Nazir iclas çağırdı - Polisə tapşırıq verdi .....                        Bakıda iki dost alim vəfat etdi .....                        Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO .....                        “Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı .....                        Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı .....                        Pakistanda 5,5 bal gücündə zəlzələ .....                        Şabranda ər arvadını bıçaqladı .....                        Ermənistanda rektor, prorektor və bir neçə əməkdaş saxlanıldı .....                        Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq .....                       
16-08-2022, 15:07
"Qarabağ" daha 2500 bileti satışa çıxardı


"Qarabağ" daha 2500 bileti satışa çıxardı

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə Bakıdakı ilk matçına Çexiyadan azarkeşlər gəlməyəcək. Bu barədə "Qarabağ"ın mətbuat xidməti açıqlama yayıb. UEFA ilə əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlər üçün satışa çıxarılacaq. Fanatlar həmin biletləri iticket.az saytından və kassalardan ala bilərlər. Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).
"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.
16-08-2022, 15:02
Generaldan sərhəd açıqlaması: Sentyabrın 1-dək...


Generaldan sərhəd açıqlaması: Sentyabrın 1-dək...

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı məhdudiyyət yoxdur. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.
16-08-2022, 14:59
FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi


FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi

Yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. FHN-dən bildirilib ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. Belə ki, avqustun 16-na olan məlumata əsasən, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir. Ötən gün Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar isə ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.
16-08-2022, 14:56
Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandı


Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandı

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.





16-08-2022, 14:52
Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb


Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib. Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
16-08-2022, 14:50
Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi


Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi

Dövlət Sərhəd Xidmətinin vəzifəsi qarşısına qoyulan tapşırıqları, yeni qəbul olunmuş qərarları icra etməkdən ibarətdir. Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov avqustun 16-da keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, DSX dövlət sərhədini müəyyən edən qurum deyil. “Düzdür, delimitasiya ilə bağlı Komissiyada təmsil olunur. Qərar nə olarsa, biz bunu yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - deyə rəis müavini bildirib. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov isə tədbirdə digər maraqlı məqama toxunub. O bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi ilə bağlı məsələ də delimitasiya mövzusudur. Xatırladaq ki, Qazax rayonunun işğal altında olan 7 kəndi aşağıdakılardı:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

16-08-2022, 14:47
Sabahın havası - 42 dərəcə isti olacaq


Sabahın havası - 42 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz isə 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz isə 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq. Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir şərq küləyi güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.
16-08-2022, 14:41
Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlama


Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlama

Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri Füzuli Beynəlxalq Hava Limanıdır. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. DSX rəsmisi bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.
16-08-2022, 14:36
5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıb


5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıb

Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib. DSX rəsmisi qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
16-08-2022, 14:33
Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda


Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!