Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
11-09-2025, 16:47
Sabah Hadruta ikk köç olacaq


Sabah Hadruta ikk köç olacaq

Xocavənd rayonunun Hadrut qəsəbəsinə "Böyük Qayıdış" başlayır.
Sabah qəsəbəyə ilk köç yola salınacaq.
Əsasən respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr qəsəbəyə köçürüləcək.
Xatırladaq ki, Hadrut qəsəbəsi 8 oktyabr 2020-ci ildə işğaldan azad edilib.
11-09-2025, 16:32
Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO


Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO

Son günlər Azərbaycanda teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Məlumata görə, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.
ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər.




11-09-2025, 16:10
Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü


Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əmək haqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.
Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
11-09-2025, 16:04
Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü


Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
11-09-2025, 15:30
Dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verildi


Dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verildi

Bakı və Abşeronun su təminatı üçün dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verilib.
Bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı panel müzakirələrində deyib.
O bildirib ki, layihədə həm şəhər və sənaye sularının təmizlənməsi, həm də kənd təsərrüfatı məqsədli su istifadəsinin səmərəliliyi təmin olunur: "Layihədə özəl investorların iştirakı ilə suyun istehsalı və istifadəsində səmərəliliyi artırır, dövlət isə yalnız zəmanət təminatını həyata keçirir".
Z.Dibirov əlavə edib ki, alternativ su mənbələrindən və innovativ yanaşmalardan danışmazdan əvvəl, ölkədə su ehtiyatlarının nə qədər olduğunu və onlardan necə istifadə edildiyini dərk etmək vacibdir: "Hazırda istifadə olunan suyun təxminən 50 %-i proses zamanı itirilir, dünya miqyasında isə bu göstərici 30-40 %-dir. Bu itkilərin əsas səbəbi düzgün istifadə və köhnəlmiş infrastrukturla bağlıdır. 2022-ci ildə qəbul olunmuş dövlət-özəl tərəfdaşlığı (PPP) qanunu çərçivəsində ilk PPP layihələrinə start verilib. Bu layihələr köhnəlmiş infrastrukturların yenilənməsi, özəl sektorun təcrübəsinin ölkəyə gətirilməsi və suyun düzgün idarə olunmasını təmin edir. Suyun 70 %-i təsərrüfat məqsədli, xüsusilə suvarma üçün istifadə olunur və gələcəkdə investorlar daha çox bu istiqamətdə cəlb ediləcək".
O qeyd edib ki, PPP layihələri vasitəsilə kanalların düzgün idarə olunması, əhaliyə suyun operativ çatdırılması və itkilərin minimuma endirilməsi təmin olunacaq: "Gələcək illərdə PPP layihələrinin siyahısı hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və suyun daha səmərəli və dayanıqlı idarə olunması təmin ediləcək".
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
11-09-2025, 15:26
Azərbaycanla Özbəkistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər


Azərbaycanla Özbəkistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamanı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu barədə Özbəkistan XİN başçısı "X"də yazıb.
Bildirilib ki, Azərbaycan-Özbəkistan tərəfdaşlığının mövcud vəziyyəti və ümidverici gələcəyi, eləcə də regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparılıb:
"Dinamik siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin irəlilədilməsi xüsusi vurğulandı. Tarixi bağlar və ortaq maraqlar üzərində qurulmuş strateji əlaqələri və müttəfiqliyi daha da dərinləşdirməyə dair birgə öhdəliyimizi bir daha təsdiqlədik".
10-09-2025, 23:07
Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi


Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.
İqtisadiyyat.az-a müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.
O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.
“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.
Bağçadan isə bildirilib ki, uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Qeyd olunub ki, görüntülərin əvvəl kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür.

10-09-2025, 22:21
Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək


Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək

Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi həm regionun ticarət, həm də enerji təhlükəsizliyi baxımından strateji layihə kimi dəyərləndirilir.
"Anadolu" agentliyində dərc edilən məqalədə bildirilir, dəhliz Orta Dəhlizin əsas hissəsi olaraq Türkiyənin Avrasiyada enerji və logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
Avqust ayında Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə dəhlizin praktiki addımları atılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin yalnız Türkiyə deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.
ODTÜ professoru Oktay Tanrıseverin sözlərinə görə, Zəngəzur dəhlizi Xəzər enerji resurslarını Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün ən qısa marşrutdur. Onun fikrincə, layihənin strateji əhəmiyyəti həm tranzit ölkələrin sayının azalması, həm də Rusiyanın təsir dairəsindən daha uzaq olması ilə bağlıdır:
“Dəhliz gələcəkdə neft, qaz və elektrik ötürülməsi üçün istifadə edilə bilər. Amma bunun üçün təhlükəsizlik təmin olunmalı və siyasi sabitlik güclənməlidir.”
Tanrısever əlavə edib ki, Avropa İttifaqı və ABŞ dəhlizi Rusiyadan asılı olmayan enerji marşrutu kimi gördükləri üçün siyasi dəstək verirlər. Lakin konkret enerji xətlərinin istifadəyə verilməsi üçün ən azı 3–5 il vaxt lazım ola bilər.
ASBÜ professoru Levent Aydın isə bildirib ki, TANAP, Türk Axını və BTC kimi əsas enerji kəmərləri artıq Türkiyəni “enerji körpüsü”nə çevirib. Zəngəzur dəhlizi bu marşrutlara əlavə bir “halqa” ola bilər:
“Layihə açıldıqda yalnız yük daşımaları deyil, həm də boru kəmərləri, elektrik ötürmə xətləri və rəqəmsal kommunikasiya üçün yeni bir strateji infrastruktur formalaşacaq.”
Onun sözlərinə görə, yaxın perspektivdə dəhliz üzərindən Türkmən qazının da daşınması mümkündür.
O qeyd edib ki, ABŞ dəhlizi Rusiyanın enerji təsirini zəiflətmək, Aİ isə Ukrayna müharibəsindən sonra enerji asılılığını azaltmaq üçün dəstəkləyir. Çin isə dəhlizi “koridor müharibələrinin yeni cəbhəsi” kimi görür və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bölgəyə sərmayələr yatırır.
Ekspertlərə görə, yaxın illərdə dəhliz üzərindən əsasən yük daşımalarının başlanması gözlənilir. Enerji infrastrukturunun formalaşması isə siyasi sabitlik və regional razılaşmalardan asılı olaraq 5–10 il müddətində reallaşa bilər.
Beləliklə, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türkiyənin və bütövlükdə regionun gələcəyinə təsir göstərəcək strateji layihə kimi qiymətləndirilir.
10-09-2025, 21:59
Kanaldan meyit tapıldı


Kanaldan meyit tapıldı

Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Rayonun Yenikənd kəndində suvarma kanalında kişi meyiti aşkarlanıb.
Cəsədin Salyan sakini, 2006-cı il təvəllüdlü Babaşzadə Ramil Əhməd oğluna məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
10-09-2025, 20:50
Zərdabda qız qaçıran şəxs həbs edildi


Zərdabda qız qaçıran şəxs həbs edildi

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!