27-04-2024, 22:39
"Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.
Günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.
Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.
Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, hazırda "Qalatasaray" 93 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb.
27-04-2024, 19:53
Daha bir cüdoçumuz Avropa çempionu oldu Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev (90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqiblərinə qalib gələrək qitə çempionu olub.
O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medala sahib çıxıblar.
26-04-2024, 20:15
Cüdoçumuz Avropa çempionu olduAzərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
26-04-2024, 16:13
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlandıFutbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
24-04-2024, 22:16
“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldiBu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.
"Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.
Yarımfinalın ilk görüşündə "Zirə" səfərdə "Qəbələ"yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da "qartallar" 2:1 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.
24-04-2024, 20:03
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdiFutbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Zirə” həlledici matça vəsiqə əldə edib.
Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar.
Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb.
Yarımfinalın digər cavab oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.
23-04-2024, 20:14
UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdiAVRO-2024-də iştirak edən komandaların sifariş vərəqinə daxil edə biləcəyi futbolçuların sayı dəqiqləşib.
Bu barədə qərarı UEFA verib.
Avropa çempionatının final mərhələsinin iştirakçıları yarış üçün 26 futbolçu sifariş edə biləcək. Öncədən bu rəqəmin 23-ə bərabər olacağı gözlənilirdi.
UEFA ilk dəfə AVRO-2020-də yığmalara 26 futbolçu sifariş etmək icazəsi verib. Həmin vaxt bu addım koronovirusun fəsadları və sıx təqvim üzündən belə addım atıb. FİFA DÇ-2022-də də eyni sayda oyunçu sifarişinə icazə versə də, “23-lük” qaydasının tətbiqinə qayıdılacağı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
23-04-2024, 18:25
Azərbaycan çempionatının qalibi müəyyənləşdiQadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.
İlk set 25:13 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.
Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.
22-04-2024, 17:51
Qadın boksçumuz erməni rəqibini məğlub etdiAzərbaycan boksçusu Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Ermənistandan olan rəqibini məğlub edib.
Anaxanım İsmayılova (48 kq) Lusine Gevorqyanı (Ermənistan) məğlub edərək 1/4 finala yüksəlib.
20-04-2024, 21:19
“Zirə” “Neftçi”ni darmadağın etdiBu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
"Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda reallaşan görüş "qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 19-cu dəqiqədə penaltidən qonaqların heyətində Emin Mahmudov açıb. 42-ci dəqiqədə Rəhim Sadıxov tablodakı rəqəmləri bərabərləşdirib. Fuad Bayramov 77-ci dəqiqədə komandasını önə keçirib. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Vladislav Kulaç müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə 47 xalla dördüncü yerə enib.
Günün ilk oyununda "Qarabağ" və "Qəbələ" qollu heç-heçə edib - 2:2.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.