Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
Tarix : 8-12-2015, 11:59
"Günəşli" faciəsi ilə bağlı obyektiv hüquqi təhqiqata ehtiyacı var



"Günəşli" faciəsi ilə bağlı dərin təəssüfümüzü izhar edir, həlak olanlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr, yaralılara şəfa diləyirik. Azərbaycanımızın başı sağ olsun"

Butov.az Faktxeber.com-a istinadən xəbər verir ki, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli "Günəşli" neft yatağında baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlü başsağlığını ünvanlayıb. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

R. Əhmədli bildirib ki: "10-cu dərin dəniz özülündə qaz sızması nəticəsində yaranmış yanğın, eləcə də hava durumunun kəskinliyi ilə müşayiət olunan qəza əsl fəlakətdir və hər bir azərbaycanlı kimi, belə irimiqyaslı tələfat kontekstində çoxsaylı itkilərdən hədsiz üzülürük.

Məsələnin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb, ölənlərin xatirəsinə ehtiram əlaməti kimi bir günlük matəm elan olunub, müvafiq məmurlar operativ qərargahdan vaxtaşırı nağılvari şərhlər yayırlar və sair.

Lakin materialların keyfiyyəti, iş şəraiti, xilasetmə tədbirlərinin təşkili, cavabdeh strukturların və şəxslərin fəaliyyəti barədə hadisə şahidlərinin söylədikləri tamam başqa mətləblərin üzərinə işıq salır ki, obyektiv hüquqi təhqiqata ehtiyacı var. Hər şeydən öncə neftçilərin nə üçün tufanlı havada saatlarla xilasedici rezin qayıqların içərisində estakadadan asılı vəziyyətdə qalmaları, onlara çevik şəkildə zəruri kömək göstərilməməsi ciddi araşdırılmalıdır.

Bir daha "Günəşli" faciəsi ilə bağlı dərin təəssüfümüzü izhar edir, ümumxalq kədərini bölüşür, həlak olanlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr, yaralılara şəfa diləyirik. Azərbaycanımızın başı sağ olsun".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!