Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 23-11-2015, 12:38
“Borçalı” Cəmiyyəti “Sınıq körpü”də keçirilən monitorinqin nəticələrini müzakirə etdi




“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti növbəti toplantısını keçirib.


“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətindən Butov.az-a verilən məlumata görə, toplantı “Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin 7 noyabr 2015-ci il tarixli toplantısının qərarına əsasən “Sınıq körpü” sərhəd-keçid məntəqəsində keçirilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr olunub. Qeyd edək ki, 18 noyabr 2015-ci il tarixində “Borçalı” İctimai Cəmiyyətinin sədr müavini Elbəyi Cəlaloğlu, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və müstəqil jurnalist Elçin Məmmədlidən ibarət nümayəndə heyəti vətəndaşlardan daxil olan silsilə şikayətlərin yerində araşdırılması üçün cəmiyyətin yuxarıda göstərilən qərarını rəhbər tutaraq “Sınıq körpü” sərhəd-keçid məntəqəsində monitorinq keçirib.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iclası açıq elan edərək mövzuyla bağlı giriş sözü dedikdən sonra monitorinq qrupunun hesabatını dinləmək üçün sözü qrupun rəhbəri Elbəyi Cəlaloğluya verdi.
[center]“Borçalı” Cəmiyyəti “Sınıq körpü”də keçirilən monitorinqin nəticələrini müzakirə etdi



Çıxışçının təqdim etdiyi arayışa görə, monitorinq qrupunun üzvləri əvvəlcə gecə saat 3.00 radələrində Gürcüstan tərəfə keçiblər. Gecəyarısı olduğundan gediş-gəlişin azlığı müşahidə aparmağı əhəmiyyətsiz edib. Burada müşahidə etdikləri yeganə neqativ hal Azərbaycan tərəfdə sərnişinlərin xüsusi minik avtomobilində keçmələrinə icazə verilməməsi və onların avtomobili tərk edərək piyada keçid xəttinə yaxınlaşmaları olub, lakin bu hal Gürcüstan tərəfdə qeydə alınmayıb.

Bundan sonra nümayəndə heyətinin üzvləri Gürcüstanda yaşayan, həmçinin Azərbaycanda səfərdə olmuş və sonra Gürcüstana, Rusiyaya və Türkiyəyə qayıdan sərnişinlərlə qarşı tərəfdə görüşüb söhbətlər etmiş, onların şikayət və ya qeydlərini dinləmişlər. “Sınıq körpü” sərhəd-keçid məntəqəsində vəziyyətin son dərəcə acınacaqlı olduğunu, dərəbəyliyin hökm sürdüyünü isə heyət Gürcüstandan Azərbaycana qayıdarkən müşahidə edib. Belə ki, onlar saat 17.00-da sərhəd-keçid məntəqəsinə Gürcüstan tərəfdən yaxınlaşarkən avtomobil növbəsinin iki kilometrə yaxın məsafədə Gürcüstanın içərisinə tərəf uzandığının şahidi olublar. Bu məsələ ilə bağlı Gürcüstan gömrükçülərinə müraciət edərkən qarşı tərəf “Günahı özünüzünkülərdə – Azərbaycan gömrüyündə axtarın, bu vəziyyətdən biz də bezmişik”, – deyə cavab verib.

Nümayəndə heyətinin üzvləri sərhədi şəxsi avtomobillə keçdiklərinə rəğmən doğrudan da məntəqənin Gürcüstan tərəfində heç bir maneə ilə rastlaşılmadığının canlı şahidi olublar, hətta qeydə alınıb ki, bir avtomobilin yoxlanılıb gömrük və sərhəd postunu keçməsi bir dəqiqədən də az vaxt aparır.

