Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video
Bu gün Şabran rayonunun Aygünlü kəndi ərazisində ağır yol qəzası baş verib. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Butov.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər meyvə bağlarında çalışan fəhlələr olub. Onlar Quba rayonundan qayıdarkən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəzaya düşənlərdən bəziləri qadınlardır. Hadisə zamanı xəsarət alan şəxslər Şabran rayon sakinləridir. Qeyd edək ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı şəhərinin Sabunçu rayonunda "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. FHN-dən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1 nəfər dünyasını dəyişib, 2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə edilir. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında fake profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib: "O törətdiyi əməli etiraf edib. Hazırda araşdırmalar davam etdirilir".
Xəbər verildiyi kimi, Bakıda keçmiş polis əməkdaşı intihar edib. Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov bir neçə gün öncə yaşadığı evdə özünü asıb. Onun borc səbəbindən canına qəsd etdiyi deyilir. Yerli KİV-də yayılan xəbərə görə, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından uzaqlaşıb. Hazırda onun intihar səbəbi araşdırılır.
Bakıda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb. Rəsmi məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır".
Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində sənəd saxtalaşdırmaqda təqsirləndirilərək həbs olunan “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Ələkbərov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, Orxan Ələkbərov pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi dövründə (bölgələrə gediş-gəlişdə məhdudiyyət zamanı) rüşvət müqabilində direktoru olduğu şirkətin adından icazə arayışları verməkdə ittiham olunur. İddia olunur ki, Orxan Ələkbərov 60-80 manata saxta sənədlər əsasında vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, adına saxta əmək müqavilələri tərtib edib. 33 yaşlı Orxan Ələkbərov 2020-ci ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.
Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: "Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra intihar edib
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar. Butov.az xəbər verir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub. M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.