Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyədə zəlzələ oldu .....                       
Tarix : 24-05-2022, 17:14
Bu il quduzluqla əlaqədar tibb müəssisələrinə 7 min 51 müraciət daxil olub

İnfeksion xəstəlik olan quduzluğun qarşısı alınmayanda onun ağır fəsadlarla qarşılaşmaq mümkündür. Xəstəliyə daha çox vəhşi heyvanlar, eləcə də yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Virus yalnız ağız suyu ilə xarici mühitə ifraz edilir. Ona görə də insanlar həmin virusa heyvanların dişləməsi ilə yoluxur. Dişləməyə məruz qalan şəxs tibb müəssisəsinə müraciət etməlidir. Lakin ilkin tibbi yardım olaraq yara nahiyəsini su ilə yumaq və spirtlə dezinfeksiya etmək vacibdir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova deyib: “Zədələnmə zamanı cərrah tərəfindən antirabik vaksin vurulmalıdır. Lokalzasiyasına görə zədə aşağı ətraflardadırsa, antirabik immunoqlobin dərhal vurulmur. Ona görə ki, bir neçə gün ərzində heyvan müşahidə edilməlidir, heyvan tələf olarsa, lokalizasiyanın yerindən asılı olmayaraq ölüm hallarının qarşısını almaq üçün antirabik immunoqlobin vurulur”.

Ölkəmizdə quduzluğa qarşı istifadə olunan vaksin Hindistan istehsalıdır. Həmin vaksin respublikamızın bütün şəhər və rayonlarında var. Vaksinasiyanın miqdarı dişləmə nahiyəsindən asılıdır.

Həkim Könül İsmayılova deyib: “Virusun daha bir pis xüsusiyyəti ondan ibarətdir ki, neyrotropdur, daha çox özünü nevroloji klinika ilə göstərir. İnkubasiya dövrü müxtəlif ola bilir və həmin dövrdən sonra sudan, işıqdan qorxma və digər nevroloji əlamətlər üzə çıxır. Hətta ağır hallarda huşun itməsi, ağız suyu ifrazının artması, iflic olma baş verə bilər. Tənəffüs əzələlərinin iflicinin baş verməsi daha pis sonluğa səbəb olur”.

Mütəxəssislər bildirirlər ki, ev heyvanlarının baytar müayinəsi aparılması və quduzluğa qarşı vurulan vaksinlər gecikdirilməməlidir. Statistikaya görə, bu il ölkə ərazisində tibb müəssisələrinə quduzluqla əlaqədar 7 min 51 müraciət edilib. Vəhşi heyvanların dişləməsi və quduzluq səbəbindən ölüm halı qeydə alınmayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!