27-12-2022, 21:17
Azərbaycanla Yaponiya arasında konvensiya imzalandıAzərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb. Bu barədə iqtisadiyyyat naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.
26-12-2022, 19:37
Kirayə mənzillərə ƏDV tətbiq olunmayacaqİpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat evrilib. Bildirilib ki, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir: "Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb. Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər". "Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək", - məlumatda qeyd edilib.
26-12-2022, 17:35
Pensiyalarda hər il artım olacaqSon dörd ildə ölkəmizdə minimum pensiya 2.2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3.5 dəfə artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib. H.Məmişov qeyd edib ki, bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub, sosial təminat sisteminin əhatə dairəsi daha da genişlənib: "Pensiya islahatlarının davamı olaraq bu il "Əmək pensiyaları haqqında Qanunda" 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib. 2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Həmin maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 milyon manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur".
19-12-2022, 23:03
Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandıBu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb.
17-12-2022, 19:39
İlk mərhələdə 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılıcaq - İlham ƏliyevAzərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlətimizin başçısı bildirib: “İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq.
17-12-2022, 16:37
Avropa bazarının qaz təchizatını daha da genişləndirəcəyik - İlham ƏliyevDünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Bunun hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdıCari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 16:35
Yeni ilin dövlət büdcəsi müəyyən olunduMilli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Belə ki, qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq, 30 milyard 773 milyon 978 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi. Eyni zamanda dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat nəzərdə tutulurdu.
8-12-2022, 15:18
Avropa İttifaqından ölkəmizə ayrılan vəsaitAvropa İttifaqı (Aİ) iqtisadi investisiya planı çərçivəsində Azərbaycana iki milyard avro ayırıb. Bu barədə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib. Mənbənin sözlərinə görə, investisiyalar Azərbaycan iqtisadiyyatının diversifikasiyasına, yeni iş yerlərinin açılmasına və kəndlərin inklüziv inkişafına kömək edəcək. "İqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması Aİ ilə Azərbaycan arasında sıx tərəfdaşlığın bariz göstəricisidir. Bu plan artıq Azərbaycan xalqına nəzərəçarpacaq faydalar verməkdədir. Əvvəllər ayrılmış 90 milyon avroluq vəsait çərçivəsində ölkədə iri sərmayə layihələri, xüsusən də Gəncədə küçələrin işıqlandırılmasının yaxşılaşdırılması həyata keçirilir, bütün ölkə üzrə kiçik biznes üçün alternativ maliyyə mənbələri yaradılır. İşçi qrupumuz Azərbaycana iqtisadi investisiya planının həyata keçirilməsindən daha çox fayda əldə etməsinə kömək edə biləcək", - deyə Aİ-nin məlumatında bildirilir. Qeyd edək ki, iqtisadi və investisiya planı Aİ-nin "Şərq tərəfdaşlığı" siyasətinin əsasını təşkil edir. Bu təşəbbüs həm də bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin yaradılması üçün Aİ-nin "Global Gateway" strategiyasını dəstəkləyir.
5-12-2022, 22:25
Dövlət rüsumuyla bağlı dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev “Dövlət rüsumu haqqında”
qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər. Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.