Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
26-08-2022, 17:44
BDU-dan müəllimlərin işdən çıxarılması ilə bağlı açıqlama


BDU-dan müəllimlərin işdən çıxarılması ilə bağlı açıqlama

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir”. Bunu Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib. Onun sözlərinə görə, bu müqavilələr müddətli olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. “Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.
26-08-2022, 17:34
Türkiyəli jurnalist “Qarabağ”a görə üzr istədi


Türkiyəli jurnalist “Qarabağ”a görə üzr istədi

Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib. Onun belə səhvə yol verməsi sosial şəbəkələrin Azərbaycan seqmentində etirazlara səbəb olub. Butov.az xəbər verir ki, haqlı etirazlardan sonra Gürcan Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etməsinə görə üzr istəyib. “Sevgili qardaşlarım, əsəbinizi anlayıram. Canınız sağ olsun. Gecə saat 01:30-da yorğunluq var idi. Qarabağ – Qaradağ (Monteneqro) deyərkən qarışdırdım. Buna görə üzr istəyirəm. Haqqınızı halal edin”, - türkiyəli jurnalist sosial şəbəkə hesabında yazıb.
26-08-2022, 16:36
Çempionlar Liqasının püşkü atıldı


Çempionlar Liqasının püşkü atıldı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Butov.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) kollektivi Almaniya "Bavariya"sı, İspaniya "Barselona"sı və İtaliya "İnter"i ilə birlikdə C qrupunda mübarizə aparacaq.
A qrupu: "Ayaks" (Niderland), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Reyncers" (Şotlandiya)
B qrupu: "Portu" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Almaniya), "Brügge" (Belçika)
C qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya)
D qrupu: "Ayntraxt" (Frankurt, Almaniya), "Tottenhem" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa)
E qrupu: "Milan" (İtaliya), "Çelsi" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya)
F qrupu: "Real Madrid" (İspaniya), "Leyptsiq" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya)
G qrupu: "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Kopenhagen" (Danimarka)
H qrupu: PSJ (Fransa), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Makkabi" (Hayfa, İsrail)
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.
26-08-2022, 16:24
İrəvan xanının nəticəsi Qarabağda


İrəvan xanının nəticəsi Qarabağda

İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə qonağa ətraflı məlumat verib. Füzuli hava limanı ilə tanış olarkən Əmir Əli Sərdari İrəvani ilk təəssüratlarını Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb. O bildirib ki, Bakıya ilk dəfə iki il öncə səfər edib: “Qarabağa səfərim arzu olaraq qalırdı. İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma eyni zamanda biz belə tikilini də görürük (hava limanını nəzərdə tutur). Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, - deyə İrəvan xanının varisi hisslərini ifadə edib. Qeyd edək ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.



26-08-2022, 16:20
Əli Əsədov belaruslu həmkarı ilə görüşüb


Əli Əsədov belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb. Bu barədə Nazirlər kabinetindən məlumat verilib. Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
26-08-2022, 16:07
Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü


Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib. Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olunub. Görüşdə həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.
24-08-2022, 23:51
Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı


Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir. Butov.az xəbər verir ki, Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib. Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub. Digər cüdoçumuz Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb. Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.
24-08-2022, 23:49
ABŞ yeni müharibəyə hazırlaşır


ABŞ yeni müharibəyə hazırlaşır

Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsindən sonra müxtəlif müharibələrdə bu və ya digər şəkildə iştirak edib. Bu sırada 1953-cü ildə Koreya, 1970-ci illərdə Vyetnam, 2000-ci illərdə İraq, Əfqanıstan müharibələrində iştirakını göstərə bilərik. Bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın yeni müharibə hazırlığından danışarkən deyib. Siyasi şərhçi vurğulayıb ki, siyahıya Amerikanın hərbi müdaxilələrini və hibrid müharibələrdə iştirakını da əlavə etmək mümkündür: "Misal üçün Kreml hesab edir ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı hibrid müharibə aparır. ABŞ Suriya müharibəsində birbaşa iştirak etməsə də, terrorçu PKK və onun törəmələri vasitəsilə Əsəd rejiminə qarşı mübarizə aparır. ABŞ-ın 1980-ci illərdə kiçik Qrenada adasına desant çıxarmasını və Panada hakimiyyət dəyişikliyini də hərbi müdaxilə saymaq olar. Hazırda Amerika üçün durum daha kritikdir. Amerika bir tərəfdən Ukraynada işğalçı müharibə aparan Rusiyaya, digər tərəfdən Tayvanı hərbi mühasirədə saxlayan və adanı ələ keçirməyə çalışan Çinə qarşı mübarizə aparmaq məcburiyyətindədir. Rusiya və Çin nə Qrenadadır, nə də Panama, hər ikisi nüvə silahına malik dövlətdir. Buna baxmayaraq, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində Rusiya və Çinlə birbaşa toqquşmanın analizləri aparılır". E.Şahinoğlu xatırladıb ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” qəzetinə müsahibəsində ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik” - deyən Kissincer Vaşinqtonun ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib çıxardığını vurğulayıb. "Henri Kissincerin vəzifə başında olduğu illərdə başlıca məqsədi iki böyük kommunist ölkəsi – SSRİ ilə Çinin bir-birinə yaxınlaşmasının qarşısını almaq idi. Kissincer buna nail oldu. Vaşinqton Pekinlə yaxınlaşaraq Çinlə SSRİ-nin yaxınlaşmasına imkan vermədi. Ancaq sonrakı illərdə və SSRİ-nin dağılmasıyla Vaşinqton bu konsepsiyadan imtina etdi və bu gün Çin SSRİ-nin varisi Rusiya ilə strateji əlaqələr qurub. Bu arada, Kremlin Ukraynada başlatdığı işğalçı müharibə fonunda Rusiya ilə Çin arasındakı ticarət əlaqələrinin həcmi artıb. Ötən il bu həcm 140 milyard dollar civarında idi. Bu ilin 7 ayında ticarət həcmi 100 milyarda yaxınlaşıb. Bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 29 fazi çoxdur. Kisincerin mübarizəsi məhz buna qarşı idi", - politoloq dünyanın gündəmində olan geosiyasi prosesləri şərh edib.

24-08-2022, 23:45
SOCAR Qazaxıstan şirkəti ilə müqavilə imzaladı


SOCAR Qazaxıstan şirkəti ilə müqavilə imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "QazaqGaz" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SOCAR-dan məlumat verilib. SOCAR ilə "QazaqGaz" arasında əməkdaşlığın inkişaf perspektivlərinə, nəzərdə tutulan layihələrin icrasını həyata keçirmək məqsədilə işçi qruplarının yaradılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Görüşün yekununda SOCAR və “QazaqGaz” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur. Memorandum, həmçinin tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!