Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
26-08-2022, 19:43
Yanan meşələrin xəritəsi hazırlanacaq


Yanan meşələrin xəritəsi hazırlanacaq

"Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payızda - ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək". Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".
26-08-2022, 19:28
Sabah hava necə olacaq?


Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Sabah cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.
26-08-2022, 19:27
FHN-in texnikaları və şəxsi heyət Laçına göndərilib


FHN-in texnikaları və şəxsi heyət Laçına göndərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam olunub. Bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.
26-08-2022, 19:25
Son günlər 779 hektar meşə yanıb


Son günlər 779 hektar meşə yanıb

"Son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir". Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yanğına məruz qalan 891 hektar ərazi bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir: "Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir".
26-08-2022, 19:22
Milli Meşə Proqramı 8 illik nəzərdə tutulub


Milli Meşə Proqramı 8 illik nəzərdə tutulub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlanıb. Butov.az xəbər verir ki, sözügedən proqram Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim olunub.
26-08-2022, 19:13
Bu il yanğınlarda 29 nəfər ölüb


Bu il yanğınlarda 29 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yanğınlarda 29 nəfər həlak olub. Bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavini qeyd edib ki, yanğınlar avqustun 14-dən etibarən daha çox şimal bölgəsində baş verib: "Həmin zonadakı bütün rayonlarda yanğın baş verib. Ümumilikdə, 2022-ci ildə Azərbaycanda 10 900 yanğın hadisəsi olub. Əksəriyyəti meşə və meşə massivi ərazisində qeydə alınıb. Yanğınlar zamanı 2318 biçilmiş taxıl zəmiləri yanıb".
26-08-2022, 19:06
Meşə yanğınları rekord həddə çatıb - Nazir müavini


Meşə yanğınları rekord həddə çatıb - Nazir müavini

2022-ci ildə Avropada baş verən meşə yanğınları son 15 ildə rekord həddə çatıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. O qeyd edib ki, yanğınlar nəticəsində 700 min hektar meşə ərazisi yanıb: "Azərbaycanda isə bu il 5100 hektar ərazidə yanğın olub. Bunun 1600 hektarını meşə ərazisi təşkil edir. Yanğınlar qısa zamanda az risklər və təsirlərlə söndürülüb".
26-08-2022, 19:02
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi - İlham Əliyev


Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş. Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım edib. Butov.az paylaşımı təqdim edir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

26-08-2022, 18:12
Yanğınlara qarşı kosmik vasitələrdən istifadə edilir


Yanğınlara qarşı kosmik vasitələrdən istifadə edilir

"Yanğınların və digər təbiət hadisələrinin monitorinqində, qarşısının alınmasında, dəyən ziyanın qiymətləndirilməsində kosmik vasitələrdən istifadə edilir". Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Nazir müavini yanğınlarla bağlı əhaliyə çağırış edib: "Kosmik avadanlıqlar yanğınların söndürülməsində də əhəmiyyətli rol oynayır. İstənilən halda meşə yanğınları ilə mübarizə aparılmalıdır".
26-08-2022, 18:01
Laçın şəhərinin yeni görüntüləri


Laçın şəhərinin yeni görüntüləri

Laçın şəhərinin yeni videogörüntüləri yayılıb. Butov.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videonu avtomobillə şəhərdə hərəkətdə olan azərbaycanlı lentə alıb. Kadrlarda ermənilərin tərk etdikləri evlər də əks olunub. Həmin görüntüləri təqdim edirik:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!