Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
25-09-2023, 21:41
Qurban Qurbanov: “Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim”


Qurban Qurbanov: “Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim”

"Kənardan futbolçuma müdaxilə oldu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim".
Bunların "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII tur oyununda texniki zonadan uzaqlaşdırılması ilə bağlı danışarkən deyib.
51 yaşlı mütəxəssis görüşdən sonra hakimlə söhbətinin pis alınmadığını bildirib.
Qurbanov müdafiəçi Kevin Medinanın qırmızı vərəqə almasına da toxunub: "Deyiləsi bir söz yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxlaya bilmədi və qarşılıq verdi. Bütün oyunçular bu cür davranışlara görə cəza alırlar. Onları da başa düşmək lazımdır. Futbolçuların da xarakteri var. Amma belə qırmızı vərəqəyə görə cəza alırlar".
25-09-2023, 21:16
Qurban Qurbanova ikinci sarı vərəqə verilərək ərazidən uzaqlaşdırıldı


Qurban Qurbanova ikinci sarı vərəqə verilərək ərazidən uzaqlaşdırıldı

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “Qarabağ” matçında gərgin anlar yaşanıb.
Qarşılaşmanın 89-cu dəqiqəsində matçın baş hakimi Elçin Məsiyevin qərarı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu özündən çıxarıb.
Hakimin qərarına etiraz edən təcrübəli mütəxəssis qarşısında ikinci sarı vərəqəni görərək texniki zonadan kənarlaşdırıb.
25-09-2023, 20:17
Ərdoğanın Naxçıvana səfərinin fotoları yayıldı


Ərdoğanın Naxçıvana səfərinin fotoları yayıldı

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfərə gəlib. O, Prezident İlham Əliyevlə görüşüb.
İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində və Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
Butov.az səfərdən fotolar təqdim edir:



















25-09-2023, 19:43
Müsadirə olunmuş döyüş texnikasının yeni siyahısı açıqlandı


Müsadirə olunmuş döyüş texnikasının yeni siyahısı açıqlandı

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-a olan yeni siyahı yayılıb.
Butov.az Müdafiə Nazirliyinə isitnadən yeni siyahını təqdim edir:

1. Atıcı silah və qumbaraatanlar - 797

2. Artilleriya silahları - 42

3. HHM vasitələri - 165

4. Döyüş sursatları - 175225

5. Təchizat və ləvazimatlar - 1440

6. Optik və digər cihazlar - 81

7. Zirehli texnika - 22

8. Avtomobil texnikası - 75

9. Qoşqu - 21
25-09-2023, 19:30
Xankəndində yanacaqdoldurma stansiyasında partlayış baş verdi


Xankəndində yanacaqdoldurma stansiyasında partlayış baş verdi

Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.
Təfərrüatlar dəqiqləşdirilir.
25-09-2023, 19:16
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı


Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola salıb.
25-09-2023, 18:49
Azərbaycanla Türkiyə arasənda 3 sənəd imzalandı


Azərbaycanla Türkiyə arasənda 3 sənəd imzalandı

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar.
“Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzaladılar.
25-09-2023, 18:32
Ermənistanın artıq səmimi addımlar atmasını gözləyirik - Ərdoğan


Ermənistanın artıq səmimi addımlar atmasını gözləyirik - Ərdoğan

Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında səsləndirib.
“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir.
25-09-2023, 17:53
Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi


Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi

Qarabağ separatçılarının keçmiş başçısı Arkadi Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirib.
Qukasyan bu barədə erməni jurnalistin sualına cavabında deyib.
O, Qarabağdan gedib-getməyəcəyi ilə bağlı suala belə cavab verib:
“İndi sizi ən çox maraqlandıran nədir? Mən buradayam. Vəziyyəti müzakirə edirik”.
A.Qukasyan 1997-ci ildən 2007-ci ilədək Qarabağ separatçılarına başçılıq edib. O, azərbaycanlılara qarşı bir sıra ağır cinayətlərdə iştirak edib.
25-09-2023, 17:12
Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşdi


Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşdi

Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşib.
Bu barədə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib.
Məlumata görə, jurnalistin orqanizmində gedən proseslər onun digər ayağının da amputasiyasına zərurət yaradıb.
Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!