31-01-2023, 00:58
Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandıAzərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb. İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
30-01-2023, 16:03
Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olunduXəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
30-01-2023, 15:35
Türkiyənin təhsil naziri Azərbaycanda səfərdədirTürkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
30-01-2023, 06:26
Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.” Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.
29-01-2023, 23:06
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdıAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə XİN başçısının müavini qeyd edib.
29-01-2023, 22:56
Qəbələ rayonunda kişi skeleti aşkarlandıBugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
29-01-2023, 22:54
İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmırİran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır. Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb. Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar. Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.
29-01-2023, 22:27
Prezident xanımı ilə MacarıstandaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:29
Prezident Macarıstana rəsmi səfərə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:18
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildiDövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.