Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
19-11-2023, 20:40
Xaçmazda sənədsiz silahlar polisə təhvil verildi


Xaçmazda sənədsiz silahlar polisə təhvil verildi

Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 2 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir
19-11-2023, 20:21
Boksçumuz erməni rəqibini məğlub etdi, qızıl medala yiyələndi


Boksçumuz erməni rəqibini məğlub etdi, qızıl medala yiyələndi

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, finalda ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələn yığmamızın lideri Nicat Hüseynov (51 kq) rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çempionatda 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov isə gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.
Bir il əvvəl Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.
19-11-2023, 17:30
İraq Prezidenti Ümummilli Liderin məzarını ziyarət etdi


İraq Prezidenti Ümummilli Liderin məzarını ziyarət etdi

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.
Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
18-11-2023, 16:33
XİN: “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”


XİN: “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Ermənistan Müdafiə Nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda deyilir.
18-11-2023, 16:01
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi


“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədin 1.0.6-cı və 1.0.7-ci maddələr aşağıdakı redaksiyada verilib:
“1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;
1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır”.
18-11-2023, 15:40
Azərbaycanlq sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilərik - Paşinyan


Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ bilərik - Paşinyan

"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
"Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Nə yaxşı ki, Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə Azərbaycan Prezidenti arasında keçirilən görüşdə baş verib",- Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, söhbət üç əsas prinsipdən gedir:
- Ermənistan Respublikası və Azərbaycan Respublikası qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisi və Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi.
- Tərəflər delimitasiyanı Almatı Bəyannaməsi (SSRİ dövründə Ermənistan və Azərbaycan arasında mövcud olan sərhədlərlə) əsasında həyata keçirilməsinə razılaşırlar.
- Regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyası əsasında açılır, kommunikasiyalar isə qarşılıqlı münasibətlər əsasında fəaliyyət göstərir.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər.
18-11-2023, 15:10
Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi - VİDEO


Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10m² sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


18-11-2023, 14:43
Zakir Həsənov rəhbər heyətlə döyüş hazırlığını yoxladı - VİDEO


Zakir Həsənov rəhbər heyətlə döyüş hazırlığını yoxladı - VİDEO

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.
General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.
Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.
Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.

18-11-2023, 14:00
ATƏT PA-nın payız sessiyası işə başladı - Azərbaycan iştirak etmədi


ATƏT PA-nın payız sessiyası işə başladı - Azərbaycan iştirak etmədi

Noyabrın 18-də İrəvanda ATƏT PA-nın payız sessiyası işə başlayıb.
Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən sessiya noyabrın 20-dək davam edəcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının payız sessiyası “ATƏT böhran anlarında: Parlament Assambleyasının daxili və xarici çağırışlara qarşı mübarizədə rolu” devizi ilə keçirilir.
Ermənistan 57 üzv dövlətin nümayəndə heyətlərindən 300-ə yaxın deputat qəbul edir.
Sessiyada Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də müzakirə olunacaq, ikitərəfli görüşlər təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti İrəvana getməkdən imtina edib. Bununla bağlı Bakıdan ATƏT PA-ya göndərilən məktubda Azərbaycan tərəfinin Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatlıq ifadə olunub.
18-11-2023, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu[/size]

Noyabrın 19-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!