27-01-2024, 16:58
“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandıFutbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
25-01-2024, 17:56
AFFA bu klubu 3000 manat cərimələdiAFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib.
Buna Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.
Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.
İntizam Komitəsi "Səbail" və "Sumqayıt"a 700 manat cərimə yazıb. Paytaxt klubunun 4 oyunçusu "Zirə" (0:0) ilə matçda, "gənclik şəhəri" təmsilçisinin eyni sayda üzvü "Qəbələ" (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
25-01-2024, 17:41
Millimiz 3 pilləlik irəliləyişə nail olduMinifutbol üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.
Dünya Minifutbol Federasiyasının (WMF) hazırladığı siyahıya son dünya çempionu Rumıniya başçılıq edir.
Rumınların aktivində 4125 xal var. Azərbaycan millisi isə hesabındakı 3000 xalla 2-ci yerə yüksəlib. Komandamız 3 pilləlik irəliləyişə nail olub.
Üçüncü sırada Macarıstan qərarlaşıb – 2600 xal.
60 komandanın yer aldığı siyahıda Türkiyə yığması 25 xalla 58-cidi.
23-01-2024, 17:49
UEFA-nın qərarı ilə millimizə texniki məğlubiyyət verildiUEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.
Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.
Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.
21-01-2024, 17:10
Azərbaycan Premyer Liqası “100-lük”də yer alıbBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.
"100-lük"də Azərbaycan Premyer Liqası da yer alıb.
Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Yüksək dəstə 2022-ci illə müqayisədə bir pillə irəliləyib.
Qeyd edək ki, İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.
18-01-2024, 15:23
“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındıAzərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.
Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
12-01-2024, 16:28
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdiAzərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.
İki günü əhatə edəcək mərhələnin görüşləri aşağıda göstərilən saatlarda başlayacaq:
30 yanvar (çərşənbə axşamı)
“Səbail” – “Zirə”
“ASCO Arena”, 15:00
“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 19:00
31 yanvar (çərşənbə)
“Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”, 16:00
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00
8-01-2024, 20:56
Almaniya millisinin sabiq oyunçusu vəfat etdiƏfsanəvi futbolçu, Almaniya millisinin sabiq oyunçusu Frans Bekkenbauer 78 yaşında vəfat edib.
Bu barədə "Bild" qəzeti yazıb.
Bekkenbauer bazar günü, yanvarın 7-də dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.
Frans Bekkenbauer dünya çempionu, 1972-ci ildə Almaniya komandasının tərkibində Avropa çempionatının qalibi olub. 400-dən çox matça çıxdığı "Bavariya"nın tərkibində müdafiəçi dörd dəfə Almaniya çempionu olub, üç dəfə avrokuboku qazanıb.
Bekkenbauer Almaniya millisində 103 oyun keçirib, 14 qol vurub. O, futbolçu kimi “Bavariya”, “Hamburq” və “Nyu York Kosmos” klublarında çıxış edib. Futbolçu məşqçi kimi Almaniya millisinə, “Bavariya”ya və “Olimpik Marsel”ə rəhbərlik edib.
7-01-2024, 19:30
“Fənərbağça” rəqibini darmadağın etdiFutbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.
6-01-2024, 20:41
“Neftçi” Antalyada keçirilən oyunda uduzduTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb.
"Ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub.
Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.