəsi ilə məşğul olmağı həyat amalı seçib.[center]Bağışlayın, Balay müəllim!
Bağışlayın, Balay müəllim!

O vaxtlar məktəbimiz səkkizillik olduğuna görə, 9-10-cu siniflərə Gığı kəndinə gedirdik. 1973-75-ci tədris illərini Gığı kənd orta məktəbində oxudum. Balay müəllimi də elə o vaxtlardan tanıdım. Müəllimim haqqında söz demək, ona qiymət vermək fikrindən çox- çox uzağam. AmmaBalay müəllim şagirdlərinin təkcə müəllimi deyildi, həm də dostu, sirdaşı idi. Dərsdə nə qədər tələbkar idisə, məktəbdən kənarda bir o qədər qayğıkeş, diqqətcil idi. Kəndlərimiz çox aralı olduğundan qış vaxtları evimizə gedib gələ bilmirdik. Yataqxanada qalırdıq. Balaymüəllimgilin evi məktəbə gedənyolun üstündə oldğundan tez-tez rastlaşırdıq. Hər dəfə də qayğıkeşliklə hal-əhval tutar, bir ehtiyacımızın olub-olmadığını soruşar, əgər nəyəsə ehtiyacımz olarsa, utanmadan, çəkinmədən evə gəlməyi, ehtiyacımızı, problemimizi söyləməyi tapşırardı. Onun bəzən uşaqlarla xoş zarafat etməyi, həddini keçənin, şuluq salanınisə qulağını dartmağı da vardı. Balay müəllim beləcə öz sevimli müəllim kollektivilə birlikdə bizləri bircə-bircə pərvazlandırdı. İndi Respublikamızın hər yerində Balay müəllimin- Gığı kənd orta məktəbinin yetirmələri var.
Bağışlayın, Balay müəllim!
Bağışlayın, Balay müəllim!

Çox təəssüflər olsun ki, Balay Müəllim də 100 minlərlə Qərbi Azərbaycanlı soydaşımız kimi, öz dədə-baba yurdundan erməni-rus faşist birləşmələrinin təzyiqi altında qovuldu. 1988-ci ildə, ömrünün ən yetkin, ən müdrik çağında doğma məktəbindən, sevimli şagirdlərindən ayrı salındı. Doğma məktəbimizdən, yurdumuzdan ayağımız kəsildi. Dərd şələli, niskil yüklü yurddaşlarımızın hərəsi bir diyara səpələndi. Uzun ayrılıqdan, üzüntülü yaşantılardan sonra Bakı şəhərində bir yas mərasimində görüşdük. Vətən həsrəti müəllimimin qara saçlarına dən salmışdı. Özünü nə qədər toxdaq tutsa da. boğazında düyünlənən qəhər gözlərindən damcıladı.
Bağışlayın, Balay müəllim![/center] Bir xeyli sükutdan sonra "Ziyəddin qağam necədi", deyə soruşdu. Işlərimlə maraqlandı. Beləliklə xeyir-şər məclislərimizdə daha tez-tez görüşməyə başladıq. Vətən həsrətiBalay müəllimi özündən almışdı, əvvəlki şuxluğundan, xoş ovqatından əsər -əlamət qalmamışdı. Artıq məni də şagirdi kimi deyil, dostu, dərddaşı kimi qarşılayırdı. Hər ikisinin söhbətlərindən bilirdim ki, aralarında 15 yaş fərqləri olmasına baxmayaraq, dədəmlə müəllimim dost olublar. Biz tərəflərdə böyük qardaşa sadəcə qağa deyərdilər.
Bağışlayın, Balay müəllim!
Bağışlayın, Balay müəllim!
Balay müəllim də dədəmə qağa deyirdi. Dədəm yurd itkisinə dözə bilmədi. Dostlarından vədəsiz ayrıldı. İndi onun ətrini dostlarından alıram. O dostlardan biri və əvəzsizi Balay müəllimdir. Nə yaxşı ki, varsınız Balay Müəllim!
Balay müəllimin dağlar qoynunda keçən gəncliyini, peşə fəaliyyətiylə bağlı uğurlarını, bir sözlə həyat hekayəsini bir qəzet məqaləsində sıxışdırmaq çox çətindir. Sadəcə bildirmək istəyirəm ki, biz müəllimlərimizlə öyündüyümüz kimi, müəllimlərimiz də öz şagirdləri ilə fəxr edirlər. Bunu hər görüşümüzdə hiss edirik. Şagirdlərini görəndə doğma balası kimi bağrına basır, bir xoş sorağımızı alanda, haqlı olaraq qürurlanırlar. Çünki hər birimizin uğurunda müəllimlərimizin payı hamıdan çoxdur.
Balay müəllimin 80 illik yubileyini qəzetdə təbrik eləmək üçün oğlu-dostum Siyavuşdan bir şəkil istədim. Amma istədiyim şəkli gətirmədi, başqasını gətirdi. Səbəbini soruşanda dedi: " Balay müəllim ən çox istədiyi şəkli verdi".
Şəklə baxdım. 1968-cı ildə, şagirdlərinin arasında çəkdirmişdi. Yəqinki bu şəkli şagirdlərilə birlikdə olduğuna görə çox istəyir. Elə Balay müəllimin böyüklüyü də şagirdlərinə olan sevgisində, peşəsinə bağlılığındadır. Mən də şagirdləri adından əziz Müəllimimizi 80 illiyi münasibəti ilə ürəkdən təbrik edir, sağlamlıq arzulayıram. Ürəyi Zəngəzur həsrətinə tab gətirməyib, dünyamızdan vaxtsız köçən Hafiz Baxışın bir şeirilə könlünü ovundurmaq istəyirəm:
Həsrət
...Neçə ildir, çaylar axıb, çağlar mənsiz,
Buz bulaqlar için-için ağlar mənsiz,
Darıxıbmı güllər mənsiz,dağlar mənsiz,
Dağlar üçün, güllər üçün darıxmışam...

