Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                       
8-08-2025, 14:55
Bakıda yeni velosiped zolağı


Bakıda yeni velosiped zolağı

Bakı şəhərində kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Bildirilir ki, hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə aparılır.
Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

8-08-2025, 14:17
Zəngəzur dəhlizi artıq qlobal xarakterli məsələdir


Zəngəzur dəhlizi artıq qlobal xarakterli məsələdir

“Zəngəzur dəhlizinin açılması post-münaqişə dövründə Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma gündəliyinin vacib tərkib hissəsidir”.
Bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O bildirib ki, hələ torpaqlarımız işğal altında olduğu dövrdə belə, BMT Təhlükəsizlik Şurasının qətnamələri, xüsusilə 874 saylı Qətnamə regionda blokadanın aradan qaldırılmasını, dövlətlərarası və kommunikasiya əlaqələrinin bərpasını tələb edirdi:
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra isə Zəngəzur dəhlizinin açılması prosesi daha da aktuallaşdı və bu məsələ uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməyə başladı.
Bu mənada, Zəngəzur dəhlizinin ikitərəfli - Ermənistan-Azərbaycan çərçivəsində və ya ABŞ kimi beynəlxalq aktorların vasitəçiliyi ilə keçirilən görüşlərdə müzakirə olunması və bu istiqamətdə konkret addımların atılması tamamilə təbii və zəruri bir prosesdir. Çünki sülh müqaviləsinin imzalanması hələ regionda de-fakto sülhün real və davamlı sülhə çevrildiyi anlamına gəlmir. Bu bir prosesdir və bu prosesin davamlı və etibarlı olması üçün qarşılıqlı etimad tədbirləri həyata keçirilməlidir”.
Millət vəkili qeyd edib ki, etimad tədbirlərinə iqtisadi, tranzit və logistika layihələri də daxildir:
“Belə layihələr təkcə iqtisadi fayda verməklə kifayətlənmir, həm də tərəflər arasında qarşılıqlı inamın formalaşmasına ciddi töhfə verə bilər.
Bununla yanaşı, Zəngəzur dəhlizi artıq Ermənistan-Azərbaycan sülh gündəliyini aşaraq regional, hətta qlobal xarakterli məsələ səviyyəsinə yüksəlib. Bu dəhlizin istifadəyə verilməsi ilə yalnız Azərbaycanın qərb rayonlarının Naxçıvanla maneəsiz və təhlükəsiz şəkildə birləşməsi deyil, eyni zamanda Azərbaycanın Türkiyə və oradan Avropaya alternativ çıxış imkanları da gündəmə gəlir. Bu isə bir sıra regional və qlobal aktorlar üçün strateji əhəmiyyət daşıyır və bu da öz növbəsində dəhlizin açılmasını şərtləndirən əsas amillərdən hesab olunub”.
O eyni zamanda əlavə edib ki, hazırda regionda formalaşmış yeni siyasi reallıqlar Zəngəzur dəhlizinin açılmasını zəruri edən əsas faktorlardandır.
“Bu reallıq göstərir ki, dəhliz təkcə region ölkələrinin deyil, eyni zamanda daha geniş coğrafiyada yerləşən dövlətlərin əməkdaşlığı üçün strateji əhəmiyyətə malik uzunmüddətli bir platforma rolunu oynayacaq.
Zəngəzur dəhlizinin daha bir əhəmiyyətli tərəfi isə Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, onun yalnız Şərq-Qərb nəqliyyat dəhlizinin vacib bir seqmenti deyil, eyni zamanda Şimal-Cənub dəhlizinin şaxələndirilmiş qolu kimi çıxış etməsidir. Gələcəkdə bu dəhliz vasitəsilə İran üzərindən Fars körfəzinə, Türkiyə vasitəsilə isə Aralıq dənizinə çıxış imkanları formalaşacaq. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin də dünya bazarlarına alternativ çıxışına şərait yaradacaq”.
R.Nəbiyev həmçinin vurğulayıb ki, dəhlizin təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələ Azərbaycan Respublikasının suveren hüquqları çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən təmin ediləcək. Azərbaycanın əsas və haqlı tələbi isə ondan ibarətdir ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilsin.
8-08-2025, 14:11
"Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər" - Azərbaycanlı əsir


"Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər" - Azərbaycanlı əsir

Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.
İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır. “Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər”, - deyə o bildirib.
Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
8-08-2025, 13:45
Xankəndidə diaspor gəncləri idmançılarla görüşdü - FOTO


