Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
7-08-2022, 18:12
Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı


Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Butov.az-ın məlumatına görə, 35 yaşlı baş hakim Rumıniyada “Styaua” və Slovakiyanın “Dunayska Streda” komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda “Styaua” 1:0 hesablı qələbə qazanıb.
7-08-2022, 17:20
Bakıda vicdansızlığın bariz nümunəsi - "uşaq" pişiyi yandırıb öldürdü


Bakıda vicdansızlığın bariz nümunəsi - "uşaq" pişiyi yandırıb öldürdü

Bakıda heyvana qarşı qəddarlıq edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində pişik yandırılaraq öldürülüb. Hadisə şahidləri bildiriblər ki, pişiyi azyaşlı "uşaq" yandırıb.
7-08-2022, 17:05
Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...


Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri kifayət qəfər məhsuldar keçib. Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər. Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil. Soçi görüşünün əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda dünyada baş verən qlobal böhran fonunda müxtəlif tərəflərin fikir ayrılıqları iri və ya kiçik lokal problemlərin yaranmasına səbəb olur. Bunun fonunda çox fərqli, özünəməxsus siyasəti ilə səciyyələnən ölkələrin başçıları nəinki bir araya gəlir, eyni zamanda ziddiyyətli məsələləri birgə həll edirlər. Deməli, danışıqlar əsasında problemlərin həlli mümkündür. Türkiyə və Rusiyanın mürəkkəb oyunçular olduğunu deyən politoloq hesab edir ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflərin ortaq məxrəcə gələ bilmələri müsbət haldır: “Belə deyə bilərik ki, çox fərqli, bəzi hallarda ziddiyyətli siyasət aparırlar. Ancaq danışırlar, ortaq məxrəcə gəlirlər, eyni zamanda ortaq layihələr həyata keçirirlər. Necə olur ki, Türkiyə kimi oyunçu ilə Rusiya danışa bilir, ortaq məxrəcə gələ bilir, mürəkkəb məsələlərdə anlaşmaya gələ bilir, ancaq digər ölkələr bunu bacarmırlar?Aydındır, çox vaxt Rusiyanın yürütdüyü siyasəti əsas gətirib, onu günahlandırırlar. Rusiyanın siyasəti çox təhlükəlidir və mənfi nəticələrə səbəb olur. Bəs niyə Türkiyə və Azərbaycanla münasibətlərdə bunu görmürük? Deməli, burada başqa problem var. Problem də ondan ibarətdir ki, daha böyük oyunçular Rusiya və Rusiya kimi ölkələrlə normal qarşılıqlı maraqlara əsaslanan əlaqələrdən boyun qaçırırlar. Nəticədə ortada dayanan ölkələr bu siyasətin qurbanına çevrilirlər. Ona görə də Soçi görüşünün indiki dönəmdə əsas geosiyası mahiyyəti iki fərqli siyasətçinin görüşüb anlaşa bilməsindən ibarətdir”.



İlqar Vəlizadə Türkiyənin danışıqlarda öz maraqlarını qoruduğunu sözlərinə əlavə edib: “Konkret məsələlərə gəlincə, biz bilirik ki son aylar ərzində Türkiyə Suriyada mürəkkəb və həlledici antiterror əməliyyatı keçirmək niyyətindədir. Türkiyə fikrindən dönməyib. Ancaq son görüşdə Türkiyə Rusiyanın narahatlığını nəzərə aldı. Eyni zamanda onu da demək lazımdır ki, Rusiya da Türkiyənin mövqeyini nəzərə aldı, nəticədə Suriya məsələsində ortaq mövqeyə gələ bildilər. Razılığa əsasən, Türkiyə indiki durumda əməliyyat aparmayacaq. Digər tərəfdən Türkiyəyə qarşı proseslər getsə, Ankara hərəkətə keçməyə bilməz. Ona görə də Rusiya müəyyən məsələlərdə zəmanətçi qismində çıxış edir. Rusiya zəmanət verir ki, bu dövrdə xoşagəlməz hadisə baş verməyəcək. Yəni demək istəyirlər ki, "mənim ərazimdə kürd terrorçular sənə hansısa təhdid, problem yaratmayacaq". Əlbəttə, bu aralıq anlaşmasıdır. Son nəticə deyil. Əməliyyat plandadır. Ancaq tərəflər bunu həyata keçirməyib. İstisna deyil ki, geosiyası vəziyyət pisləşə bilər. İndi heç kim istəmir ki, dünyada olan problemlərə birini də əlavə etsin. Cənubi Qafqazda zaman-zaman xoşagəlməz hallar baş verir. Həm Türkiyə, həm Rusiya istəyir ki, vəziyyət yaxşılaşsın, kommunikasiyalar açılsın. Həm də çalışırlar ki, üçüncü tərəfdən bölgəyə təsirli müdaxilə olmasın. Çox güman ki, bu məsələdə də razılıq əldə olunub”.



