Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
23-12-2025, 16:18
Ağdamda istehsal müəssisəsinin təməli qoyuldu - FOTO


Ağdamda istehsal müəssisəsinin təməli qoyuldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
“Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.



23-12-2025, 16:15
Prezident Ağdamda müəssisənin açılışında - FOTO


Prezident Ağdamda müəssisənin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.
“Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.






23-12-2025, 16:09
Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU


Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.
23-12-2025, 16:06
Füzulidə əməliyyat - İranlı narkotacir həbs olundu


Füzulidə əməliyyat - İranlı narkotacir həbs olundu

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində tutulub.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İranlı narkotacirlə ölkə daxili və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

23-12-2025, 16:02
Kollecə məxsus kompüterlər direktorun evində tapıldı


Kollecə məxsus kompüterlər direktorun evində tapıldı[/color]

Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir.
23-12-2025, 15:51
Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi


Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

23 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunu qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.
İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpa olunan enerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimada və bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığın önəmi qeyd edilib.
Nazir Ceyhun Bayramov səfiri post-münaqişə dövründə regionda formalaşmış vəziyyət və yeni reallıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
22-12-2025, 17:00
Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var?


Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, əhalinin artımı üçün bir sıra aktiv proqramlar mövcuddur:
"Bu gün ölkədə sosial təminat sisteminin mühüm bir istiqaməti uşaqlı ailələrə yönəlib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət ödənilir. Ünvanlı yardım proqramı ilə əhatə olunan ailələrin üzvlərinin böyük əksəriyyəti uşaqlardır və həmin ailələrdəki 1 yaşınadək uşaqlara əlavə olaraq aylıq müavinət verilir.
Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Son illər ardıcıl sosial islahatlar nəticəsində qeyd olunan ödənişlərdə dəfələrlə artıma nail olunub. Həmçinin çoxuşaqlı analara daha erkən dövrdə yaşa görə pensiya hüququ verilir.
Digər tərəfdən, qanunvericilikdə hamilə, 14 yaşına çatmamış uşağı və yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşağını təkbaşına böyüdən valideynlər üçün əmək münasibətlərində bir sıra güzəştlər də nəzərdə tutulub.
Bundan başqa, nazirlik tərəfindən cəmiyyətdə uşaqların, xüsusilə qız övladlarının dəyərinin yüksəldilməsi, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinin təşviqi, həmçinin reproduktiv sağlamlıq və analığın mühafizəsi istiqamətləri üzrə də mütəmadi olaraq maarifləndirici və məlumatlandırıcı layihələr və tədbirlər də həyata keçirilir".
Xatırladaq ki, 2015-ci il iyulun 1-dən etibarən 5-dən çox uşağı olan ailələrə hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.
22-12-2025, 16:44
Bakıda xəstəxanadan oğurluq edildi


Bakıda xəstəxanadan oğurluq edildi

Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib.
Zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb.
Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.
Araşdırma aparılır.
22-12-2025, 16:33
Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB


Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB

Ermənistanın Azərbycandan idxal etdiyi "Aİ-95" markalı benzinin satış qiyməti açıqlanıb.
Bu barədə Ermənistanın "Birlik Qanadları" siyasi təşəbbüs qrupunun üzvü Raffi Aslanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sabahdan etibarən idxal olunan "Aİ-95" benzini "Run Oil" şirkətinin yanacaqdoldurma məntəqələrində satılacaq və premium benzinin qiyməti 440 dram (1,97 manat) olacaq.
Xatırladaq ki, Azərbaycanda "Aİ-95" markalı benzinin satış qiyməti 1,60 manat təşkil edir.
22-12-2025, 16:26
Dəmir Yolları maliyyə vəziyyətini açıqladı


Dəmir Yolları maliyyə vəziyyətini açıqladı

Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.
Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.
Ötən il ADY 446,246 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,65 % çoxdur.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!