Müşahidələr zamanı məlum olub ki, Azərbaycan tərəfi avtomobilləri həddindən artıq ləngidərək, əsasən sürücülərin heysiyyatına toxunmaqla avtomobildəki pal-paltarı, zənbilləri primitiv üsulla, son dərəcə xırdaçılıqla, qanuna zidd formada yoxlayır və bu problemi qəsdən, süni surətdə yaradırlar. Məlum olub ki, bu bezdirilmələr əsasən avtomobillərdəki malların qeyri-qanuni müsadirəsinin asanlaşdırılmasına xidmət edir. Monitorinq qrupu ilə söhbətləşən sürücülərdən bir çoxu şikayətində məntəqədə avtomibilin yoxlanmasının ləngidilməsinə səbəb olan amillərdən biri kimi oradakı məmurların yoxlama aparmaq əvəzinə yoxlayacağı maşına söykənib telefonla yazışdıqlarını, “vatsap”la kiminləsə məzələndiklərini, yaxud da öz aralarında iş prosesindən kənar söhbətlərə qoşulduqlarını göstəriblər. Hətta monitorinq qrupu şahid olub ki, avtomobillə hirsli vəziyyətdə sərhəddən çıxmağa çalışan başqa bir sürücü maşınla keçirmək istədiyi 3kq mal ətinin və bir kisə (5kq) mandarinin gömrükdə müsadirə olunduğunu deyib, hətta “Borjomi” butulkasını belə götürüb onun içini gözdən keçirməklə əsəblərinə toxunduqlarından söhbət açıb. Bunlardan başqa, sərnişini olduğu avtomobilin sərhəddən keçməsini saatlarla gözləyən insanlar soyuqdan əziyyət çəkdiklərini, heç olmasa bir gözləmə yerinin və ayaqyolunun olmadığından şikayətləniblər. Halbuki Gürcüstan tərəfdəki məntəqədə bu problem yoxdur. Monitorinq qrupu Gürcüstan sərhədini cəmisi bir dəqiqəyə keçmənin mümkün olduğunu diqqətə çatdıraraq onlara məxsus minik avtomobilinin isə 5 saat 40 dəqiqəyə Azərbaycanın sərhəd-keçid məntəqəsindən keçməyə nail olduğunu bəyan ediblər.

Məlum olur ki, Gürcüstan tərəfin piyada keçidi xəttində heç bir növbə və gecikdirmə halı müşahidə olunmadığı halda, Azərbaycan tərəfin piyada keçidi xəttində paralel olaraq dörd yoxlama postu qoyulsa da gah birinin, gah da cəmi ikisinin işləməsi səbəbilə insanların uzun müddət növbə gözləməli olduqları müşahidə olunub. Bundan başqa, əhalinin keçirmək istədikləri mallara məntiqsiz və kobudcasına maneələr törədilir. Sərhədi piyada keçən Anar adlı respondentlərdən biri girişdə 10 kq-a qədər yeyinti məhsullarının keçirilməsinə icazə verildiyi barədə elanın olduğunu, amma gömrükçülərin bu qaydaya riayət etmədiklərini söyləyərək, onun özüylə götürdüyü 5kq məhsulun əngəlləndiyindən şikayət edib. Vətəndaşın dediyinə görə, özüylə götürdüyü 2 kq sosika və 3 kq kolbasa alıb ailəsinə gətirmək istəsə də, gömrükçülər 3 kq kolbasanı əlindən alıblar. Hətta yarım saata yaxın ləngidilən həmin vətəndaşa bir arayış da verilib. Monitorinq qrupu həmin arayışı diqqətlə nəzərdən keçiriblər. Orada yazılıb ki, vətəndaş (Gəncə sakinidir) 3 gün ərzində müsadirə olunmuş kolbasanı götürüb Gürcüstan tərəfdə aldığı mağazaya qaytarıb pulunu geri ala bilər. Şikayətçinin dilindən: “Halbuki gömrükçülərimiz yaxşı bilir ki, ərzaq məhsulu dükana geri qaytarılmır. Onlar bunu qəsdən edirlər, bilirlər ki, mən təzədən 15-20 manat pul verib buraya gəlib kolbasanı götürən, sonra 15-20 lari verib Rustavidəki dükana qayıdan deyiləm. Ona görə də 3 gündən sonra həmin kolbasadan əsər-əlamət qaylmayacaq. Çünki artıq qohumlarımın söylədiklərindən bunun belə olduğunu bilirəm. Onlar mənə deyir ki, satmağa aparırsan. Hətta mən bu gün (18 noyabr 2015-ci il, gecə saat 23:45.red.) gömrük postundakı xanım yoxlayıcıya da dedim ki, kolbasaları kəsib dilimləyin, bilin ki, satlıq deyil, dedilər ki, yox, olmaz. Özümün doğramağımı da qadağan etdilər, əlimdən alıb apardılar. Yoxsa, gömrük postunun həyətindəki bir sürü küçə itlərinə atacaqdım”. Bütün bunları təəssüf hissi ilə söyləyən respondent 5-6 manatlıq kolbasaya görə 20-30 manat verib onun arxasınca gəlməyin əhəmiyyətsiz olduğunu və bunu gömrük işçilərinin yaxşı dərk etdiklərini diqqətə çatdırıb. Söhbətə qarışan bir başqa sərnişin isə gömrük işçilərinin hər gün topdansatış qiymətilə tonlarla kolbasa satdıqlarını deyib. O, hətta onu da vurğulayıb ki, Gürcüstanda mandarinin tonu 300 ABŞ dolarına olduğu halda Azərbaycan gömrükçüləri bu malın buraxılması üçün hər tonuna 750 ABŞ dolları dəyərində rüşvət alırlar. Bunun eynilə tonu 200 ABŞ dolları olan kartofa qarşı 350 ABŞ dolları, tonu 150 ABŞ dollar olan kələmə qarşı 250 ABŞ dolları miqdarında olmaqla pul aldıqları də məlum olub.

