“Azərbaycanla delimitasiya məsələləri üzərində işləyirik” - Mirzoyan .....                        Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan .....                        Rəşad Nəbiyev Kris Hevişlə müzakirələr apardı .....                        Emin Ağalarovun Moskvadakı restoranları bağlandı .....                        Mənə Koçaryanla bağlı sual verməyin! - Sarkisyan .....                        Aİ Ukraynaya daha 1 milyard avro maliyyə yardımı ayırdı .....                        Xəzərdə yeni böyük quru ərazi üzə çıxa bilər .....                        Ofelya Qafarova yazır: "Zaman..." .....                        “Üçüncü dünya müharibəsi başlayıb” .....                       
18-09-2023, 17:54
Millimizin üzvü erməni idmançının hücumuna məruz qaldı


Millimizin üzvü erməni idmançının hücumuna məruz qaldı

Güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev dünya çempionatının 1/4 finalında Ermənistan idmançısı Vazgen Tevanyanla üz-üzə gəlib.
Qarşılaşma qalmaqalla yadda qalıb.Görüşün sonlarına yaxın idmançılar arasında gərginlik yaranıb. Belə ki, V.Tevanyan idmançımızın üzərinə hücum edərək onu təxribata çəkib. H.Əliyev isə özünü müdafiə etməyə çalışıb.
Hakimlər və məşqçilər heyəti onları sakitləşdirə bilib.
15-09-2023, 18:55
“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı


“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Fasilədən sonrakı ilk oyunda lider “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” matçları sabah keçiriləcəksə, “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” görüşləri ayın 17-də baş tutacaq.
14-09-2023, 20:12
Şahmatçılarımız Avropa çemoionatını 4 qızıl medalla başa vurdu


Şahmatçılarımız Avropa çemoionatını 4 qızıl medalla başa vurdu

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıb.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib.
12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.
Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.
Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
13-09-2023, 21:40
“Qarabağ” klubuna yeni mətbuat katibi təyin olundu


“Qarabağ” klubuna yeni mətbuat katibi təyin olundu

“Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Anar Hacıyev klubun mətbuat xidmətinin rəhbəri təyin olunub.
O, bu il iyunun 13-dən vakant olan postu tutub. A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.
8-09-2023, 16:32
“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubuyla müqavilə imzaladı


“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubuyla müqavilə imzaladı

“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna keçib.
29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli qolkiper Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.
7-09-2023, 21:18
Cüdoçumuz qızıl medalın sahibi oldu


Cüdoçumuz qızıl medalın sahibi oldu

Niderlandın Haaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Bu gün 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz Nizami İmranov qızıl medal qazanıb. O, finalda İsraildən olan Yehonatan Veksleri məğlub edib.
Qeyd edək ki, 66 kq. çəkidən mübarizə aparan digər idmançımız Aydın Rzayev də finala yüksəlib. O, qızıl medal uğrunda Gürcüstanı təmsil edən Tenqo Zirakaşvili ilə üz-üzə gələcək.
7-09-2023, 13:52
“Qəbələ”nin baş məşqçisi cəzalandırıldı


“Qəbələ”nin baş məşqçisi cəzalandırıldı

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.
Komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.
43 yaşlı məşqçi bir oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.
“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.
3-09-2023, 14:51
Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq


Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.
2-09-2023, 15:33
Təmsilçimiz sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahibləndi


Təmsilçimiz sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahibləndi

Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.
İdmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.
Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.
O, 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.
Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.
2-09-2023, 13:21
“Bayer” klubunun icraçı direktoru yerli mətbuata açıqlama verdi


“Bayer” klubunun icraçı direktoru yerli mətbuata açıqlama verdi

"Məqsədimiz qrupun qalibi olmaqdır".
Bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” klubunun icraçı direktoru Fernando Karro yerli mətbuata açıqlamasında deyib.
Püşkatmanın nəticəsini şərh edən Leverkuzen təmsilçisinin rəsmisi qrupdakı komandalara hörmətlə yanaşdıqlarını bildirib: “Maraqlı rəqiblərlə oynamağı səbirsizliklə gözləyirik. “Qarabağ”, “Molde” və ”Haken” öz ölkələrinin son çempionudur. Buna görə də onları ciddi rəqib kimi qəbul edirik. Ötən mövsüm Avropa Liqasının yarımfinalınadək irəlilədik. Bu həvəs bizi daha çox ruhlandırır. İddialıyıq və hər şeyi ötənilki təcrübə ilə edəcəyik”.
Qeyd edək ki, H qrupunda yer alan “Qarabağ” “Bayer”ə qarşı oyunlarını oktyabrın 26-da səfərdə, noyabrın 9-da isə evdə keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!