Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 18-09-2017, 11:14
Çin iqtisadiyyatı

Çin sivilizasiyası dunyada qədim sayılır. Çinin ayaqda qalmasının əsas amili, iqtisadi-coğrafi mövqedə özünün rəqabət üstünlüklərindən düzgün istifadə etmək bacarığıdır. 20-ci əsrin 40-cı illərinin sonunda Çin Xalq Respublikasının yaradılması və sosiaslist inkişaf yoluna keçid ilə, həmçinin 70-ci illərin sonunda islahatlar və xarici dunyaya açılma siyasətinin başlanması ilə geniş miqyaslı transformasiya baş vermiş Çinin iqtisadiyyatı üçün rəqabət xüsusilə dəyərli olmuşdur.

Çinin həyata keçirdiyi açıq iqtisadiyyat siyasəti sənədlərlə sübut olunmuşdur. Bununla belə, faktlar heyrətləndirir. 30 il əvvəl iqtisadiyyatının aşağı səviyyəsindən başlayan Çin bu gün yalnız ABŞ-dan geri qalır. Hər il Çinin ümumi daxili məhsulu təxminən 10% artır, bu da hər 7-8 ildən bir iki dəfə artımı göstərir. Çinin sürətli inteqrasiyası və iqtisadi inkişafı dünyanın digər ölkələrinə böyük təsir göstərir. Çin nəhəng iqtisadi və nüvə dövləti hesab olunur. Bazar iqtisadiyyatının qurulması Kommunist Partiyasının rəhbərliyi altında həyata keçirilir. Çin qeyri-rəsmi olaraq ölkəsindən insanların miqrasiyasını təşviq edir.

Çin kömür, filiz, ağac materialları, polad və polad boruları, alümin, sink, qalay, nikel hasilatına, məişət və elektrik texnikası, pambıq, pambıq və ipək parça, tərəvəz, meyvə, ipək barama istehsalına görə liderlik edir. Çin dünyada ən çox kiçik və iribuynuzlu mal-qara, quş sayına malikdir və balıq tutmada liderlik edir. Çin Xalq Respublikası, Yaponiya və ABŞ-dan sonra dünyanın ən böyük avtomobil istehsalçılarının ilk üçlüyünə girir. Çinin ərazisində neft, qaz, nadir metalların (molibden, vanadium, antimon), uranın hasilatı aparılır. Çinin iqtisadi inkişaf sahəsindəki uğurları, sənaye istehsalı həcmlərinin artımı və bir çox məhsul növlərinin istehsalı üzrə dünyada aparıcı mövqeləri tutması ilə ifadə olunur. Çin fəal şəkildə xarici sərmayəni cəlb edir. Çin, xarici sərmayəli müəssisələrin sayına görə ABŞ-dan sonra ikinci yeri tutur. Çin dünya valyuta ehtiyatlarının yarısına malikdir. 2014-cü ildə Çin öz ehtiyatlarında ABŞ dollarının toplanma sürətini və ehtiyatların artırılma sürətini əhəmiyyətli dərəcədə azaltmış, bununla yanaşı dünyada öz sərmayə qoyuluşlarını əhəmiyyətli səviyyədə artırmışdır. Çin iqtisadiyyatının səciyyəvi xüsusiyyəti onun xarici dunyadan asılılığıdır. İxrac həcminə görə Çin dünyada birinci yeri tutur. Dövlətin valyuta gəlirlərinin 80%-i ixracdan əldə olunur. Sənaye və kənd təsərrüfatı üzrə ümümi daxili məhsulun 20%-i xarici bazara çıxarılır.

