Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
29-07-2022, 19:14
Polad Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək


Polad Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Azərbaycan Ciu-Citsu Federasiyasından Butov.az-a verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək. Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.
29-07-2022, 19:03
İdmançımız dünya çempionu oldu


İdmançımız dünya çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.
28-07-2022, 07:32
Həmədanlı gənc beynəlxalq yarışa qatılacaq

Həmədanlı gənc beynəlxalq yarışa qatılacaq

Həmədan əyalətinin Stolüstü Tennis Federasiyasının başçısı Zahra Əbutalibiyan tanınmış gənc idmançı, stolüstü tennis üzrə bir neçə dəfə çempion olmuş Şima Səfayinin beynəlxalq yarışda Həmədan əyalətini təmsil edəcəyini deyib. O, 13 ölkənin stolüstü tennis üzrə idmançılarının qatılacağı yarışda həmədanlı idmançının çempion olmaq şansının yüksək olduğunu bildirib.
Həmədanlı idmançı Şima Səfayi bundan öncə yerli və xarici yarışlarda yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında dəfələrlə birinci yeri tutub.
Qeyd edək ki, yarışlar 8-10 avqust tarixində Türkiyənin Koniya şəhərində keçiriləcək.
27-07-2022, 18:48
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz


Dünya çempionatında iştirak edəcək güləşçilərimiz

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. Butov.az-ın məlumatına görə, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb. DÇ-də böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaq.
26-07-2022, 21:55
Güləşçimiz Avropada gümüş medal qazandı


Güləşçimiz Avropada gümüş medal qazandı

Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb. Butov.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev ikinci yerlə kifayətlənib. Qeyd edək ki, bu gün, həmçinin, 48 kq-da Könül Əliyeva və 60 kq-da Nurlan Kərimli də final görüşünə çıxacaqlar.
24-07-2022, 18:55
Dünya Kubokunun finalı Bakıda keçiriləcək


Dünya Kubokunun finalı Bakıda keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyası gələn il üçün bədii gimnastika üzrə Dünya Kuboku seriyasının təqvimini açıqlayıb. Butov.az xəbər verir ki, ümumilikdə beş mərhələdən ibarət seriyanın sonuncu yarışına Azərbaycan ev sahibliyi edəcək. Yarış aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Xatırladaq ki, Bakıda 17-23 may aralığında Avropa çempionatı da təşkil olunacaq.
24-07-2022, 18:18
Azərbaycan çempionatının qalibləri bəlli oldu


Azərbaycan çempionatının qalibləri bəlli oldu

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Federasiyadan verilən məlumata görə, Respublika Velotrekindəki turnirdə bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb. Qızlar arasında QİT-500 m yarışında Ayan Xankişiyeva, gənc oğlanlar arasında QİT-1000 m yarışında Hüseyn Nərimanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında QİT-1000 m yarışında Musa Mikayılzadə, qızlar arasında 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 72 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə Viktoriya Sidorenko, gənc oğlanlar arasında 3 km məsafəyə fərdi ötüşmədə Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 3 km məsafəyə fərdi ötüşmədə Musa Mikayılzadə, qızlar arasında çıxmaqla qrup ötüşməsində Ayan Xankişiyeva, gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında çıxmaqla qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 7,5 km məsafəyə skretç növü üzrə yarışda Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 10 km məsafəyə skretç növü üzrə yarışda Musa Mikayılzadə, qızlar arasında sprint növü üzrə yarışda Viktoriya Sidorenko və U-23/Elit yaş kateqoriyasında kişilər arasında sprint növü üzrə yarışda Musa Mikayılzadə birinci yerə layiq görülüb. Mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər. Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!