Politoloq Türkiyə və Rusiya arasında qaz razılaşmasının önəmini xüsusilə vurğulayıb: “Burada qaz məsələsi önəmlidir. Rusiya tərəfi açıq deyib ki, Avropa İttifaqı indiyədək qaz ixrac etməyimizə görə Türkiyəyə sağ ol deməlidir. Burada, əlbəttə həqiqət də var. O cümlədən, taxıl ixracı ilə bağlı məsələ də onu göstərir ki, Türkiyənin vasitəçiliyi həlledici rol oynayır. Türkiyə və Rusiyanın nüfuzu olan ölkələrdə nisbi sakitlik yaşanır. Buna misal olaraq Cənubi Qafqazı, Şimali Suriyanı və başqalarını göstərə bilərik”. Qeyd edək ki, Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb. "Financial Times" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.

6-08-2022, 16:41
Babadağda itkin düşən 3 nəfər xilas edildi


Babadağda itkin düşən 3 nəfər xilas edildi

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Nicat, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır. Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb. Əlavə məlumat veriləcək.
6-08-2022, 16:36
Qazimizə sinir nəql edildi


Qazimizə sinir nəql edildi

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib. Butov.az xəbər verir ki, İnstitutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib. Qeyd edək ki, Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdi. ETTOİ-nin həkim müayinəsi nəticəsində qaziyə sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulub. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdı. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunub. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək.
6-08-2022, 16:34
Ərdoğan hərbçimizin şəhid olmasından danışdı


Ərdoğan hərbçimizin şəhid olmasından danışdı

Ermənistanın üçtərəfli bəyanatın şərtlərini dərhal yerinə yetirməsi çox vacibdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. "İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarında heç bir qanunsuz silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir", - deyə Ərdoğan bildirib.
6-08-2022, 16:28
Atasının silahı ilə özünü öldürdü


Atasının silahı ilə özünü öldürdü

Ağstafada intihar hadisəsi baş verib. Butov.az-ın məlumatına görə, hadisə rayonun Köçvəlili kəndində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib. Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb. Faktla bağlı araşdırmalar aparılır. İntiharın səbəbi hələlik məlum deyil.
6-08-2022, 16:23
Avropa Azərbaycandan qaz idxalını artırıb


Avropa Azərbaycandan qaz idxalını artırıb

2022-ci ilin ikinci rübündə Avropanın Azərbaycandan qaz idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 milyard kubmetr artıb. Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) hesabatında deyilir. Qeyd olunur ki, hesabat dövründə qeyri-Rusiya mənbələrindən boru kəmərləri ilə idxal il ərzində 3,8 milyard kubmetr (10 faiz) artaraq 41,1 milyard kubmetr təşkil edib. "Norveçdən tədarük 4,5 milyard kubmetr, Azərbaycandan 0,9 milyard kubmetr artıb. Eyni zamanda Şimali Afrikadan tədarük 1,6 milyard kubmetr azalıb. 2021-ci ilin ikinci rübündə Trans-Adriatik boru kəmərinin (TAP) nəql gücü artmaqda davam edirdi. TAP tam buraxılış gücünə 2021-ci ilin dördüncü rübündə çatıb. Ona görə də, qışın əvvəlində bu marşrutla qaz tədarükünün illik müqayisədə artımını gözləmək olmaz", - hesabatda deyilir.
6-08-2022, 16:20
Babadağda itkin düşənlərdən birinin meyiti tapıldı


Babadağda itkin düşənlərdən birinin meyiti tapıldı

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb. Butov.az-ın xəbərinə görə, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA-nın yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər. Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Xilasetmə işləri görülür.
6-08-2022, 16:17
Şuşadakı konsert Şəhidlərə görə təxirə salındı


Şuşadakı konsert Şəhidlərə görə təxirə salındı

Bu gün Şuşada keçirilməsi nəzərdə tutulan Qala konsert təxirə salınıb. Bu barədə Azərbaycan Dövlət Televiziyası məlumat yayıb. “Şəhidlərimizin ruhuna hörmət olaraq, VIII “Muğam” Televiziya müsabiqəsinin qala konserti başqa tarixə keçirilib. Allah Şəhidlərimizə rəhmət eləsin”, – Az TV-nin məlumatında qeyd edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!