BMT iki ölkəyə çağırış etdi .....                        PSJ Qitələrarası Kubokun qalibi oldu .....                        Dünya çempionatı üçün rekord mükafat .....                        Məktəblilər arasında “snus” təhlükəsi - Polisdən açıqlama .....                        Qadın deputatlar arasında dava düşdü - VİDEO .....                        Məşhur aparıcı həbs edildi .....                        Ağdamda mina partladı - YARALI VAR .....                        Meyiti tapılan gənc Mirmahmud Mirəlioğlunun nəvəsi imiş .....                        3 ölkə Türkiyəyə qarşı birləşir .....                       
22-11-2023, 16:58
Komitə köçkünlərin Xankəndiyə köçürülməsiylə bağlı cavab verdi


Komitə köçkünlərin Xankəndiyə köçürülməsiylə bağlı cavab verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir.
Bu barədə Komitədən məlumat verilib.
Məlumatda bildirilib ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır.
"Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur", - Komitə qeyd edib.
22-11-2023, 16:40
İlham Əliyev Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi


İlham Əliyev Kahramanmaraşla bağlı Sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.
22-11-2023, 16:21
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı artıb


Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı artıb

Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.
Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34,5%-ni təşkil edib.
22-11-2023, 14:57
Laçına köçürülən ailələr artıq doğma yurdlarındadır


Laçına köçürülən ailələr artıq doğma yurdlarındadır

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.
Səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.
Belə ki, yeni köçürülən ailələri burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıb.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


21-11-2023, 13:30
Azərbaycanla Özbəkistan arasında saziş təsdiqləndi


Azərbaycanla Özbəkistan arasında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Dövlət başçısı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə də Fərman imzalayıb.
Prezidentin Fərmanı ilə 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
21-11-2023, 13:21
Prezident Şuşayla bağlı Sərəncam imzaladı


Prezident Şuşayla bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
21-11-2023, 13:14
Neft gəlirlərimiz azalır - Maliyyə naziri


Neft gəlirlərimiz azalır - Maliyyə naziri

Hazırda neft gəlirlərimizin azalması prosesi baş verir.
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bu azalma iki faktorla bağlıdır, biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması proseləridir:
"Bunlar büdcə gəlirlərinə mənfi tərsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımla neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, onların iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır. Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir”.
21-11-2023, 13:08
Prezident Ədliyyə işçilərini təltif etdi


Prezident Ədliyyə işçilərini təltif etdi

Prezident İlham Əliyev Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxsi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib.
Dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalyıb.
Sərəncamla təltif olunanlar aşağıdakı şəxslərdir:

Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğlu
Eyvazov Xəyal Astan oğlu
Həsənli Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.
21-11-2023, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
20-11-2023, 20:14
Ağdərə rayonunun yaradılmasıyla bağlı layihə Milli Məclisə təqdim olundu


Ağdərə rayonunun yaradılmasıyla bağlı layihə Milli Məclisə təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərazində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə işğal altında olan ərazilərimizn azad edilməsi ilə nəticələndi. Erməni hərbi birləşmələrinin təslim olmağa məcbur edilməsi və tərksilah olunması 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində mümkün oldu və bununla da Azərbaycanın ərszi bütövlüyünün bərpası prosesi başa çatdı.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticısində Azərbaycan xalının qarısında duran ən böyük problem aradan qaldırıldı. İndi dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, davamlı iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində mühüm addımdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!