Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                        "Mühəndis İsmayıl" öldürüldü .....                       
4-07-2024, 15:55
Zakir Həsənov hərbçilərin təlimini izlədi - FOTO


Zakir Həsənov hərbçilərin təlimini izlədi - FOTO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, nazirliyin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.
Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.



4-07-2024, 15:55
Zakir Həsənov hərbçilərin təlimini izlədi - FOTO


Zakir Həsənov hərbçilərin təlimini izlədi - FOTO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, nazirliyin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.
Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.



1-07-2024, 22:35
Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - AÇIQLAMA


Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - AÇIQLAMA

35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev deyib.
Qurum rəsmisinin sözlərinə görə, yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəklər:
"Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar. Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcəklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri doqquz həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcəklər".
Qeyd edək ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.
30-06-2024, 16:02
Hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO


Hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO

Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər mövzu ətrafında geniş danışaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində, o cümlədən onların maarifləndirilməsində kitabın böyük rola malik olmasından bəhs ediblər. Gənc nəsildə kitaba marağın artırılmasının vacibliyini vurğulayıblar.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Belə tədbirlərin daimi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda AMEA MEK-nın nümayəndələri tərəfindən institutun kitabxanasına 30 ədəd kitab hədiyyə edilib.




28-06-2024, 23:47
Təbrik edirəm!


Təbrik edirəm!

Çox Hörmətli, Cənab Nazir!
Sizi 28 iyun-doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, şərəfli peşənizdə, xidmətinizdə uğurlar arzulayıram.
Uca Tanrı Sizi qorusun!
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı
27-06-2024, 17:13
Rusiya gəmiləri Bakıya gəldi


Rusiya gəmiləri Bakıya gəldii

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
26-06-2024, 14:50
Şuşada Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO


Şuşada Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO

Şuşa şəhərində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub.
Bu barədə Şuşa şəhər Dövlət Qoruğu İdarəsindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov yeni yaşayış kompleksində I, II Qarabağ müharibəsi qaziləri, şanlı Azərbaycan Ordusunun nümayəndələri, şəhid ailələri ilə çay süfrəsi arxasında görüşüblər, qazilərin qəhrəmanlıq hekayələri dinlənillib.



26-06-2024, 13:07
Hərbi nəqliyyat təyyarəsi İlham Əliyevə təqdim olundu - FOTOLAR


Hərbi nəqliyyat təyyarəsi İlham Əliyevə təqdim olundu - FOTO

İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir.
“C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.









26-06-2024, 10:47
Bakıda hərbi yürüşlər keçirilir


Bakıda hərbi yürüşlər keçirilir

Bu gün səhər saatlarından Bakının müxtəlif küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri başlayıb.
Yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçirlir.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlər beş marşrut üzrə təşkil olunub.
Hərbçilərin Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə təşkil edilib.
Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.
26-06-2024, 06:33
SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN ƏMƏLİYYATI...

SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan Azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə davamlı olaraq yazmışdıq. Qurbanəli müəllim elə mətləblərdən danışdı ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxvi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətlər hər kəsin marağına səbəb olacaq. Bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanıyacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimizə başlayırıq. İlk sualmızı verirəm.
-Məlumat aldınız ki, Azərbaycanda vəziyyət gərgindir. Bəs müalicənizi yarımçıq qoyub Bakıya qayıtmağınızın əsas səbəbi nə idi?
-1992-ci ilin fevral ayında mən müalicə üçün Kırımdakı sanatoriyaların birində idim. Həmin vaxt «Mayak» radiostansiyasında bir xəbər verildi ki, Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində birneçə nəfərin öldürülməsi səbəbindən Azərbaycan xalqı ayağa qalxıb. «Mayak» radiostansiyasının xəbərindən anladım ki, nəsə dəhşətli hadisələr baş verib. Əks halda, xəbərləri ciddi senzuradan keçən «Mayak» radiostansiyası belə bir xəbəri verməzdi. Evə zəng etdim. Evdən bildirdilər ki, Sovet və erməni qoşunları Xocalıya basqın edib, böyük soyqırım törədiblər, çoxlu sayda insan öldürülüb. Dərhal müalicəmi yarımçıq qoyaraq, Azərbaycana döndüm. Gəncəyə, ordan da Şəmkirə gəldim. Hər yerdən insanlar üzüntü içində idi.
Evdə dayanmayıb, birbaşa hərbi hissəyə getdim. Yolda öyrəndim ki, Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərləri məni axtarır. Onlar da Şəmkirdəki rus hərbiçilərinin çıxarılması üçün azərbaycanlı zabitlərdən dəstək istəyirdilər.
Nə isə, hərbi hissəyə gəldim. Gördüm ki, şəxsi heyət üzrə komandir müavini olduğum hərbi hissədəki azərbaycanlı zabitlər və gizirlər məni gözləyir. Qeyd edim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, çalışıb heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazımdır.

