Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
16-02-2022, 21:03
Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğunu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib. Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.
15-02-2022, 15:52
Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq


İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.
Bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.
Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.
Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
12-02-2022, 14:46
"Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır"

Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.
Bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.
Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:
"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi".
7-02-2022, 14:05
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMAN


Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.
2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;
2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;
2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:
2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
7-02-2022, 11:53
Səhiyyədəki nöqsanlarla bağlı vətəndaşlara müraciət


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sahəsində qarşılaşdıqları nöqsanlarla bağlı vətəndaşlara müraciət edib.
Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov bildirib ki, neqativ halların sıfırlanması zaman istəyir:
O, vətəndaşlara çağırış edərək deyib ki, neqativ hallarla qarşılaşdıqda agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Qaynar xətti"nə məlumat versinlər.
"Bu gün dərman təchizatı ilə bağlı daha böyük işlər görülür. Yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək. Dərman təchizatı yaxşılaşacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq", - Araz Nəsirov bildirib.
4-02-2022, 12:20
Qızıl mədənləri ilə zəngin Vərziğan əhalisi səfil gündədir


Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin cümə imamı Mehdi Purməhəmməd bölgənin qızıl və mis mədənləri ilə zəngin olmasına baxmayaraq, əhalinin səfil gündə yaşadıqlarını etiraf edib:
“Qızıl və mis mədənləridə daxil olmaqla çox sayda təbii sərvətlərə malik olmağımıza baxmayaraq, bölgədə infrastruktur yox səviyyəsindədir, əhali ağır durumda yaşayır və hələdə məsulların onlara diqqət ayırmasını gözləyirlər”.
Cümə imamı xüsusilə “Süngün” mis mədəninin fəaliyyətinin əhaliyə heç bir xyirinin olmadığını, ondan əldə edilən gəlirdən işsizliyin, tibbi mərkəzlərin, yolların, içmıli suyun, kanalizasiya sisteminin və başqa bu kimi vacib ehtiyacların həlli üçün vəsait ayrılmadığını qeyd edib.
“Müxtəlif çətinliklərdən əziyyət çəkən Vərziğan əhalisinin əyalət valisinə dəfələrlə müraciət etməsinə baxmayaraq o bölgəyə səfər etməyib”-deyə, Purməhhəmməd Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmi tənqid edib.

O, “İran Milli Mis Şirkəti”nin 3 öncə “Süngün” mis mədənindən əldə edilən gəlirlərdən bir hissəsinin bölgədə işsizlik probleminin həllinə görə sərmayə qoyacağı barədə vədini xatırladıb.
“Hamı bilməlidir ki, İran Milli Mis Şirkəti Azərbaycana diqqət ayırıb sərmayə qoymaq istəmir”-deyə, cümə imamı şirkətin Azərbaycana qarşı qərəzli davrandığını bildirib.
Vərziğanın cümə imamı höccətül-islam Mehdi Purməhəmməd bundan öncədə bu sayaq tənqidi və sərt çıxışları ilə medianın diqqətində olub.
Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.
Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.
Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.
Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.
1-02-2022, 10:13
Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb.

Bütöv.az xəbər verir ki, 1 ABŞ dolları dəyişmərək 1.7000 manat, avro 1.9113-ə qalxıb, 1 rus rublu isə 0.0220 manat təşkil edib. Türkiyə lirsəinə gəlincə, 1 türk lirəsi bu gün 0.1276 manata qalxıb.
31-01-2022, 11:21
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.

WTI markalı neftin mart fyuçersləri 1,08 % bahalaşaraq bir bareli 87,76 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 1,10 % bahalaşaraq bir bareli 91,02 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
31-01-2022, 11:19
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək

Bu yenilik ötən gün təsdiqlənən "2020-2022-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.

Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək.
Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2020-2022-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq.
Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.
Bütöv.az xəbər verir ki, "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.
İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.
28-01-2022, 11:28
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin mart fyuçersləri 0,83 % bahalaşaraq bir bareli 87,33 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 0,69 % bahalaşaraq bir bareli 89,96 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!