Xankəndidə diaspor gəncləri idmançılarla görüşdü - FOTO

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində növbəti görüş təşkil olunub. Bu dəfə düşərgə iştirakçıları Azərbaycanın tanınmış idmançıları və idman jurnalistləri ilə bir araya gəliblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tanınmış idman jurnalistləri Gündüz Abbaszadə və İlkin Xəlilovun moderatorluğu ilə keçirilən görüşdə paraatlet Lamiyə Vəliyeva, güləşçilər Rafiq Hüseynov və Mariya Stadnik iştirak ediblər.
İdmançılar görüş zamanı şəxsi təcrübələrini bölüşüb, gənclərin suallarını cavablandırıblar. Onlar əldə etdikləri nailiyyətlərdən danışaraq, uğur qazanmaq üçün intizamlı çalışma və məqsədyönlü inkişafın vacibliyini vurğulayıblar. İdmançıların tövsiyələri düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb və panel müzakirələrlə davam edib.
Qeyd edək ki, avqustun 3-dən 9-dək Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub. Düşərgədə 61 ölkədən 128 gənc iştirak edir. Əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında təşkil olunub, indiyədək 60-dan çox ölkədən 700-dən artıq gənc bu layihəyə qatılıb.




8-08-2025, 13:29
Qarabağ Universitetində yenilik


Qarabağ Universitetində yenilik

“Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi (ASM) olacaq və burada həm ilkin, həm də ikinci, üçüncü səviyyəli səhiyyə xidmətləri göstəriləcək”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində klinikanın baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, universitetin tələbələri ASM təcrübəsini, sadəcə klinikanın Ailə Sağlamlıq Mərkəzində deyil, Qarabağ regionundakı bütün ASM-lərdə keçəcəklər: “ASM təcrübəsi qazanmaq, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq. Təbii ki, bizim fərqli bölümləri olan öz xəstəxanamız var, orada onlar kifayət qədər təcrübə qazanacaqlar. Amma ASM təcrübəsi, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq.
Qarabağda – Bərdə, Ağdam, Laçın, Zəngilanda, Xankəndi və onun ətrafındakı ərazidə tibbi xidmət göstərən bütün ASM-ləri də tələbələrimizin təcrübə keçəcəyi yer kimi görürük. Bu yolla həm icmaya töhfə verəcəklər, həm də əla öyrənmək imkanlarından istifadə edəcəklər. Biz onları həmin mərkəzlərə tam hazırlıqlı göndərəcəyik. Simulyasiya mərkəzində öyrənəcək, öz xəstəxanamızda mütəxəssislərimizin nəzarəti altında öyrəndiklərini tətbiq etdikdən sonra ASM-lərdə işləyib orada həkimlərə kömək edəcəklər. Beləliklə, tələbələrimiz təcrübəsini ASM-lərdə icma ilə bərabər keçəcəklər. Bu, tələbələrimizin müstəqil həkim kimi yetişməsinə imkan yaradacaq. Onlar ASM-lərdə təcrübəli həkimin nəzarəti altında müstəqil işləyəcəklər”.
8-08-2025, 12:59
Əlini pəncərədən çölə çıxaran sürücülərə XƏBƏRDARLIQ


Əlini pəncərədən çölə çıxaran sürücülərə XƏBƏRDARLIQ

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür hallarla bağlı sürücülərə xəbərdarlıq edib.
Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcəkdir.
DYP sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.
8-08-2025, 12:32
Temperatur 5 dərəcə enəcək - Sabahın havası


Temperatur 5 dərəcə enəcək - Sabahın havası

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
8-08-2025, 12:19
Metroda doğulan uşaq süni nəfəs aparatına qoşuldu - TƏBİB


Metroda doğulan uşaq süni nəfəs aparatına qoşuldu - TƏBİB

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Qeyd olunub ki, tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
"Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.
Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb".
Qurumdan o da qeyd oluub ki, dərhal hadisə yerinə briqada cəlb olunub:
"Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb.
Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub".
8-08-2025, 12:18
“Hər şey yaxşı olacaq” - Hökumənin DOĞUM GÜNÜDÜR


“Hər şey yaxşı olacaq” - Hökumənin DOĞUM GÜNÜDÜR

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.
1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonra isə stüardessa kimi işləməyə başlayıb.
Hökümə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığına görə həlak olub.
O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.
8-08-2025, 12:10
Həmin uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək


Həmin uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək

Bu gün Bakı Metropoliteni stansiyalarında bir ilk yaşanıb.
Bunu Bakı Metropoliteni Qapalı Səhndar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Anar Zamanov mediaya açıqlamasında deyib.
O qeyd edib ki, stansiya əməkdaşlarının operativ müdaxiləsi sayəsində təcili yardım çağırılıb, doğuş uğurla başa çatdırılıb: "Bakı Metropolitenin kollektivi təkcə texniki təhlükəsizliyə deyil, sərnişinlərin təhlükəsizliyinə də diqqətlə yanaşır. Metropolitendə doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edə biləcək".
Anar Zamanov bildirib ki, ailəyə kiçik hədiyyələr də təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!