Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
23-09-2022, 18:36
Azərbaycan Avropa liderlərinin görüşünə dəvət olundu


Azərbaycan Avropa liderlərinin görüşünə dəvət olundu

Avropa İttifaqı tərəfindən təşkil edilən Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, iclasa İttifaqın 27 üzvü ilə yanaşı 17 ölkə dəvət olunub. Dəvət məktubları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Çexiyanın Baş naziri, Avropa İttifaqının müddətli prezidenti Petr Fiala tərəfindən imzalanıb. İclasa dəvət olunan ölkələr Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və Britaniyadır.
22-09-2022, 22:29
Laçın şəhərində məktəb tikiləcək - 800 min manat ayrıldı


Laçın şəhərində məktəb tikiləcək - 800 min manat ayrıldı

Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
22-09-2022, 22:28
İki qurum arasında müqavilə imzalanıb


İki qurum arasında müqavilə imzalanıb

Qovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.
Bu barədə Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələrin qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.




22-09-2022, 22:27
Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artırır


Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artırır

Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq. Bunu energetika naziri Pərviz Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransında deyib. "Əgər keçən il tədarükün həcmi 8,2 milyard kubmetr təşkil edirdisə, bu il tədarük 40 faiz artaraq, demək olar ki, 11,5 milyard kubmetrə çatacaq. Bu o deməkdir ki, biz təbii qazın nəqlini təmin etmək üçün mümkün olan hər şeyi edirik", - nazir çıxışında bildirib.
22-09-2022, 22:25
Prezident BDYPİ ilə bağlı fərman imzaladı


Prezident BDYPİ ilə bağlı fərman imzaladı

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Daxili İşlər Nazirliyi bu Fərmanda nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə əlavə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda qeyd olunan dövlət orqanları (qurumları) həmin Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməli, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görməlidirlər. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
22-09-2022, 22:15
Xaricdən ölkəyə maşın gətirənlərin nəzərinə


Xaricdən ölkəyə maşın gətirənlərin nəzərinə

Gömrük rəsmiləşdirilməsindən keçərək ölkəyə gətirilmiş nəqliyyat vasitələri barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil ediləcək. Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumat, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı, həmçinin sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdiyi şəxs barədə müvafiq məlumatlar da sistemə daxil ediləcək.
22-09-2022, 22:08
Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı


Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb. Butov.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko Morlakki, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber, 19. David Dyuriş, 20. Kristian Herts
Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
22-09-2022, 22:05
KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi


KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib. Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib. Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb. Səfərin digər detalları hələlik məlum deyil.
22-09-2022, 21:54
Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video


Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video

Bu gün Şabran rayonunun Aygünlü kəndi ərazisində ağır yol qəzası baş verib. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Butov.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər meyvə bağlarında çalışan fəhlələr olub. Onlar Quba rayonundan qayıdarkən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəzaya düşənlərdən bəziləri qadınlardır. Hadisə zamanı xəsarət alan şəxslər Şabran rayon sakinləridir. Qeyd edək ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

22-09-2022, 21:51
Maşın nömrələri elektron qaydada veriləcək


Maşın nömrələri elektron qaydada veriləcək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!