Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
5-06-2025, 16:20
Çörək maşını ilə narkotik paylayan şəxs tutuldu - VİDEO


Çörək maşını ilə narkotik paylayan şəxs tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.
B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
4-06-2025, 15:53
Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı


Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Azərbaycanın 5 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında Araz çayının məcrasında, Bərdə rayonu İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
"Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq", - məlumatda qeyd olunub.
3-06-2025, 16:40
Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO


Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.

2-06-2025, 17:28
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi


Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.
"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur", - deyə bildirib.


31-05-2025, 15:07
Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi


Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi

Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısına hökm oxunub.
Buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında tanışı ilə görüşüb söhbətləşən zaman tanışı ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanıb. O isə qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların “28 May” metrosunun ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını deyib. Daha sonra sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini bildirib. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif edib. Əslində isə onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına bəyannamə tərtib edib təsdiq etmək olub.
O bu məqsədlə 2023-cü ildə ölkəyə sərhəddən keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islah işləri cəzası təyin edilib.
31-05-2025, 12:59
Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı


Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı

Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
31-05-2025, 12:17
Abşeronda silah-sursat aşkarlandı


Abşeronda silah-sursat aşkarlandı

Abşeron rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib. Araşdırma aparılır", - məlumatda qeyd edilib.
31-05-2025, 11:31
Polis əməliyyat keçirdi - 9 kiloqram narkotik aşkarlandı


Polis əməliyyat keçirdi - 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
29-05-2025, 16:59
Aybəniz Haşımovanın qardaşına hökm oxundu


Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Əməkdar artist Aybəniz Haşımovanın qardaşı Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.
Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.
O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.
29-05-2025, 16:22
Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış


Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış

Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə 6 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.
Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb. Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.
Bölgə prokurorluğunda aparılan araşdırma zamanı hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslərin kim olduqları müəyyən olunub. Hadisəni təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Kemer bölgəsində saxlanılıb.
Ondan başqa hadisədə 3-ü Özbəkistan, 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfərin də iştirak etdiyi bəlli olub. Onlar hadisədən sonra kirayələdikləri avtomobillə qaçıblar, avtomobildə olan zaman onlardan bəziləri üst geyimlərini dəyişib, bəziləri saç-saqqallarını qırxıblar.
Şübhəlilərdən ikisi hava limanında tutulub. Birinin isə Rusiyaya getdiyi məlum olub və onun barəsində qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində həmin şəxs hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası ilə bağlı işlər davam etdirilir.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Araz Musayevin ümumi vəziyyətinin yaxşı olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. O, hazırda xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və yaxın günlərdə evə buraxılması gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!