“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Dünən, 17:07
“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu


“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondu birgə təşkil edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Bəxtiyar Vahabzadənin Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğulayıb, xüsusilə onun “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd edib.
Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulova Bəxtiyar Vahabzadəni ümumtürk tarixinin böyük şairi adlandırıb. “Bəxtiyar olmaq bir missiyadır”, – deyə o vurğulayıb.
AMEA-nın rəhbəri, akademik İsa Həbibbəyli çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirib.
Kitabın elmi redaktoru Fərid Hüseyn əsərin mahiyyəti haqqında məlumat verib.
Akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş şəkildə şərh edib.
Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri – o cümlədən, Muxtar Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığına dair dəyərli fikirlərini bölüşüblər.
Dünən, 16:59
Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident


Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident

“Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik”.
Bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”, - dövlət başçısı vurğulayıb.

Dünən, 16:44
Anomal istilər bu tarixədək davam edəcək


Anomal istilər bu tarixədək davam edəcək

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.
Dünən, 00:43
Azərbaycan futbolçusu faciəvi şəkildə öldü


Azərbaycan futbolçusu faciəvi şəkildə öldü

"Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fərid Şahverdiyev bu gün çimərlikdə boğularaq dünyasını dəyişib.
17-07-2025, 22:49
Təbrizdən Bakıya aviareyslər bərpa edilir


Təbrizdən Bakıya aviareyslər bərpa edilir

Təbrizdən Bakıya aviareyslər reysi bərpa edilir.
Bu barədə İran mediasında məlumat yayılıb.
Bildirilib ki, uçuşlar avqustun 11-dən Təbriz-Bakı-Təbriz reysi üzrə həftəlik olmaqla İranın ”Homa aviaşirkəti tərəfindən həyata keçiriləcək.
17-07-2025, 22:37
"Qarabağ"ın yeni oyunçusu


"Qarabağ"ın yeni oyunçusu

"Qarabağ" yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.
Zaqrebin “Dinamo” klubu ilə uzun sürən danışıqlar uğurla nəticələnib və Sami Mmae icarə əsasında komandada forma geyinəcək. İcarə müqaviləsi 1 illik nəzərdə tutulub.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-2018-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-2021-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-2024-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün pley-offunda “Dinamo”nun heyətində komandamıza qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ağdam təmsilçisi indiyədək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.
17-07-2025, 22:20
Liderlər Şuşada birgə nahar etdilər


Liderlər Şuşada birgə nahar etdilər

İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər.
Bununla da Türkmənistan Xalq Məsləhətinin sədrinin Azərbaycana səfəri başa çatıb.
17-07-2025, 20:28
Şahin Şıxlinski barədə axtarış elan edildi


Şahin Şıxlinski barədə axtarış elan edildi

“Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Bu barədə "E1.ru" nəşri məlumat yayıb.
Məlumata görə, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Qeyd edək ki, ötən gün Rusiya məhkəməsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
17-07-2025, 19:17
Yenə 700 bal toplayan olmadı - II və III qrupun liderləri


Yenə 700 bal toplayan olmadı - II və III qrupun liderləri

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
17-07-2025, 19:06
Qəbul imtahanının cavabları AÇIQLANDI


Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilən qəbul imtahanının nəticəsini elan edib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1 160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!