11-11-2024, 20:41
Məhkəmə Serdar Ortaç barədə qərar verdiBu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.
İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur.
O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.
"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.
11-11-2024, 20:41
Məhkəmə Serdar Ortaç barədə qərar verdiBu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.
İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur.
O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.
"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.
11-11-2024, 12:16
Serdar Ortaç və Mehmet Ali Ərbil saxlanıldıTürkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər arasında məşhur müğənni Sərdar Ortaç və şoumen Məhmət Əli Ərbil də var.
5-11-2024, 17:25
Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - AÇIQLAMA
Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə aparıcı Zümrüd Bədəlova “Gün ortası” proqramında deyib.
O bildirib ki, sənətçini verilişinə dəvət edib, lakin vəziyyəti ağırlaşdığı üçün canlı yayımda iştirak edə bilməyib.
Məsələ ilə bağlı Xalq artistinin köməkçisi "qafqazinfo"ya bildirib ki, yayılan məlumat tamamilə yalandır:
“Yanlış məlumatdır. Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib”.
2-11-2024, 23:47
Tanınmış azərbaycanlı blogerdə xərçəng tapıldıAzərbaycanlı bloger Mehin Oktaylının (iconmekh) səhhətində problem yaranıb.
Bu barədə bloger özü "Instagram" hesabında məlumat yayıb.
O, boğazında xərçəng aşkarlandığını bildirib:
"Öncə tamam başqa bir səbəbdən şübhələnib bədxassəlidir dedilər. İstanbulda aydınlaşdırdıq ki, qorxulu nəsə yoxdur. Ancaq Bakıda etdirdiyim test nəticəsində şübhələndiyim yerdə yox, tamam başqa bir nahiyədə (boğazımda) həmin xəstəlik aşkar edildi. Ailəm və dostlarım ilə bu dövrdən də keçəcəyəm.
Risksiz əməliyyatla birdəfəlik bədənimdən çıxacaq. Siz nə qədər öz gücünüzlə nələrisə dəyişməyə çalışsanız da, həyatın öz planını pozmağınız mümkün deyil. Bir ildir ki, ən böyük xəyalım - xaricdə yaşamaq məsələsində bu qədər qəribə pozulmalar niyədir? Bu gün aydın oldu. Mən belə bir halı tez öyrənə bilim, öyrəndiyim anda uzaqda deyil, ailəmlə öhdəsindən gəlim deyə. İlahi sistemə güvənin. Hər şey xeyrinizədir."
17-10-2024, 15:45
Elza ilə Roza arasında növbəti məhkəmənin tarixiƏməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən gün keçirilməli olan məhkəmə iclası təxriə salınıb. Məlumata görə, Elza
Seyidcahanın vəkili məhkəmə iclasında iştirak etsə də, Roza Zərgərlinin vəkili məhkəməyə müraciət edərək, iclasın başqa günə təyin edilməsini istəyib. Vəkilin müraciəti təmin olunub və məhkəmə təxirə salınıb.
Sənətçilər arasında növbəti məhkəmə iclası 23 oktyabr saat 11:05-ə təyin edilib.
İş Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.
16-10-2024, 17:57
Elza ilə Roza çəkişməsində yenilik: Məhkəməni təxirə salan səbəbMüğənnilər Roza Zərgərli və Elza Seyidcahanın bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Məlumata görə, Elza Seyidcahanın vəkili məhkəmə iclasında iştirak etsə də, Roza Zərgərlinin vəkili məhkəməyə müraciət edərək, iclasın başqa günə təyin edilməsini istəyib. Vəkilin müraciəti təmin olunub və məhkəmə təxirə salınıb.
Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.
Qeyd edək ki, iş Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
10-10-2024, 13:19
Telli Borçalının adından dələduzluqAşıq Telli Borçalı sosial şəbəkələrdə adından istifadə edərək dələduzluq edildiyini bildirib.
Bu barədə aşıq "7 tamam" verilişində qonaq olarkən deyib. O, adına açılan saxta sosial media hesabı ilə insanlardan toyları üçün beh alındığını söyləyib:
"Mənim nə instaqramım, nə feysbukum var. Heç bir sosial şəbəkədə yoxam. Dostlarımın israrı ilə ancaq vatsap açmışam. Amma görürəm ki, adımdan səhifələr açılır. Bununla bağlı işlər görülür. Bir dəfə başıma belə bir iş gəlib. Mənim prodüserim olduğunu deyib və toyun behini həmin adamdan alıb. Deyir indi, o adamın nömrəsi filan yoxdur, bağlayıb. Mənə tarix deyir, cavab verirəm ki, həmin gün başqa toydayam. Belə şeylər var, insanları aldadırlar. Bilsinlər ki, mənim heç bir sosial media hesabım yoxdur".
17-09-2024, 16:40
Zülfiyyə Xanbabayevaya ağır itkiXalq artisti Zülfiyyə Xanbabayevanın qardaşı vəfat edib. Rəcəb Sadıqov 75 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
11-09-2024, 11:26
Müğənni Kərim toyda döyüldü - Fonoqram oxuduğu üçün...Müğənni Kərim Abbasov toyda döyülüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırma davam etdirilir.
"Report" isə qeyd edir ki, Kərim Abbasov fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.