"Qalatasaray" 19-cu dəfə Türkiyə çempionu oldu .....                        Putin İstanbula getməyəcək - RƏSMİ .....                        Qaynana gəlnini güllələdi .....                        Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı .....                        Hüseyn Həsənovdan həbs qərarına reaksiya .....                        Zelenski Nəriman Cəlalı səfir təyin etdi .....                        Mirzoyan Kallasla sülhdən danışdı .....                        Pakistandan Azərbaycana təşəkkür .....                        Rusiya Hüseyn Həsənovu axtarışa verdi .....                       
5-09-2022, 19:10
Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"


Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"

Xəbər verdiyimiz kimi avtobuslarda gediş qiymətlərinin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər dövlət qurumlarına müraciət ediblər. Şirkətlər bildirirlər ki, gediş haqqının 30 qəpik olması onların heç bir xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının 50 qəpik olmasını istəyir. Mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov danışıb. Ekspert deyib k, nəqliyyat vasitələrinin qiyməti ilə bağlı məsələ həssas bir problemdir. Ekspert bildirib ki, hazırda əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir: "İctimai nəqliyyatdan istifadə insanların gündəlik və aylıq xərclərinə təsir edir. Nəqliyyatın xərci qalxarsa, insanların da dolanışığına mənfi təsirləri olacaq. Dünyanın hər yerində belə bir tendensiya var ki, ictimai nəqliyyatın qiyməti artırsa, insanlar ondan qaçır, imtina edir. Açıq-aşkar bu halın Azərbaycanda da olduğunu görürük. Müəyyən taksi aqreqatrlarının sözlərinə görə, taksilərdə elə qiymət təklif edirlər ki, insanlar taksiyə üstünlük versin. Bu çox yanlış bir yanaşmadır. İctimai nəqliyyat olmayan yerdə tıxacsız, rəvan hərəkət olmur. Hesab edirəm ki, gediş haqqını əhalinin hesabına qaldırmaq düzgün deyil. Amma ortaya bir məsələ çıxır ki, daşıma şirkətləri də müflis olub. Gediş haqqı 50 qəpik olsa da, o şirkətlərin müasir tələblərə uyğun çalışması yenə çətin olacaq”. E.Hüseynov vurğulayıb ki, bu vəziyyətdən çıxmağın tək yolu dövlətin dəstəyidir: “Dövlətin şəhərlərarası xidmətə ciddi dəstəyi lazımdır. Sərnişinlərin hesabına yox, dövlətin dəstəyi hesabına bu sahəni inkişaf etdirmək lazımdır. Bu dəstək olmasa ictimai sərnişindaşıma sahəsi müflis olub gedəcək. Sentyabrın 15-dən etibarən bəlkə də Bakıda görmədiyimiz tıxaclarla qarşılaşacağıq. Ona görə də təcili surətdə dövlət dəstəyi lazımdır”.


5-09-2022, 18:59
Qiymətlərdə ciddi artımlar var - Agentlik sədri həyəcan təbili çaldı


Qiymətlərdə ciddi artımlar var - Agentlik sədri həyəcan təbili çaldı

Bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri müasir dövrdə əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir. Bunu "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür. "Buna baxmayaraq qeyd edilməlidir ki, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir. Digər tərəfdən, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir. Bu sahədə FAO, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların həyata keçirdiyi geniş miqyaslı və məqsədyönlü çalışmalar, o cümlədən bitki mühafizəsi sahəsində yeni standart və təlimatların hazırlanması dünyada bitki örtüyünün qorunması, aclığın və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılması üçün olduqca əhəmiyyətlidir". Q.Təhməzli onu da diqqətə çatdırıb ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilmiş, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib: "Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı tədbirlər, iqtisadiyyatın bütün sahələrində aparılan ardıcıl islahatlar kənd təsərrüfatı və qida sənayesinin yüksəlişinə, sahibkarlığın inkişafına ciddi zəmin yaratmışdır. Eyni zamanda, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Onu da qeyd edim ki, artıq karantin nəzarətində olan məhsulların ölkəmizə idxalı elektron sistem vasitəsilə tənzimlənməkdədir. Bununla yanaşı, hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, sınaq protokollarının və fitosanitar sertifikatların hazırlanması prosesləri tam olaraq elektron formada aparılır". AQTA sədri söyləyib ki, yaxın gələcəkdə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası, eləcə də E-Phyto sisteminə qoşulması nəzərdə tutulur.
3-09-2022, 14:25
“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı


“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb. Butov.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını açıqlayıb. Nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib. Qeyd edək ki, Rusiyadan Avropaya qaz nəql edən əsas boru kəməri “Şimal axını” avqustun 31-dən sentyabrın 2-ə kimi təmiri dayandırılmışdı. Bu gün “Qazprom” kəmərin turbinlərinin hamısı təmir olunmayınca, işləməyəcəyini elan edib. Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri və “Türk axını” vasitəsilə daşınır.
3-09-2022, 14:20
Azərbaycan nefti yenidən bahalaşdı


