Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
5-04-2024, 14:31
Paşinyan: “ Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq”


Paşinyan: “ Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq”

"Vurğulamaq istərdim ki, biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq".
Bunu Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan həmçinin Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına və ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasına tam sadiqdir", - o əlavə edib.
Qeyd edək ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.
5-04-2024, 14:05
Bayram günlərində “Bakı Metropoliteni” iş rejimini dəyişəcək


Bayram günlərində “Bakı Metropoliteni” iş rejimini dəyişəcək

Qarşıdan gələn Ramazan bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib. Bu səbəbdən sabah şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metrosu buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.
Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində növbətçilik cədvəli əsasında işçi personalının fəaliyyəti təmin ediləcək. Bütün stansiyaların infrastrukturu, o cümlədən mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.
Aprelin 10-11-də saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsi üzrə qatarlar arasında interval 2,5 dəqiqə olacaq. Aprelin 12-14-də həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.
Lakin sərnişin axını istiqamətləri diqqətdə saxlanılmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilər.
4-04-2024, 23:15
Prospektdə ağır qəza: 4 nəfər xəsarət aldı


Prospektdə ağır qəza: 4 nəfər xəsarət aldı

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
4-04-2024, 22:18
Kürdəmirdə avtomobil yanaraq külə döndü


Kürdəmirdə avtomobil yanaraq külə döndü

Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb.
Hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, rayonun Atakişili kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb.
Alovun qarşısını almaq mümkün olmayıb, nəticədə avtomobil tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
4-04-2024, 21:20
İlham Əliyev Brüssel görüşündən danışdı


İlham Əliyev Brüssel görüşündən danışdı

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığı zamanı Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
4-04-2024, 21:11
Kür çayında kişi meyiti tapıldı


Kür çayında kişi meyiti tapıldı

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
Hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
4-04-2024, 21:01
İlham Əliyev Avropa Komissiyasının Prezidentiylə danışdı


İlham Əliyev Avropa Komissiyasının Prezidentiylə danışdı

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.
Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
4-04-2024, 20:15
Ermənistan yeni hərbi infrastrukturun yaradılması istiqamətində işlər aparır


Ermənistan yeni hərbi infrastrukturun yaradılması istiqamətində işlər aparır

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır.
Bu barədə "Caliber" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir. Paşinyanın “sülh gündəmi” belədir.
4-04-2024, 19:43
“Azərişıq” əməkdaşını cərəyan vuraraq öldürdü


“Azərişıq” əməkdaşını cərəyan vuraraq öldürdü

“Azərişıq” ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Şamaxı rayonu ərazisində baş verib
Belə ki, 1966-cı il təvəllüdlü Dəmirov Arif Həmid oğlunu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
4-04-2024, 18:57
Sahibə Qafarova Konqo Prezidentiylə görüşdü


Sahibə Qafarova Konqo Prezidentiylə görüşdü

Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O inamını ifadə edib ki, bu səfər, cənab Prezident İlham Əliyevlə aparılan danışıqlar və əldə olunmuş razılaşmalar Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük təkan verəcək.
Görüşdə qeyd olunub ki, bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, mədən sənayesi, hərbi sənaye, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb.
Səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib və iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin tərəflərin siyasi iradəsinin göstəricisi olduğunu söyləyib.
Qarşılıqlı münasibətlərin inkişafı üçün hər iki ölkənin böyük potensialı olduğunu deyən Konqonun dövlət başçısı bu sahədə parlamentlərin də mühüm rol oynayacağını qeyd edib. Söhbət zamanı qonaq Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, mədən sənayesi, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, iki ölkə arasında əlaqələrin perspektivləri barədə danışıb.
Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. Spiker Sahibə Qafarova Milli Məclisin Konqo Respublikasının həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələrini inkişaf etdirməyə hazır olduğunu qeyd edib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətlərə töhfə verə bilər.
Milli Məclisin sədri deyib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Onlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Azərbaycanın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə iştirak edir. Konqo parlamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək.
Konqo Respublikasının Prezidenti ölkəsinin qanunverici orqanının Azərbaycan parlamenti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq, qarşıdakı dövrdə bu istiqamətdə fəal addımların atılacağına inamını ifadə edib.
Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək, bəzi ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, regionda qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini regiona gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Konqo Respublikasının Prezidenti isə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də bizim ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacağıq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!