Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
26-08-2022, 20:32
Laçına müvəqqəti komendant təyin olundu


Laçına müvəqqəti komendant təyin olundu

Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
26-08-2022, 20:30
Zabux, Sus və digər kəndlər bərpa olunacaq


Zabux, Sus və digər kəndlər bərpa olunacaq

Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olması ilə bağlı tviter hesabındakı paylaşımı növbəti qürurverici günün yaşanmasına səbəb oldu. Bunu açıqlamasında Milli Məclisin Laçından seçilən depututı Mahir Abbaszadə deyib. Deputat vurğulayıb ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən çıxaraq, yeni yola yerləşiblər. “Laçın dəhlizinə alternativ yol çəkilib, Rusiya sülhməramlıları artıq yeni yolun mühafizəsini həyata keçirəcəklər. Ona görə də Laçının şəhər mərkəzində, Zabux və Susda qeyri-qanuni məskunlaşmış, şərq ölkələrindən aldadılaraq gətirilmiş ermənilər bu əraziləri tərk etməli olublar. Bu gün Azərbaycan tarixinin yaddaqalan günlərindən birini yaşayırıq. Doğma şəhərimiz artıq bizim nəzarətimizdədir. Bizə bu sevinci yaşatdığına görə, bütün laçınlılar adından Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk". M.Abbaszadə vurğulayıb ki, Laçın şəhərinin mərkəzi və kəndlərinin Ermənistanla sərhəddə yerləşməsi bu ərazilərin strateji əhəmiyyətə malik olmasından xəbər verir: “Laçın şəhərinin və kəndlərin Azərbaycana qaytarılması bu ərazilərdən məcburi köçkün düşmüş, 30 il ağır psixoloji şəraitdə yaşamış insanların öz ata-baba yurdlarına qayıtması ilə bağlı ümidlərini daha da artırdı. Biz Laçınlılar hesab edirik ki, bundan sonrakı dönəmdə Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Sus, Zabux və digər kəndlər bərpa olunacaq. Dağılmış iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq, orada daimi yaşayacaqlar. Bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycan bayrağı oradan heç vaxt endirilməyəcək”. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

26-08-2022, 20:28
Üç rayonda qanunsuz ağac kəsənlərə cinayət işi açıldı


Üç rayonda qanunsuz ağac kəsənlərə cinayət işi açıldı

Nəsimi, Yevlax və Xaçmazda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğa daxil olan vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Yevlax və Xaçmaz, habelə paytaxtın Nəsimi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalarla Nəsimi rayonunda “Şərq İnşaat” MTK-nın icrasinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-yə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan, Xaçmaz rayonunun ərazisində yerləşən Xaçmaz meşəbəyliyinin 1 və 6 saylı dolaylarında isə meşə fonduna daxil olan ağac və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib. Müəyyən edilib ki, qanunsuz əməllər nəticəsində ümumilikdə 42 min manatdan çox məbləğdə ziyan dəyib. Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
26-08-2022, 20:25
Operativ Qərargahdan vaksin açıqlaması


Operativ Qərargahdan vaksin açıqlaması

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1301 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 854 508, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 080, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 988, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 674 təşkil edir.

26-08-2022, 20:22
Yoluxanların bu günə olan statistikası


Yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. İndiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9796 nəfər vəfat edib, aktiv xəstə sayı 3667 nəfərdir. Son sutka ərzində 3659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.

26-08-2022, 20:02
Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq


Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

Xarici işlər naziri Ceyhun Bayramov Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib. Butov.az xəbər verir ki, nazir bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb. "Laçın artıq Azərbaycanın nəzarəti altındadır. Buna görə də Azərbaycan xalqını təbrik edirəm. 1992-ci ildən bəri zorla sürgün edilən şəhər sakinləri evlərinə qayıdacaq. Laçın digər azad edilmiş ərazilər kimi yenidən bərpa olunacaq",- paylaşımda deyilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
26-08-2022, 19:58
DTX Laçın şəhərində fəaliyyətə başladı


DTX Laçın şəhərində fəaliyyətə başladı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb. Butov.az xəbər verir ki, bu gün Azərbaycanın nəzarətinə qaytarılan Laçın şəhərində DTX-nın idarəsi açılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

26-08-2022, 19:53
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu


Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

Ukrayna xalqının azadlıq mübarizəsi uğrunda daha bir soydaşımız həlak olub. Butov.az xəbər verir ki, məlumatı Ukraynada yaşayan azərbaycanlılar sosial şəbəkədə ictimailəşdiriblər. Bu, Hüseynov Səid Vasif oğludur. Onun könüllü şəkildə savaşa qatıldığı və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olduğu bildirilib. Allah rəhmət eləsin…
26-08-2022, 19:50
Ordumuz Laçın şəhərinə belə daxil olub


Ordumuz Laçın şəhərinə belə daxil olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Butov.az xəbər verir ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

26-08-2022, 19:46
Rusiya mediasından Azərbaycana qarşı təxribat


Rusiya mediasından Azərbaycana qarşı təxribat

Rusiya mediasında Azərbaycana qarşı növbəti dəfə təxribata yol verilib. Bu gün Prezident İlham Əliyevin Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı açıqlama dərc olunub. Politoloq Nikita Buranov təxribat xarakterli açıqlamasında Azərbaycanın Qarabağı hərbi güclə "zəbt etdiyini" deyib. “Təəssüflə bildirirəm ki, Azərbaycan Qarabağda öz gücündən istifadə edib. Azərbaycan hər zaman öz məqsədini aydın bildirib. Qarabağı zəbt etmək istədiyini bildirib.Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Bizim orada yerləşdirdiyimiz Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Azərbaycan tərəfi heç bir güzəştə getmir və getməyəcək”, - məlum açıqlamada deyilir. Qeyd edək ki, “Duma TV” Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!