MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                        Xırdalan sakinləri üçün şad xəbər .....                        Bakı metrosunda 51 yeni stansiya .....                        Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü .....                       
17-12-2021, 10:19
Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - VİDEO

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Bütöv.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Xəzər TV-nin əməkdaşları qadının müraciətindən sonra həmin ünvana yollanıb, yaşlı qadının həqiqətən ağır xəstə və nitqində qüsur olduğunun şahidi olublar.

Hadisə ilə bağlı Zemfira Musayevaya baxan Sona Axundova ilə də əlaqə saxlanılıb. Qadın səs yazısının efirə yayımlanmasını istəməyib. Amma hadisə ilə bağlı ətraflı məlumat verib. Sona Axundova hadisənin səhər saat 7-də baş verdiyini və yuxulu olarkən törətdiyini etiraf edib. O, bu hadisəni törədərkən fikrinin öz evində xəstə olan uşağında qaldığını, bir qədər də əsəbi olması səbəbindən anidən baş verdiyini deyib. Sona Axundova yaşlı qadına doğma anası kimi baxdığını və bu hadisəyə görə peşman olduğunu da bildirib.

Zemfira Musayevanın qızı hadisə ilə bağlı ''102-i xidməti'' nə məlumat verib. Polis hər iki tərəfin izahatını alıb. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

15-12-2021, 13:39
“E-manat”dan oğurluq edən şəxs saxlanılıb - VİDEO

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib. Röyal Məmmədyarovun paytaxt və Abşeron rayonu ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

14-12-2021, 19:59
Bakıda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi VAZ-2115 markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən ötən gün keçirilən analoji tədbirlər zamanı qeyd edilən qanun pozuntusuna yol verən səkkiz belə sürücü aşkar edilib. Onların əməlinə də qanunla nəzərdə tutulan qaydada hüquqi qiymət verilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.



Bütöv.az
13-12-2021, 22:09
Bakıda 18 min manatlıq oğurluq edən qadının görüntüləri - ANBAAN VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər - Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub.

Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

“Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, - Mətbuat Xidmətindən bildirilib.



Bütöv.az
10-12-2021, 18:11
Qadın sərnişinlərə əxlaqsız təkliflər edən sürücülərin görüntüləri yayıldı - VİDEO

Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.

Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir.
Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar.

Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.



Bütöv.az
9-12-2021, 21:49
"Telegram"da müxtəlif şəxslərin görüntülərini yayaraq silmək müqabilində pul tələb edən adminlər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılan araşdırma zamanı şantaj video və fotolarının “telegram” kanallarının adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

Bu barədə Bütöv.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində idarə etdikləri “telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.

Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin “telegram” sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyyə edir.

8-12-2021, 17:05
Bakıda 20 min manatlıq oğurluğun görüntüləri - ANBAAN VİDEO

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb.
Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.




Bütöv.az
7-12-2021, 16:43
8 evdən oğurluq edən 3 nəfər saxlanılıb - VIDEO

Maştağa qəsəbəsində 8 evdən oğurluq edən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bütöv.az-a verilən məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan və Daş Karxanası yaşayış massivlərində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Tuncay Həsənov, Şakir Vahablı və Qurban Məmmədov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların qeyd edilən ərazilərdə müxtəlif vaxtlarda 8 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.


7-12-2021, 16:17
Prokuror Vüqar Səfərliyə 11 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ədalət Vəliyevin vəkili onun adına olan binanın zərərin ödənilməsi ilə bağlı dövlət nəfinə verilməsi və bunun yüngülləşdirici hal hesab edilməsi barədə məhkəməyə sənəd təqdim edib.

Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüqar Səfərlinin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin, V.Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.

Prokuror başqa cinayət işi üzrə təqsirləndirilən Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində məhkəmə istintaqı zamanı seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilməli və hər biri məhkəmə zalında həbs edilməlidir.

Prokuror cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsini xahiş edib.

Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən qaldırılan mülki iddianın da təmin olunmasını istəyib.

Proses dekabrın 14-də davam edəcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Bütöv.az
6-12-2021, 18:20
Güləş Federasiyasından oğurluq edən şəxs əvvəl ofisiant işləyirmiş - VİDEO

Azərbaycan Güləş Federasiyasının ofisindən içərisində 63 min manat dəyərində olan pulun yerləşdiyi dəmir seyfi oğurlayan Kamran Mütəllimov barədə detallar məlum olub.

Bütöv.az-ın əldə etdiyi xəbərə görə, o, əvvəl federasiyada ofisiant işləyibmiş.

Bu səbəbdən də seyfin harada yerləşdiyini dəqiq bilirmiş.
Qeyd edək ki, Kamran Mütəllimov dekabrın 1-də iş yoldaşı Vüqar Əsgərov və İmran Zeynalovla birgə federasiyanın mühasibat otağından 63 min manat dəyərində (orada yerli valyutadan başqa, ABŞ dolları, Türkiyə lirəsi də olub – red.) seyfi oğurlayıb və pulu öz aralarında bölüblər. Onlar oğurluğa İmran Zeynalova məxsus “KİA Rio” avtomobilində gəliblər.

Dekabrın 4-də Daxili İşlər Nazirliyi məlumat yayaraq hər üç şəxsin saxlandığını bildirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!