Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya .....                        Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?” .....                        Sahibə Qafarova COP30-da çıxış etdi .....                        Netanyahu barədə həbs qərarı verildi .....                        13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                       
17-06-2022, 09:26
Peşə Təhsil Mərkəzində "Açıq qapı"

Peşə Təhsil Mərkəzində "Açıq qapı"

10 iyun 2022-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü keçirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- Əli Axundov və həmin şöbənin müdir müavini Bəhmən Hüseynov, YAP Nizami rayon təşkilatının sədri- Ramil Vəlibəyov, Nizami Gənclər və idman idarəsinin rəis vəzifəsini icra edən – Vasif İsayev, Azərbaycanın şöhrət ordenli kulinarı- Tahir Əmiraslanov, “Tənhalara Dayaq" İctimai Birliyinin sədri- Xoşbəxt Seyidova və digər qeyri hökümət təşkilatlarının nümayəndələri, Şəhid məzunlarımızın valideynləri, İqtisad universiteti bölmə rəhbəri- dosent Mehriban Məhərrəmova və müəllimləri, işəgötürən təşkilatların nümayəndələri, Nizami rayonunda yerləşən bütün orta ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti və eyni zamanda Bakı şəhərinin digər rayonlarında yerləşən orta ümumtəhsil məktəbinin müəllim və şagird heyəti, uğurlu məzunlarımız, qazi məzunlarımız və valideynlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mahir Namazov açdı. Sonra isə qonaqların çıxışları dinlənildi. Tədbirdə iştirak edən şəhid məzunlarımızın valideynlərinə söz verildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
"Açıq qapı" gününün keçirilməsində əsas məqsəd tədbirdə iştirak edən səlahiyyətli rəsmi qonaqların mərkəzin rəhbərliyinin, mühəndis - pedaqoji heyətinin və tələbələrin fəaliyyəti ilə tanışlığına şərait yaratmaq və eləcə də orta ümumtəhsil məktəb şagirdlərinin və gənclərimizin peşə seçimində düzgün qərar verməsinə dəstək olmaqdır. "Açıq qapı" günündə mərkəzdə tədris olunan peşələr üzrə tələbələrin əl işləri sərgiləndi.
“Knauf” şirkətinin təyinatı ilə mərkəzdə tədris olunan "Quru inşaat ustası" ixtisası üzrə təhsil alan tələbələr quru inşaat materiallarından istifadə edərək inşa etdikləri "Ev modeli" ni sərgilədilər. "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru" və "Elektrik xətt quraşdırıcısı üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbələr qurulmuş "Ev modeli" nin elektrik xətlərinin çəkilməsini təmin etmiş və eyni zamanda yüksək professionallıqla yığdıqları müxtəlif elektrik sistemlərini nümayiş etdirdilər.

"Kompüter ustası" ixtisaslı tələbələr kompüterin işləmə sxemini real detallarla stend üzərində yığmış və "Qrafik dizayner" ixtisası üzrə təhsil alan tələbələr stend üzərində işləyən bu kompüterdə qrafik fayllarını nümayiş etdirmişlər.
Həmişə aktual olan "Aşpaz" ixtisası bu gün də öz reytinqini qoruyub saxladı. Tələbələrin yüksək peşəkarlıqla təqdim etdiyi ləziz təamlar tədbirin peşəkar qonaqları tərəfindən yüksək qiymətləndirildi. "Dərzi" və "Geyim üzrə dizayner" ixtisası üzrə təhsil alan tələbələr hazır əl işlərini nümayiş etdirdilər. Eko çantaların tikilməsi və geyimlərin konstruksiyasının çəkilməsi üzrə master klas təqdim etdilər. "Bərbər, vizajist və manükürçü" ixtisaslı tələbələr saçların kəsilməsi, saç düzümləri, manükür və tatuların çəkilməsi üzrə master klas göstərdilər.


Tədbirdə iştirak edən şagirdlərə və valideynlərə növbəti tədris ili üçün hazırlanmış bukletlərlər paylandı. Daha sonra isə "Anket sorğusu" blankı dolduruldu. Tədbirin səviyyəsi və əhəmiyyəti doldurulmuş blanklarda yüksək qiymətləndirilmişdir.
Sonda qeyd edək ki, Peşə Təhsil Mərkəzi olaraq ən ümdə məqsədimiz gələcək nəslin ilk növbədə vətənpərvər olması və düzgün peşə seçimidir.

17-06-2022, 08:03
“Gənclər Davamlı İnkişaf üçün”

“Gənclər Davamlı İnkişaf üçün”

Tovuzda “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin açılış mərasimi keçirilib.
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilib.
Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihə 3 mərhələdən ibarətdir. Layihənin hazırkı mərhələsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 nəfər gənc bir həftə müddətində seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə boyunca gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri haqqında yeni məlumatlar əldə edəcək, Dayanıqlı İnkişaf Məqsədlərinin regionlar üzrə tətbiq mexanizmləri mövzusunda praktiki tapşırıqlar icra edəcəklər.

Layihənin növbəti mərhələlərində isə gənclərin öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşməsi, habelə region gəncləri arasında sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.
Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığın təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.
17-06-2022, 07:57
QHT-də yeni təyinat


QHT-də yeni təyinat

İnsan Hüquqları və Qanunların Təbliği İB-də İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilib

İyunun 11-də İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin Ümumi Yığıncağının qərarı ilə Röya İsrafilova qurumun İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilib. Qərarda deyilir: “Röya İsrafilova İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin sədri yanında İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilsin”.
Qeyd edək ki, Röya İsrafilova 1991-ci ildə Saatlı rayonunun Nərimankənd kəndində anadan olub. Orta təhsilini həmin kəndin Murad Mehbalıyev adına tam orta məktəbində, ali təhsilini isə Bakı Qızlar Universitetinin jurnalistika fakültəsində alıb.
2017-ci ilin sentyabr ayından AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində mütəxəssis olaraq çalışır. 2018-ci ildə Azərbaycan televiziyasında “MZ Production”nın layihəsi olan “Müasir Azərbaycan Gənci” proqramında, “Yeni Media”, “Qəbələ TV”, “Dialoq TV” və digər internet kanallarında çalışıb. 2019-cu ildə AzTV-nin nəzdində fəaliyyət göstərən “Teleradio Akademiyası”nda ixtisas təhsili alıb.
Hal-hazırda müxtəlif internet kanalları və media orqanları ilə əməkdaşlıq edir.
Subaydır.
16-06-2022, 23:19
“Stop or Stop it” layihəsinə start verilir.

Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir
Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinə start verilir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən butov.az-a məlumat verilib ki, layihə çərçivəsində qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 25 nəfər gənc bullinqlə mübarizə, fizioqnomika, şəxsiyyət kimi formalaşma, “təlimçilər üçün təlim”, “nifrət nitqinə yox” və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.
Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər. Bullinq mövzusunun aktuallığını nəzərə alaraq layihənin həyata keçirilməsi nəticəsində gənclərin bu sahədə öz üzərində işləyərək təlimçi kimi formalaşması təmin ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!