Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 8-12-2015, 12:07
İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur



1 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri xəbardarlıqla çıxış edərək bildiriblər ki, Avropanın sahil xəttinin yaxınlığında yerləşən Liviya İŞİD-in əsas istinad nöqtəsinə çevrilir.

İŞİD-in sərhədlərinin İraq və Suriyadan kənarda da genişlənməsi bizim qarşımızda belə bir sual qoyur: Görəsən bütün il boyu dayanmadan bu qruplaşmaya qarşı həyata keçirilən hava hücumları hansı təsirləri göstərib? Son bir neçə ayda İŞİD İraqın şimal-qərbində və Suriyada hərbi məğlubiyyətlə qarşılaşıb. Amma buna baxmayaraq, onlar xarici ölkələrdə bir neçə iri miqyaslı terror aktları təşkil edə biliblər.

İŞİD Suriya və İraqda təzyiqlərlə qarşılaşsa da, onun əksər üzvlərinin Liviyaya keçərək, oradakı mövqelərini gücləndirməsi haqqında gəzən söz-söhbətlər ümumi narahatedici məqamlardan biridir. Buna görə də bir çox avropalı məmurlar İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğrayacağı təqdirdə Liviya cəbhəsindən ehtiyat baza kimi istifadə edəcəyini söyləyirlər.

BMT-nin məruzəsində deyilir ki, 3,5 min liviyalı İraq və Suriyadakı cihadçı qruplaşmalara qoşulmaq üçün öz vətənlərini tərk edib. Məlumatda əlavə olaraq deyilir ki, indi onlardan 800 döyüşçü İŞİD-in yerli filialına daxil olmaq üçün Liviyaya qayıdıb.

Suriya və İraqdakı liviyalı cihadçılar bir neçə əsas əməliyyatlara cavabdeh olublar. Bu əməliyyatların içərisinə Deyr-əl Zor şəhərindəki üsyanın yatırılması və keçən il Kərkükün ərazilərinin zəbt ounması daxildir. Liviya vətandaşlarının döyüşdüyü “Əl-Battar” batalyonu canlı bomba ilə terror aktları həyata keçirmələri və zəbt etdikləri ərazilərdəki yerli əhalini amansız şəkildə qətlə yetirmələri ilə tanınır. Bu dəstənin əsasən Liviyadan olan döyüşçülərdən formalaşmasına baxmayaraq, onun tərkibində Belçikadan, Fransadan və Tunisdən gəlmiş yaraqlılar da iştirak edir.

Sayları bir neçə yüz nəfərə çatan ”Al-Əttar” batalyonunun döyüşçüləri çeçenlər və digər qrupdakı özbəklərlə birlikdə İŞİD-in xüsusi təyinatlı dəstəsi funksiyasını yerinə yetirirlər. İŞİD-in təşkilatlanma və güc baxımından bu dəstə ilə müqayisə edilə biləcək qrupları o qədər də çox deyil. Digər güclü dəstələr isə “Caiş-əl-Xəlifə” (Xilafət ordusu) və “Caiş-əl-Badiyya”dır (Səhra ordusu). Artan indiki təzyiqlər fonunda bu cür güclü dəstələrin İraq və Suriyanı tərk etmələri qəribə görünür. Ona görə də Qərb məmurları şübhə edirlər ki, baş verənlər İŞİD-in ehtiyat baza axtarmasının əlamətləri ola bilər.
İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur



Digər məlumata görə isə, bu qruplaşmanın mövqeyini sabitləşdirmək üçün İŞİD-in müəyyən addımlar atması onların ciddi təzyiq altında qalmaları və alternativ baza axtarışları ilə bağlı deyil. Məsələn, İŞİD-in dezertirlərindən birinın noyabr ayında “Deily Beast” nəşrinə verdiyi müsahibəsində deyilir ki, İŞİD etnik və regional prinsip üzrə yaradılmış briqadaları, başqa bir prinsip üzrə yenidən formalaşdırmaq üçün buraxıb. Çünki əvvəlki forma, kritik anda yararsız şəklə düşə bilərdi. Hazırda ”Əl-Əttar” qruplaşması öz nəzarəti altındakı şəhərlərdə iştirakını minimuma endirib. Bəzi hallarda isə hətta həmin yerləri tərk edib.

Havadan bombalama kampaniyasına və bəzi rayonlarda quru qoşunlarının hücumlarına baxmayaraq, əslində İŞİD əvvəlkinə nisbətən daha az təzyiq altındadır. Son bir neçə ayda İŞİD ilə İraq hərbçilərinin toqquşmaları demək olar ki, nadir hallarda baş verir. Bu isə İraq baş naziri Hayder əl–Abadinin islahat aparması ilə bağlı Bağdadda yaşanan siyasi böhran və həmçinin də insanların şiə ərazilərindən kənar yerlərdə İŞİD ilə döyüşmək istəmədikləri ilə əlaqələndirilir. Hətta İŞİD-in zəifləməsi kimi təqdim edilən Sincar şəhərinin kürdlər tərəfindən noyabr ayında zəbt olunması hadisəsi, əsl həqiqətdə buna qədər həmin şəhərin artıq 70%-ni itirmiş İŞİD-ə qarşı hücumun sadəcə final mərhələsiydi.

Görünür ki, hal-hazırda İŞİD öz gücünü Suriya və İraqdan kənarda da genişləndirmək və beynəlxalq şəbəkə qurmaq üçün cəmləmək istəyir. Rusiya mülkü təyyarəsinin partladılması, Parisdəki terror aktları və Liviyadakı təsir imkanının artması- bütün bunların hamısı İŞİD-in Suriya və İraqdakı müvəffəqiyyətlərdən nəticə çıxarıb, öz beynəlxalq şəbəkəsini genişləndirmək istəməsinin təzahürüdür. Ona görə də, deyilənlər çətin ki, zəiflik əlaməti sayılmalıdır.



AzPolitika.info


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!