Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
7-07-2023, 20:15
Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi


Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi

Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. “Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
4-07-2023, 13:40
Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladı


Prezident bu avtomobil yolunun tikintisiylə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.
30-06-2023, 10:34
Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb


Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur. Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 15,6 % çoxdur. Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır. Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır. Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
25-06-2023, 17:01
SOCAR “Şahdəniz” qaz yatağındakı payını satıb


SOCAR “Şahdəniz” qaz yatağındakı payını satıb

SOCAR Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağında iştirak payını satıb. Bu barədə SOCAR-dan bildirib. Məlumata görə, bu il martın 31-də SOCAR yataqdakı 14,35%-lik payını CQD Upstream MMC-yə satıb. Həmin tarixdə Qrup, CQBK və CQBK Hold Co-da 14.35 faizlik iştirak payını CQD Midstream MMC-yə ötürüb.
22-06-2023, 16:19
Türkiyədə dollar yenidən bahalaşdı


Türkiyədə dollar yenidən bahalaşdı

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar yenidən bahalaşmağa başlayıb. Türkiyə lirəsi bir saat ərzində 3 faizdən çox ucuzlaşıb. Məlumata görə, birjalarda dolların məzənnəsi 24,31 lirəyə qədər yüksəlib.
Qeyd edək ki, Türkiyədə bu gün uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb. Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.
22-06-2023, 15:37
“Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” fərmana dəyişiklik edildi


“Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” fərmana dəyişiklik edildi

Prezident İlham Əliyev “Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, ARDNF-in büdcə gəlirləri ilə bağlı proqnoz 8 990,9 milyon manatdan 16 337,5 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 11 392,3 milyon manatdan 11 850 milyon manata çatdırılıb. Nəticədə Fondun büdcəsində gözlənilən 2 401,4 milyon manat kəsir 4 487,5 milyon manat qalıqla əvəz edilib.
19-06-2023, 16:42
Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi


Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.
16-06-2023, 11:43
Yerli istehsal olan avtomobillər ƏDV-dən azad ediləcək


Yerli istehsal olan avtomobillər ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
15-06-2023, 18:54
Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı


Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və Pakistandakı səfirimiz Xəzər Fərhadov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edir.
15-06-2023, 12:43
Avropada qazın qiyməti 440 dollara çatır


Avropada qazın qiyməti 440 dollara çatır

Avropada qazın 1000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır. 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur. Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!