Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
Tarix : 30-01-2024, 17:07
AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır - Rusiya


AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır - Rusiya

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri qətnaməyə qarşı çıxış ediblər. Səsvermə zamanı isə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.
Bu ədalətsiz qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.
Məsələ ilə bağlı danışan Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyində analitik layihələrin direktoru Mixail Neyzmakov bildirib ki, son zamanlar bəzi avropalı oyunçuların Bakıya daha aktiv təzyiqlərini müşahidə edilir.
"Buna səbəb isə Azərbaycanla Rusiya arasında əməkdaşlıq ola bilər. Digər başqa səbəb bir neçə amilin üst-üstə düşməsidir. Bunlardan biri Azərbaycanda prezident seçkilərinin yaxınlaşmasıdır. Bir qayda olaraq, avropalı siyasətçilər milli seçki kampaniyalarının keçirildiyi dövlətləri təzyiqlərə daha həssas kimi qəbul edirlər”.
O qeyd edib ki, bəzi Avropa ölkələri dövlətlərin daxili məsələlərinə qarışırlar:
“Məsələn, Avropa Şurası Parlament Assambleyasında Bakını tənqid edən iştirakçılar daha çox Azərbaycanın daxili siyasi durumuna diqqət yetiriblər. Bundan əlavə, 2024-cü ildə Avropa Parlamentinə, eləcə də bəzi Avropa dövlətlərinin parlamentlərinə seçkilər keçiriləcək. Bu, həm də Avropa siyasətçilərini xarici siyasət gündəliyi ilə işləyərkən daha sərt mövzular seçməyə sövq edəcək. Üstəlik, bu siyasətçilərin bəziləri Azərbaycanı tənqid etməklə bərabər, Türkiyəni əsas tərəfdaşı kimi incitməyə çalışırlar.
Eyni zamanda, ifrat sağçı Avropa qüvvələri Aİ-yə miqrasiya axınlarının “donoru” və digər ölkələrdən Avropa Birliyinə daxil olmaq istəyən miqrantlar üçün tranzit nöqtəsi kimi Türkiyənin əleyhinədir. Ona görə də deyə bilərik ki, Avropa ölkələrindən Azərbaycana qarşı təzyiqlər bir neçə səbəblərə əsaslanır”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!