Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
4-08-2023, 16:30
Minatəmizləmə Agentliyinin yubiley medalı təsis edildi


Minatəmizləmə Agentliyinin yubiley medalı təsis edildi

Minatəmizləmə Agentliyinin 25 illiyi ilə bağlı yubiley medalı təsis edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda edilən dəyişikliyi təsdiq edib.
Qanuna əsasən, bu medalla minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Yubiley medalı döşün sol tərəfinə, digər orden və medallardan sonra taxılır.
“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 millimetr olan lövhədən ibarətdir.
4-08-2023, 16:22
XİN Başçısı gürcü həmkarı ilə telefon danışığı apardı


XİN Başçısı gürcü həmkarı ilə telefon danışığı apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər nazirinə zəng vurub.
XİN-dən verilən xəbərə görə, nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.
Nazir C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
4-08-2023, 14:36
Azərbaycandan Gürcüstanda baş vermiş faciəylə bağlı paylaşım


Azərbaycandan Gürcüstanda baş vermiş faciəylə bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Bu barədə XİN-dən bildirilib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.
4-08-2023, 14:02
“Neftçi” – “Beşiktaş” oyununun hakimləri bəlli oldu


“Neftçi” – “Beşiktaş” oyununun hakimləri bəlli oldu

“Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcək.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmada Lukas Fahndrix fit çalacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcək. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.

4-08-2023, 12:15
Sabahın havası


Sabahın havası

Avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
3-08-2023, 23:23
“Neftçi” qələbə qazandı


“Neftçi” qələbə qazandı

“Neftçi” bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qələbə qazanıb.
Oyun “Bakcell Arena”da baş tutub.
Hər hissədə bir qol vuran “Neftçi” növbəti mərhələyə adlayıb. Komandanın qollarının müəllifləri Sayef və Matias olublar. Komanda növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu cütün qalibi “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaq.
3-08-2023, 22:40
Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi


Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi

3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın və 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.
3-08-2023, 22:31
Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı


Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı

Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.
Ukrayna Ali Radasından verilən məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.
“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur - diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikicisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, - deyə Olena Kondratyuk bildirib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.
“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” - deyə Ali Radanın müavini vurğulayıb.
3-08-2023, 21:21
Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb


Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb

Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.
Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.
Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
3-08-2023, 20:26
Tblisidə silahlı insident: Azərbaycanlı iş adamı güllələndi


Tblisidə silahlı insident: Azərbaycanlı iş adamı güllələndi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində silahlı insident baş verib.
Azərbaycanlı iş adamı hücuma məruz qalıb.
Bildirilir ki, Roman İsayevə şəxsi mağazasında atəş açılıb, onun vəziyyətinin ağırdır.
Polis hücum edən şəxsi axtarır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19/108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!