Azərbaycan nefti yenidən bahalaşdı

“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti artıb. Butov.az xəbər verir ki, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,93 ABŞ dolları və ya 2% artaraq 97,53 dollar təşkil edib.
2-09-2022, 22:51
İran neft hasilatını artırmağa hazırlaşır


İran neft hasilatını artırmağa hazırlaşır

İran 2023-cü ildə neft hasilatını artırmağı planlaşdırır. Bu barədə İran Neft Şirkətinin (NIOC) baş icraçı direktoru Möhsün Xocastemer bildirib. Məlumata görə, ölkə gələn ilin mart ayında neft hasilatını sutkada 200 min barel artıracaq. Möhsün Xocastemer qeyd edib ki, bu, cari təqvim ilinin sonuna qədər İranın hasilat gücünün sutkada dörd milyon bareldən çox olmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, hazırda İranın hasilat gücü sutkada 3,838 milyon bareldir.
2-09-2022, 18:41
Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın qaz verəcək


Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın qaz verəcək

Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
2-09-2022, 13:50
Avropada qazın qiyməti ucuzlaşdı


Avropada qazın qiyməti ucuzlaşdı

Bu gün Avropada qazın qiyməti ucuzlaşaraq, 2300 dollardan aşağı düşüb. Bu barədə Londonun “ICE” birjası məlumat yayıb. Məlumata əsasən, Niderlandda TTF qovşağında oktyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2279 dollara düşüb.
2-09-2022, 13:37
Rusiya bu ölkələrə neft satmayacaq


Rusiya bu ölkələrə neft satmayacaq

Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. O bildirib ki, Rusiya neft və neft məhsullarının qiymətinə məhdudiyyət qoyan ölkələrə neft satışını dayandıracaq. Novak, həmçinin müddəti 2022-ci ildə bitən OPEK+ sövdələşməsinin vaxtının uzadılmasına tərəfdar çıxıb. O, hesab edir ki, 2016-cı ildə yaradılan OPEK+ pandemiya dövründə neft bazarının tənzimlənməsində müsbət rol oynayıb. Xatırladaq ki, iyun ayında keçirilmiş G7 sammitində tərəflər Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması məsələsini müzakirə ediblər.
1-09-2022, 13:49
Payızda kəskin bahalaşma gözlənilir


Payızda kəskin bahalaşma gözlənilir

Son günlər ərzaq və digər məhsulların qiymətində müşahidə olunan artımın payızda pik həddə çatacağı deyilir. Bəzi ekspertlərin fikrincə, növbəti bahalaşma dalğası Azərbaycandan da yan keçməyəcək. Bəs qiymətlər nə qədər artacaq?
Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımı ölkəmizin idxaldan asılı olmasından qaynaqlanır. Onun sözlərinə görə, hazırda ərzaq məhsulları ilə özümüzü təmin etmə faizi çox aşağıdır: “Rəsmi rəqəmlərə görə, hazırda istifadə etdiyimiz ərzaq məhsullarının 50-55 faizi öz istehsalımızdır. Ancaq real rəqəm təxminən 20-25 faiz civarındadır. Rəsmi rəqəmlərdə göstəricinin belə yüksək olması xammalı xaricdən gətirilən və ölkəmizdə istehsal olunan ərzaq məhsullarının da yerli istehsal kimi qeyd olunması ilə bağlıdır. Düyü və çay məhsullarını, şəkər tozunu buna misal göstərə bilərik. İstehsal etdiyimiz bəzi məhsulların xammalının xaricdən gətirilməsi xaricdəki qiymət artımının Azərbaycana daha çox təsir etməsini şərtləndirir”. N.Cəfərlinin fikrincə, qiymət artımının daxili səbəbləri də var: “İnhisarçılıq meyillərinin olması, məmur biznesi də qiymət artımına təsir göstərən faktorlardır. Bunlar ənənəvi və xroniki problemlərdir. Onu da qeyd etmək lazımdır ki, hökumətin əlində qiymət artımının qarşısını almaq üçün çox ciddi alətlər var. Ancaq bundan istifadə etmək istəmirlər. Biz qiymət artımının qarşısını almaq üçün bundan əvvəl bir neçə təklif vermişdik. Vergi və gömrük rüsumlarının azaldılması əsas təkliflərimizdən idi. Məsələn, əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilsəydi, ərzaq məhsulları və dərman preparatlarının qiymət artımının qarşısı alına bilərdi”. Ekspert vurğulayıb ki, enerji daşıyıcılarının qiymətinin artması dünyada ərzaq qiymətlərinə ciddi təsir göstərir: “Bu baxımdan payıza doğru həm Azərbaycanda, həm də dünyada qiymət artımının kəskin olması ehtimalı böyükdür. Əsasən qazın qiymətinin yüksək olması istehsal olunan gübrələrə, kənd təsərrüfatı məhsullarına təsir göstərir. Bir sözlə, payızda daha çox qiymət artımı gözlənilir”.

1-09-2022, 13:37
Brent nefti ucuzlaşdı


Brent nefti ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,43% azalaraq, 1 barelə görə 95,23 dollar təşkil edib. Butov.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,49% azalarq, 89,11 dollar təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!