Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
8-02-2023, 17:11
Prezident dini qurumlara maliyyə yardımıyla bağlı sərəncam imzaladı


Prezident dini qurumlara maliyyə yardımıyla bağlı sərəncam imzaladı

Prezizident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
8-02-2023, 17:09
Prezident beynəlxalq konvensiyayla bağlı qanunu təsdiqlədi


Prezident beynəlxalq konvensiyayla bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilib.
8-02-2023, 16:36
Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildi


Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildi

Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi qanun layihəsində qeyd olunub. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər. Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.
8-02-2023, 16:28
Miqrasiya Məcəlləsinə dəyişiklik edildi


Miqrasiya Məcəlləsinə dəyişiklik edildi

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.
8-02-2023, 16:12
201 nəfər vətəndaşımız təxliyə olundu


201 nəfər vətəndaşımız təxliyə olundu

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.
7-02-2023, 22:53
Vətəndaşımız zəlzələdə həlak oldu


Vətəndaşımız zəlzələdə həlak oldu

Azərbaycan vətəndaşı Türkiyədə baş vermiş zəlzələdə həlak olub. Dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Nailə Bünyatovadır. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.
7-02-2023, 22:46
Mehriban Əliyevadan Türkiyəyə humanitar yardım


Mehriban Əliyevadan Türkiyəyə humanitar yardım

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək. Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
7-02-2023, 20:10
Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktor müavini,Şahsuvarlı Minarənin anası, Məmmədova Ülkər Məhəmməd qızı vəfat etmişdir. Həmin məktəbin müəllimləri:İsmayılova Qətibə, Əliyeva Radə, Məmmədova Qızqayıt, Aşurbəyova Gülxumarə, Dəmirova Fərqanə, Mirzəyeva Selvina,Tağıyeva Nahidə, Sarıyeva Leyla,Əliyeva Elnurə, Alıyeva Vəfa, Bədəlova Nərgiz, Zeynalova Ürfət, Bəndəliyeva Aygün, Allahverdiyeva Şəlalə, Hacıyeva Dilarə, Nəcəfova İlhamə, Məhişova Aybəniz, 7c sinif şagirdləri və onların valideyinləri bu xəbərdən kədərlənir Minarə müəllimə başsağlığı verirlər.
Allah rəhmət etsin!
7-02-2023, 18:19
Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaq


Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.
7-02-2023, 18:15
Prezident sazişi təsdiqlədi


Prezident sazişi təsdiqlədi

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!