Çin dünyanın 182 ölkəsi və bölgəsi ilə (Azərbaycan Respublikası ilə iqtisadi münasibətlər) iqtisadi-ticarət münasibətləri saxlayır, bunlardan 80-i ilə hökumətlərarası ticarət razılaşmaları və protokolları imzalanmışdır. Çinin əsas tərəfdaşları inkişaf etmiş kapitalist ölkələri Yaponiya, ABŞ, Qərbi Avropa ölkələridir ki, bunların da payına xarici ticarət dövriyyəsinin 55%-i düşür. Çinin əsas tərəfdaşları neft və minerallarla zəngin olan ölkələrdir. Afrika sektorunun 85%-i Çinin payına düşür (Anqola, Ekvatorial Qvineya, Nigeriya, Konqo Respublikası, Sudan). Çin, Afrikanın 35 ölkəsində infrastruktur layihələrini (Afrikada ciddiliyini qoruyan infrastruktur problemləri) həyata keçirir. Çin Mərakeşdə, Qanada, Konqoda, Sudanda, Mozambikdə bəndlərin tikintisinə, Sudanda, Anqolada, Keniyada, Qanada hidroenergetika qurğularının tikintisinə, Zambiyada, Tanzaniyada, Namibiyada, Botsvanada avtomobil və dəmir yollarının inşasına sərmayə qoymuşdur.
Rusiya-Çin münasibətləri
"Çin iqtisadiyyatının yüksəlişi – təhlükə deyil, özündə işgüzar əməkdaşlığın böyük potensialını daşıyan çağırışdır " V.V.Putin.
Rusiya-Çin münasibətləri, müqavilələr, iqtisadi-ticarət və humanitar sahədə əlaqələr, beynəlxalq arenada BMT-nin Təhlükəsizlik Şurasında, beynəlxalq və regional təşkilatlarda (Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatı) əməkdaşlıq da daxil olmaqla əməkdaşlığın geniş spektri ilə xarakterizə olunur.
Hər iki ölkə hal-hazırdakı münasibəti “strateji dostluq və qarşılıqlı əlaqə” kimi xarakterizə edir.
Rusiya və Çinin iqtisadiyyatları bir-birini yaxşı tamamlayır. Çin, Rusiyanın əsas tərəfdaşı və müttəfiqidir (hərbi-siyasi və iqtisadi sahədə).
Rusiya və Çin arasında əməkdaşlığa dair strateji razılaşmalar:
Rusiya və Çin arasında əməkdaşlığa dair 20 may 2014-cü il tarixli Şanxay razılaşması (bir sıra strateji razılaşmalar, cəmi 46 sənəd), o cümlədən: Rusiya və Çin dəmir yollarının strateji əməkdaşlığına dair razılaşma, milli valyutaların istifadəsinə dair razılaşma, Rusiya-Çin geniş füzelyajlı, uzaq uçuş məsafəli təyyarənin yaradılması haqqında razılaşma, Amur üzərində yeni körpünün müştərək inşasına dair memorandum, Rusiya və Çinin bir sıra nazirlikləri, regionları və müəssisələri arasında əməkdaşlığa dair razılaşma, Çinin iştirakı ilə Uzaq Şərqdə bir sıra investisiya layihələrinin yerinə yetirilməsinə dair razılaşma, Rusiyanın Avropa hissəsində sement istehsalı üzrə yeni texnoloji xəttin tikintisinə dair “Eurocement group” və Çinin “CAMC Engineering” şirkəti arasında 6 müqavilə imzalanmışdır, eləcə də maşınqayırma, kimya sənayesi və inşaat infrastrukturu sahəsində müştərək layihələrə və əməkdaşlığa dair bir sıra razılaşmalar imzalanmışdır.

Çin Rusiya qazı üzrə idxal rüsumlarını, Rusiya isə öz növbəsində Çinə qaz təchiz edəcək qaz yataqları üçün faydalı qazıntıların hasilatı vergilərini ləğv etməyə hazır olduğunu bəyan etmişdir.

21 may 2014-cü il tarixində Rusiyanın "Gazprom" şirkəti və Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) qaz təchizatı üzrə 30 illik müddətə müqavilə bağladılar. Müqavilə, Rusiya tarixinin və çox güman ki dünya qaz sənayesi tarixinin ən böyük müqaviləsi hesab olunur.
2015-ci il Moskva razılaşmaları
V.V.Putin və Si Szinpin Avrasiya İqtisadi Birliyi və “İpək Yolu” layihəsi üzrə əməkdaşlığa dair bəyanat imzaladılar.
Moskva-Kazan magistralının tikintisinə Çinin 104 milyard rubl sərmayə qoyacağı barədə memorandum imzalanmışdır.
Sberbank və Çin İnkişaf Bankı 6 milyard yuan məbləğində borcun verilməsinə dair razılaşma imzalamışlar.
Rusiya-Çin İnvestisiya Bankının yaradılması haqqında razılaşma da imzalanmışdır.

Rusiya və Çin birlikdə ağır mülki helikopter və uzaq məsafəli uçuşlar üçün geniş füzelyajlı təyyarələr istehsal edəcəklər.
Çinlilər Nijni-Bureysk SES-in tikilib başa çatdırılmasında iştirak edəcək, Rusiya isə öz növbəsində Çinə elektrik enerjisi təchiz edəcəkdir.
Çin nümayəndə heyətinin səfəri zamanı 32 razılaşma, o cümlədən Rusiyanın VTB bankının və bir sıra Rusiya şirkətlərinin Çin İnkişaf Bankından kredit alınmasına dair maliyyə razılaşmaları imzalanmışdır.

V.V.Putin çıxışlarının birində qeyd etmişdir: “Çiçəklənən və sabit Çin Rusiyaya lazımdır, eləcə də əminəm ki, Çinə də güclü və uğur qazanan Rusiya lazımdır”.
Çin Amerikanın ən çox ehtimal olunan varisi hesab olunur. Həqiqətən də Çin yaxşı xüsusiyyətlərə malikdir, lakin Çin imperialist və inqilabi plan fikirləri ilə yaşamır.

Tamerlan Ələkbərov


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!