Nazir iclas çağırdı - Polisə tapşırıq verdi .....                        Bakıda iki dost alim vəfat etdi .....                        Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO .....                        “Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı .....                        Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı .....                        Pakistanda 5,5 bal gücündə zəlzələ .....                        Şabranda ər arvadını bıçaqladı .....                        Ermənistanda rektor, prorektor və bir neçə əməkdaş saxlanıldı .....                        Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq .....                       
7-08-2022, 18:45
Mahir Məmmədov yüksək vəzifəyə seçildi


Mahir Məmmədov yüksək vəzifəyə seçildi

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir. Butov.az xəbər verir ki, ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb. Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb. Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
7-08-2022, 18:38
Müdafiə Nazirliyi Ermənistanı ifşa etdi: Yalandır!


Müdafiə Nazirliyi Ermənistanı ifşa etdi: Yalandır!

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - nazirlikdən bildirilib.
7-08-2022, 18:32
Yenə yağış yağacaq - Sabahın havası

Yenə yağış yağacaq - Sabahın havası

Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 30-33° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunudan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
7-08-2022, 18:25
İranın hərbi gəmiləri Bakıya gəldi


İranın hərbi gəmiləri Bakıya gəldi

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.




7-08-2022, 18:12
Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı


Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Butov.az-ın məlumatına görə, 35 yaşlı baş hakim Rumıniyada “Styaua” və Slovakiyanın “Dunayska Streda” komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda “Styaua” 1:0 hesablı qələbə qazanıb.
7-08-2022, 17:20
Bakıda vicdansızlığın bariz nümunəsi - "uşaq" pişiyi yandırıb öldürdü


Bakıda vicdansızlığın bariz nümunəsi - "uşaq" pişiyi yandırıb öldürdü

Bakıda heyvana qarşı qəddarlıq edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində pişik yandırılaraq öldürülüb. Hadisə şahidləri bildiriblər ki, pişiyi azyaşlı "uşaq" yandırıb.
7-08-2022, 17:05
Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...


Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri kifayət qəfər məhsuldar keçib. Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər. Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil. Soçi görüşünün əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda dünyada baş verən qlobal böhran fonunda müxtəlif tərəflərin fikir ayrılıqları iri və ya kiçik lokal problemlərin yaranmasına səbəb olur. Bunun fonunda çox fərqli, özünəməxsus siyasəti ilə səciyyələnən ölkələrin başçıları nəinki bir araya gəlir, eyni zamanda ziddiyyətli məsələləri birgə həll edirlər. Deməli, danışıqlar əsasında problemlərin həlli mümkündür. Türkiyə və Rusiyanın mürəkkəb oyunçular olduğunu deyən politoloq hesab edir ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflərin ortaq məxrəcə gələ bilmələri müsbət haldır: “Belə deyə bilərik ki, çox fərqli, bəzi hallarda ziddiyyətli siyasət aparırlar. Ancaq danışırlar, ortaq məxrəcə gəlirlər, eyni zamanda ortaq layihələr həyata keçirirlər. Necə olur ki, Türkiyə kimi oyunçu ilə Rusiya danışa bilir, ortaq məxrəcə gələ bilir, mürəkkəb məsələlərdə anlaşmaya gələ bilir, ancaq digər ölkələr bunu bacarmırlar?Aydındır, çox vaxt Rusiyanın yürütdüyü siyasəti əsas gətirib, onu günahlandırırlar. Rusiyanın siyasəti çox təhlükəlidir və mənfi nəticələrə səbəb olur. Bəs niyə Türkiyə və Azərbaycanla münasibətlərdə bunu görmürük? Deməli, burada başqa problem var. Problem də ondan ibarətdir ki, daha böyük oyunçular Rusiya və Rusiya kimi ölkələrlə normal qarşılıqlı maraqlara əsaslanan əlaqələrdən boyun qaçırırlar. Nəticədə ortada dayanan ölkələr bu siyasətin qurbanına çevrilirlər. Ona görə də Soçi görüşünün indiki dönəmdə əsas geosiyası mahiyyəti iki fərqli siyasətçinin görüşüb anlaşa bilməsindən ibarətdir”.