Bütün bunların fonunda gömrük işçilərinin əhali ilə gestapo kimi davrandığını müşahidə etməyin heç də çətin olmadığı monitorinq qrupunun nəzərindən qaçmayıb. Heyətin müşahidələrinə görə “Sınıq körpü” sərhəd-keçid məntəqəsində Bakıda və ya Azərbaycanın digər şəhərlərində yaşayan övladları üçün azuqə aparan anaların göz yaşı tökdüyünü, yaşlı insanların lənət oxuduğunu, gənclərin açıq-aydın, senzuradan kənar söyüşlərini seyr etməmək mümkünsüzdür. Həmin gün bir yaşlı qadının, “Bu yaramazlar haram çörəyi övladlarına yedirərkən Allahdan qorxmurlarmı, görəsən”, – dediyini də onlarla insan eşidib. Monitorinq qrupu məsələnin nə yerdə olduğunu öyrənmək üçün yaxınlaşarkən həmin qadın bu qrupun da gömrük məmurlarından olduğunu zənn edib və “əşi, hamınız bir bezin qırağısınız, Allahı sevərsiniz əl çəkin məndən”, – deyərək uzaqlaşıb.

Monitorinq qrupu “Sınıq körpü” sərhəd-keçid məntəqəsində baş verən bu sarsıdıcı vəziyyətdən təəssüf hissi ilə bəhs edərkən bu cür insanlığa sığmayan halların ölkəmizin imicinə xələl gətirdiyini, eləcə də, ölkə prezidentinin çıxışlarına, onun imzaladığı qərarlara, verdiyi göstərişlərə xəyanət olduğunu dilə gətirib. Sonradan məlum olub ki, bütün bunlar Ruslan adlı növbə rəisinin, nəzarətçi Təvəkkül adlı gömrükçünün rəhbərliyi altında baş verib. Hətta monitorinq qrupu onların ikisi ilə də söhbət edərək baş verənlərə əncam çəkilməsini, şəxsi avtomobillə keçənlərin 6-7 saat növbədə dayandığını (qrup üzvləri 5 saat 40 dəqiqə zülm çəkiblər) diqqətə çatdırıb, səbəbini soruşub. Ruslan adlı növbə rəisi bildirib ki, guya bütün bunlar sistemin ləng işlədiyindəndir. Maraqlıdır, niyə sistem Gürcüstanda ləng işləmir, amma Azərbaycan ərazisində mürgü vurur? Demək, bu da bir bəhanədir.

“Borçalı” Cəmiyyətindən ezam olunmuş heyət saat 24.00-da müşahidələri dayandırıb, təəssüf hissi içərisində Bakıya yola düşüblər.

Monitorinq qrupu yuxarıda verilən arayışa əsaslanaraq bu məsələnin “Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin toplantısında müzakirə olunmasını, “Sınıq körpü” sərhəd-keçid məntəqəsində hökm sürən dərəbəyliklə bağlı Azərbaycan Pespublikasının Prezidentinə, Azərbaycan Respublikası Baş Naziri və Daxili İşlər Nazirinə, Milli Məclisin sədrinə, Baş Gömrük və Sərhəd Xidməti İdarələrinin sədrinə müraciət olunmasını təklif edib.

Monitorinq qrupunun arayışı “Borçalı” Cəmiyyətinin İdarə Heyətində geniş müzakirəyə səbəb olub, çeşidli fikirlər söylənilib, təkliflər verilib. Sonda qrupun tövsiyələri nəzərə alınaraq aşağıdakı qərarlar qəbul olunub:

1. Monitorinq qrupunun işi qənaətbəxş hesab edilsin, nəticələri ictimaiyyətə çatdırılsın;

2. Azərbaycanın giriş qapılarından biri hesab edilən “Sınıq körpü” sərhəd-keçid məntəqəsində baş verən qanunsuzluqların ölkəmizin imicinə vurduğu ciddi zərbə kimi qeyd olunsun;

3. Bu və ya digər sərhəd-keçid məntəqələrində bu cür monitorinqlərin vaxtaşırı keçirilməsi təqdirəlayiq hesab edilsin;

4. “Sınıq körpü” sərhəd-keçid məntəqəsində baş verən qanunsuzluqların qarşısının alınması və təxirəsalınmaz tədbirlərin görülməsi xahişi ilə Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına müraciət olunması məqsədə uyğun hesab edilsin;

5. Məsələylə bağlı görüləcək tədbirlərə nəzarəti “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti öz üzərinə götürsün.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!