Futbol üzrə İspaniya Super Kubokuna start verilib.
Bütöv.az xəbər verir ki, ilk yarımfinal oyununda "Real Madrid" "Barselona"ya qarşı oyanyıb və 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsidir.
Qeyd edək ki, "Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.
Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.
Bütöv.az xəbər verir ki, Super Kubok dörd komandanın iştirakı ilə baş tutacaq.
İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Madrid “Real”ı Kral Fəhd adına Stadionda “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Barselona”da Martin Breytveyt, Yusuf Dəmir, Erik Qarsiya, Serxi Roberto və Mussa Vaqe, “Kral klubu”nda isə Qaret Beyl ilə Mariano Dias oynaya bilməyəcək.
Cütün qalibi sabah keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) qarşılaşmasının qalibi ilə görüşəcək. Final isə yanvarın 16-da baş tutacaq.
Qeyd edək ki, Super Kubok oyunları ilk dəfə İspaniyadan kənarda olacaq. Bütün matçlar Səudiyyə Ərəbistanında keçiriləcək.
2020/21-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
Bütöv.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.
Serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti təmin edilib.
Melburndakı Avstraliya Federal Məhkəməsi bu ölkəyə vizasının ləğvi və ölkənin sərhədindən deportasiya qərarının qanuni olmasına etiraz edən serb tennisçi Novak Cokoviçin apellyasiya şikayətini təmin edib. Bu barədə iclasın onlayn yayımı zamanı hakim Entoni Kalli məlumat verib.
Federal Dairə Məhkəməsinin hakimi beş saat davam edən iclasdan sonra Avstraliya hökumətinin serb tennisçinin vizasının ləğv edilməsi barədə qərarını dəyişib.
Məhkəmə qərarı ilə həmçinin müttəhimin bütün məhkəmə xərcləri ödənməli və Cokoviçin 6 yanvar 2022-ci ildən qaldığı miqrantlar üçün oteldən dərhal azad etmək üçün bütün lazımi addımlar atılmalıdır.
Serb tennisçi çərşənbə günü axşam Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Daha sonra məlum olub ki, Cokoviç Avstraliya sərhəd rəsmilərinə COVID-19 peyvəndi ilə bağlı qanuni formada vaksindən azad olmasına dair sənədləri təqdim edə bilməyib. Bütün gecə davam edən prosesdən sonra idmançının vizası ləğv edilib, onun özünə də ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib. Cokoviç sərhəd xidmətinin qərarının qanuniliyinə etiraz edərək Avstraliya Federal Məhkəməsinə müraciət edib.
Cokoviçin vizasının ləğvi ilə bağlı qalmaqal fonunda Avstraliya Federal Sərhəd Xidməti COVID-19 peyvəndlərindən azad edilmiş və lazımi peyvəndlər olmadan ölkəyə gələn Açıq Avstraliya Çempionatının daha iki tennisçisinin sənədlərinə yenidən baxıb və çexiyalı tennisçi Renata Voraçovanın vizasını ləğv edib.
“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.
Bütöv.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək. Gənclər millimizin (U-21) sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci Super Liqa (I divizion) təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.
Lakin “Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova saytımıza onun klubla mövsümün sonunadək müqaviləsinin olduğunu və bu məlumatın doğru olmadığını bildirib.
Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov “Neftçi”nin yetirməsidir. “Qarabağ”ın aşağı yaş komandasında da çıxış etmiş Turan “Sumqayıt” və “Zaqatala” klublarında peşəkar futbolçu həyatı yaşayıb.
Güləş üzrə milli komandalarımız 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib.
Bütöv.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Toplanış baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.
Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək.
Qadınlarımız isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra 2022-ci ildə ilk turnirində iştirak edəcək. Belə ki, təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıqin Qran Prisində mübarizə aparacaq.
“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.
Bütöv.az xəbər verir ki, son ölkə çempionu karyerası boyu ancaq İspaniyada çıxış etmiş dayaq yarımmüdafiəçinin keçidini açıqlayıb.
Son klubu İspaniyanın “Albasete” klubu olmuş 29 yaşlı Eddi İsrafilovun “Neftçi” ilə müqaviləsinin müddəti hələ açıqlanmayıb. O, 14 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, daha əvvəl “Neftçi” “Keşlə”dən millimizin sol cinah müdafiəçisi Azər Salahlını transfer edib.
"Qarabağ" futbol klubunun bir neçə oyunçusunun transfer qiymətləri artıb.
Bütöv.az "Transfermarkt" saytına istinadən xəbər verir ki "Qarabağ"ın 27 yaşlı qapıçısı Şahrudin Məhəmmədəliyevin dəyəri 300 min avro artaraq 800 min avroya çatıb.
Bundan başqa, Ramil Şeydayevin qiyməti 450 mindən 600 min avroya, Əhmədzadənin isə 200 mindən 300 min avroya qalxıb.
Norveç millisinin yarımmüdafiəçisi, İngiltərənin “Norviç” klubunun futbolçusu Matias Norman Londonda qarət edilib.
İdmançı bu barədə “Instagram”da danışıb.
Naməlum şəxslər norveçli futbolçunun avtomobili qarət ediblər. Norman arxa şüşəsi sınmış avtomobilin fotosunu yerləşdirərək cinayətkarların içində sənədlər olan bütün çantaları oğurladığını bildirib.
25 yaşlı Norman 2021-ci ilin avqustunda İngiltərə klubuna icarəyə verilib. Eyni zamanda, futbolçunun hüquqları 2021/2022 mövsümündə dörd görüş keçirdiyi Rusiyanın “Rostov” klubuna məxsusdur. Transferdən sonra futbolçu İngiltərə Premyer Liqasında “Norviç”in heyətində 9 oyun keçirib və bir qol vurub