İlqar Vəlizadə Türkiyənin danışıqlarda öz maraqlarını qoruduğunu sözlərinə əlavə edib: “Konkret məsələlərə gəlincə, biz bilirik ki son aylar ərzində Türkiyə Suriyada mürəkkəb və həlledici antiterror əməliyyatı keçirmək niyyətindədir. Türkiyə fikrindən dönməyib. Ancaq son görüşdə Türkiyə Rusiyanın narahatlığını nəzərə aldı. Eyni zamanda onu da demək lazımdır ki, Rusiya da Türkiyənin mövqeyini nəzərə aldı, nəticədə Suriya məsələsində ortaq mövqeyə gələ bildilər. Razılığa əsasən, Türkiyə indiki durumda əməliyyat aparmayacaq. Digər tərəfdən Türkiyəyə qarşı proseslər getsə, Ankara hərəkətə keçməyə bilməz. Ona görə də Rusiya müəyyən məsələlərdə zəmanətçi qismində çıxış edir. Rusiya zəmanət verir ki, bu dövrdə xoşagəlməz hadisə baş verməyəcək. Yəni demək istəyirlər ki, "mənim ərazimdə kürd terrorçular sənə hansısa təhdid, problem yaratmayacaq". Əlbəttə, bu aralıq anlaşmasıdır. Son nəticə deyil. Əməliyyat plandadır. Ancaq tərəflər bunu həyata keçirməyib. İstisna deyil ki, geosiyası vəziyyət pisləşə bilər. İndi heç kim istəmir ki, dünyada olan problemlərə birini də əlavə etsin. Cənubi Qafqazda zaman-zaman xoşagəlməz hallar baş verir. Həm Türkiyə, həm Rusiya istəyir ki, vəziyyət yaxşılaşsın, kommunikasiyalar açılsın. Həm də çalışırlar ki, üçüncü tərəfdən bölgəyə təsirli müdaxilə olmasın. Çox güman ki, bu məsələdə də razılıq əldə olunub”.



Politoloq Türkiyə və Rusiya arasında qaz razılaşmasının önəmini xüsusilə vurğulayıb: “Burada qaz məsələsi önəmlidir. Rusiya tərəfi açıq deyib ki, Avropa İttifaqı indiyədək qaz ixrac etməyimizə görə Türkiyəyə sağ ol deməlidir. Burada, əlbəttə həqiqət də var. O cümlədən, taxıl ixracı ilə bağlı məsələ də onu göstərir ki, Türkiyənin vasitəçiliyi həlledici rol oynayır. Türkiyə və Rusiyanın nüfuzu olan ölkələrdə nisbi sakitlik yaşanır. Buna misal olaraq Cənubi Qafqazı, Şimali Suriyanı və başqalarını göstərə bilərik”. Qeyd edək ki, Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb. "Financial Times" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.

6-08-2022, 16:41
Babadağda itkin düşən 3 nəfər xilas edildi


Babadağda itkin düşən 3 nəfər xilas edildi

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Nicat, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır. Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb. Əlavə məlumat veriləcək.
6-08-2022, 16:36
Qazimizə sinir nəql edildi


Qazimizə sinir nəql edildi

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib. Butov.az xəbər verir ki, İnstitutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib. Qeyd edək ki, Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdi. ETTOİ-nin həkim müayinəsi nəticəsində qaziyə sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulub. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdı. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunub. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək.
6-08-2022, 16:34
Ərdoğan hərbçimizin şəhid olmasından danışdı


Ərdoğan hərbçimizin şəhid olmasından danışdı

Ermənistanın üçtərəfli bəyanatın şərtlərini dərhal yerinə yetirməsi çox vacibdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. "İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarında heç bir qanunsuz silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir", - deyə Ərdoğan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!