Bu sualımıza cavab olaraq bildirirəm ki, orada baş verən hadisələr haqda müəyyən məlumat vermək lazımdır. Qeyd edim ki, SSRİ dağılsa da, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda yerləşən hərbi hissələri qalırdı. Rusiya bu hərbi hissələrin ona məxsus olduğunu bildirsə də, məsələ mübahisəli idi. Xüsusən hərbi texnikanın taleyilə bağlı konkret bir qərar, razılaşma yox idi. Buna görə də bir çox azərbaycanlı zabitlər, o cümlədən mən bu hərbi hissələrdə qalıb, qulluq edirdik
-SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN məxfi planının qarşısını alan Azərbaycanlı zabitlər barədə nə deyə bilərsiniz?
-Həmin hərbi təyyarələrin Azərbaycanda saxlanılmasında adlarını çəkəcəyim cabitlərdən Vladimir Kravtsovu deyə bilərəm, lakin Aleksandr Pleşanın ciddi rolunun olduğu haqda deyilənlər həqiqətə uyğun deyil. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. Ancaq o, həmin alayın eskadrilya komandiri idi. Eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşa sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. Ancaq, bu onun Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasındakı xidmətləri ilə bağlı deyildi. BU MİNVALLA QƏRARA ALDIQ Kİ, AZƏRBACAN DÖVLƏTİ ÜÇÜN XİDMƏT ETMƏLİYİK.

- Sovet hərbi rəhbərlərinin məxvi planlarının qarşısı necə alındı?

-RUSİYANIN MƏXFİ PLANLARINI AZƏRBAYCAN MN-nin BAŞ QƏRARGAH RƏİSİNƏ ÇATDIRDIM.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirdim ki, bu haqda hər kəslə ayrıca söhbət olacaq. Bunu da onun üçün etdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verərsə, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın.
Qərar qəbul elədim ki, Bakıya gəldim.

Həmin vaxt Bakıda müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım vardı. Mənim tələbə yoldaşım idi. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim və polkovnik Səlimov məni Baş Qərargah rəisinin yanına apardı. Baş Qərargah rəisnə və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviçlə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla məndən gizlədilən məlumatları əldə edirdim. Həmin məlumatlara əsasən Rusiyanın Dəllərdə təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığını bildirdim.

-Həmin dövrdə Dəllərdə yerləşən hərbi hissənin siyasi və tərbiyəvi işlər üzrə komandir müavini işləyirdim. Sovet ordusunun tabeçiliyində olan təyyarələrin Azərbaycandan çıxarılmasının qarşısını almaq qərarına gəldik. Amma necə?

Bu suala cavab tapmaq çətin idi. Yollar düşünürdük.
MOSKVA İSƏ BÜTÜN HƏRBİ TEXNİKANI RUSİYAYA DAŞIMAQ İSTƏYİRDİ. Hətta MDB dövlətlərinin Belarusiyanın Minsk şəhərində keçirilən hərbi toplantısında bildirimişdilər ki, müəyyən kvota çərçivəsində təyyarə və silah-sursatın bir quismi yerləşdiyi dövlətlərə verilsin. Amma Rusiyalı hərbçilə bununla razılaşmırdı.
Azərbaycan ərazisindəki hərbi texnikanın, o cümlədən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu xidmət elədiyim hərbi hissənin rəhbərliyi təkidlə vurğulayırdı. Bildirilirdi ki, keçmiş SSRİ-nin əmlakıdır. Onun varisi isə Rusiyadır. Belə olan halda bizim işlərimiz çətinləşirdi. Təbii ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq, həmin hərbi əmlakda Azərbaycanın da payı var idi. Ancaq Moskva bütün hərbi texnikanı özününkü elan edərək, Rusiyaya daşımaq istəməsi bizi narahat edirdi. O zaman Rusiya müttəfiq respublikalardakı qarışıqlıqdan, güclü mərkəzi hakimiyyətin formalaşmamasından istifadə edərək keçmiş müttəfiq respublikaların əksəriyyətindən hərbi texnika, silah-sürsatı Rusiyaya daşındı. Məsələn, Gürcüstanda nə qədər hərbi texnika, silah-sursat var idisə hamısı aparıldı. Yalnız Ukraynada, Belarusiyada və Ermənistanda heç nəyə əl vurmadılar ki, bunun da səbəbi məlumdur.
Eyni qaydada Azərbaycandan da həbri texnikanı, silah-sursatı Rusiyaya aparmaq istəyirdilər.

Ölkədə həmin vaxt güclü hakimiyyətin formalaşmaması, siyasi qarşıdurmanın olmasından istifadə edərək, bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyində olan, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olur-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika ölkədə saxlanılmalıdır.
Dəllərdə yerləşən kəşfiyyat avia- alayına məxsus 5 MiQ-25 RB və 11Su-24MP - ümumilikdə 16 hərbi təyyarə Azərbaycanda saxlanıldı. Həmin vaxtda Dəllərdən rus hərbiçilərini və ailələrini, eləcə də onların əmlakını aparmaq üçün gələn İl-76 təyyarəsinin bir ədədinin Azərbaycanda saxlandığını bildirilsə də, əslində onların sayı 2 olub. Bu da onunla bağlı idi ki, Rusiya gizlincə Dəllərdə yerləşən kəşfiyyat avia-alayına məxsus 8 təyyarəni qaçırmışdı. Bunun əvəzində biz həmin İl-76 təyyarələrini saxladıq.
(ardı var)

Subut Mehdiyev
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!