Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
2-06-2025, 15:55
Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi


Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Məlumata görə, Baş Prokurorluğun istintaq idarəsi tərəfindən istintaqa çağırılan digər şəxslər barəsində də mərhələli şəkildə qiyabi həbs qərarları veriləcək.
2-06-2025, 15:22
SOCAR bu şirkətlə saziş imzaladı


SOCAR bu şirkətlə saziş imzaladı

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.
Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.
Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.
2-06-2025, 15:02
Ermənilər Mingəçeviri “Smerç”lə hədəfə alıbmış


Ermənilər Mingəçeviri “Smerç”lə hədəfə alıbmış

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq edilib.
Sənədlərdən bir qismi Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə olub.
Tədqiq edilən sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən Azərbaycan Respublikasının 4-cü ən böyük şəhəri olan Mingəçevir şəhəri, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.
Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 21.08.1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş, Ağdam rayonu, Evoğlu kənd sakini, 13.10.1958-ci il təvəllüdlü qohumu Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Habelə Bağırov Elçin Yaqub oğlu, 10.09.1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 02.09.2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.
Qeyd olunan partlayışın təsirindən raketin düşdüyü yerdə torpaq üzərində çala əmələ gəlib. Yük avtomobilinin dəmir konstruksiyalı yük yeri avtomobildən qoparaq təxminən 8 metr aralıdan keçən su kanalına düşüb. Müəyyən edilib ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2 min 800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5 min 300 metrdir.
“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşərək asfalt örtüyü dəlib 40 santimetr dərinliyində yerə batıb və xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.
Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 05 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.
Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt yoxdur.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
2-06-2025, 14:08
350 tələbəyə təqaüd veriləcək - Nazirdən ŞAD XƏBƏR


350 tələbəyə təqaüd veriləcək - Nazirdən ŞAD XƏBƏR

“Artıq Qarabağ Universiteti birinci tədris ilini uğurla başa vurur və ikinci tədris ilinə hazırlıqlar davam edir”.
Bunu Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlama verən elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, universitetin tələbə sayı əvvəlki ilə nisbətən dəfələrlə artıb və bu il daha çox tələbənin qəbul olunacağı gözlənilir.
Emin Əmrullayev özəl sektorla əməkdaşlığın əhəmiyyətini də vurğulayıb:
“Bu forumda ilkin fikirlər səsləndirildi. Bir çox aparıcı dövlət qurumları və özəl müəssisələr təqaüdlərlə bağlı təşəbbüslər irəli sürdü. Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir”, – deyə nazir bildirib.
O qeyd edib ki, Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də təşkilatlanma nümunəsidir və özəl sektor bu təşəbbüsün bir parçası olmaq istəyir.
Nazir sonda forumun iştirakçılarına təşəkkür də edib:
“Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fikirlərimizi bölüşdük, eyni zamanda, biznes qurumları da öz baxışlarını və imkanlarını ifadə etdilər. Təbii ki, bu fikir və imkanlar gələcəkdə müxtəlif formalarda reallaşa bilər” ,– deyə Emin Əmrullayev qeyd edib.
2-06-2025, 13:40
Gorusda Fransa konsulluğu açıldı


Gorusda Fransa konsulluğu açıldı

Bu gün Gorus meriyasına bitişik binada Fransanın fəxri konsulluğu açılıb. Fəxri konsul milliyyətcə erməni, həm də Gorus Frankofoniya Mərkəzinin direktoru olan Karmen Apuntsdur.
Açılışda Fransanın Ermənistan Respublikasındakı səfiri, Ermənistan Respublikasının ərazi idarəsi naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Gorus şəhərinin meri, fransalı senatorlar və başqaları iştirak ediblər.
Qeyd edək ki, fəxri konsul Aparatı Baş Konsulluqdan xeyli aşağı statusa malikdir və bir qayda olaraq siyasi funksiyalara və toxunulmazlığa malik deyil. Fəxri Konsulun İdarəsi əsasən humanitar və mədəni funksiyalara malikdir və bəzi hallarda konsulluq xidmətləri göstərə bilər.
2-06-2025, 13:24
1 saat maşın saxlamaq 5 manat oldu - İçərişəhərdə YENİLİK


1 saat maşın saxlamaq 5 manat oldu - İçərişəhərdə YENİLİK

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada
yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.
Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni tənzimləməyə əsasən Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb.
Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsız qaydada (azparking, post terminal və s.) mümkündür.
Bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir.
Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik.
2-06-2025, 12:56
Qarabağ Universiteti üçün tarixi bina ayrılıb


Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

“Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb”.
Bunu iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, 2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə məhz həmin tarixi binada – Şuşa Realnı Məktəbinin yerləşdiyi ərazidə davam edəcək.
Bu addım həm təhsilin inkişafı, həm də Şuşanın mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
2-06-2025, 12:52
Prezident Pakistan nazirini qəbul edib


Prezident Pakistan nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliki qəbul edib.
Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi.
Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulandı.
“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparıldı.
Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət etdi.
2-06-2025, 12:36
Vasif Talıbovun oğlu vəzifədən uzaqlaşdırıldı - Yerinə o təyin edildi


Vasif Talıbovun oğlu vəzifədən uzaqlaşdırıldı - Yerinə o təyin edildi


Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar.
Həmçinin, Mahir Məmmədov səsvermə nəticəsində daha dörd il müddətinə federasiyaya rəhbərlik edəcək.
Faiq Həsənov I vitse-prezident, iş adamı Yaqub Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov vitse-prezident seçiliblər. Qeyd edək ki, sonuncu vəzifəni Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov tuturdu.
2-06-2025, 12:22
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!