Səhər- axşam dolaşmaqdan doymadığım,
Gəzmədiyim, bir qarış yer qoymadığım,
Laləsini qoparmağa qıymadığım,
Göy çəmənlər,çöllər üçün darıxmışam.

Qayalardan Qırat kimi çapıb gələn,
Öz səmtini, axarını tapıb gələn,
Zirvələrdən məlhəm kimi qopub gələn
Gül qoxulu yellər üçün darıxmışam.
Qayaları təbil kimiçalıb gedən,
Qabağına hər nə gəldi, alıb gedən,
Dərələrə haray-həşir salıb gedən
Həşəmətli sellər üçün darıxmışam...
Qucağında bu dünyaya göz açdığım,
Qucağından pərvazlanıb tez uçduğum,
Harda olsam, xatırlayıb, söz açdığım
Doğma, əziz ellər üçün darıxmışam...

Uca dağlar, qurbanınız olum sizin,
Zirvənizə bir də düşəryolum, sizin...
Qoy dolansın boynunuza qolum sizin,
Sizdə keçən illər üçün darıxmışam!!!
Bağışlayın, Balay müəllim!

Əzizimiz Balay müəllim, biz də Sizlər üçün darıxmışıq... Bizi bağışlayın! Bağışlayın ki, torpaqlarımızı düşmən tapdağından azad eləyib 80 yaşlı müəllimimizi öz ocağına qaytara bilmədik!
Müəllimlərimizə etiramla:
Gığı kənd orta məktəbinin məzunları adından Tamxil Ziyəddinoğlu
5 fevral 2015-ci il
Sözardı: Fevralın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsindəki “Ulduzlar bağı” restoranında Balay Ərəbovun 80 illik yubileyi təntənəli şəkildə qed olundu. Doğmaları, qohumları, şagirdləri öz ürək sözlərini söylədilər. Balay müəllimlə bağlı xatirələr çözələndi. Saat 15-də başlanan görüş axşam saat 22-ni ötüncə uzandı. Xoş musiqi sədaları altında uzanan görüşdə heç kim Balay müəllimi tərk etmək istəmirdi. Yuxarıda verilmiş şəkillər də sazlı-sözlü görüşümüzün lent yaddaşına köçürülənlərdir.


Paylaş



Bölmə: Xəbər / Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!