Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
11-10-2025, 09:36
Bakı metrosunda ölüm


Bakı metrosunda ölüm

Bakı metropoliteninin "28 May" stansiyasında ölüm hadisəsi baş verib.
Qatarda halı pisləşmiş sərnişin stansiyada düşəndən az sonra vəfat edib.
Məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.
11-10-2025, 00:43
Fransa 3 qolla qələbə qazandı


Fransa 3 qolla qələbə qazandı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başa çatıb..
“Park de Prens” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.
Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

****

22:43

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.
“Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
11-10-2025, 00:00
Gəncə terroru - 5 il


Gəncə terroru - 5 il

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
10-10-2025, 23:13
Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.
B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.
10-10-2025, 22:53
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldilər


Azərbaycan şahmatçıları Ermənistana qalib gəldilər

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib
Hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.
10-10-2025, 20:31
Rəsmi Bakıdan Qəzzadakı atəşkəsə REAKSİYA


Rəsmi Bakıdan Qəzzadakı atəşkəsə REAKSİYA

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında bildirilib.
“Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımı şəkildə həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin olunması üçün səylər artırılacaq. Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik”, – deyə paylaşımda qeyd olunub.
10-10-2025, 19:25
10 gündə 3 böyük sammit - Hikmət Hacıyevdən paylaşım


10 gündə 3 böyük sammit - Hikmət Hacıyevdən paylaşım

Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.
10-10-2025, 17:19
Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu


Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 9 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
10-10-2025, 17:00
İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir


İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir

Rusiya 2025-ci ilin sonuna kimi “3+3” regional məsləhət platformasının dördüncü nazirlər görüşünün keçirilməsini dəstəkləyir. Hazırda onun işlənib hazırlanması istiqamətində işlər aparılır.
Bunu Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin (RAU) tələbələri ilə görüşündə deyib.
"Biz hazırda Ermənistanla Azərbaycan arasında əlaqə saxlayırıq, çünki burada prioritet məsələ var. Həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir görüşə ev sahibliyi etməyə hazırdır. Onlar prioritet sırasını razılaşdırmalıdırlar və biz də təbii ki, hər cür köməklik göstəririk", - diplomat bildirib.
Səfirin sözlərinə görə, Türkiyə və İran tərəfləri ilə əlaqə saxlayan platformanın bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı və aktual formatdır və region dövlətlərinin özləri bölgənin problemlərinin həllində əsas rol oynamalıdırlar.
"Bu, bizim prinsipial mövqeyimizdir və tərəfdaşlarımız da bunu bölüşürlər. Əlbəttə, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu, reallıqların və regional oyunçuların özlərinin maraqlarının dərk edilməsinə əsaslanmalıdır", - diplomat bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ya Ermənistan-Amerika dialoqu çərçivəsində müzakirə olunan bir çox məsələlər istər-istəməz digər qonşu dövlətlərin maraqlarına toxunur və bu səbəbdən də “3+3” platforması çoxtərəfli dialoq üçün obyektiv axtarılan mexanizmə çevrilir.
Kopirkin qeyd edib ki, format işləyir, artıq üç görüş keçirilib. Tiflisin iştirakı ilə bağlı o qeyd edib ki, Gürcüstan əvvəlcə ekspertlər səviyyəsində maraq göstərib və tədbirlərdən birində iştirak edib, lakin sonradan uzaqlaşıb. Buna baxmayaraq, Rusiya səfiri vurğulayıb ki, platformanın bütün iştirakçıları Gürcüstan üçün qapının açıq qalması fikrində yekdildir.
Əvvəllər bildirilmişdi ki, “3+3” məsləhətçi regional platformasının növbəti görüşlərinin tərəflərin özlərinin müəyyən edəcəyi ardıcıllıqla İrəvanda və Bakıda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, “3+3” regional məsləhət platformasının sonuncu iclası 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.
10-10-2025, 16:54
Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT


Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni baş direktoru seçilib.
Xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov seçilib.
Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.
Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!