31-07-2022, 19:35
Macarıstan Qran-prisinin qalibi məlum oldu"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi məlum olub.
Butov.az xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci yerə çıxıb. Finişə ikinci "Mercedes"in pilotu Lüis Hemilton çatıb. Onun komanda yoldaşı Corc Rassel isə yarışı üçüncü yerdə qərarlaşıb.
31-07-2022, 19:31
Cəlilabadda zəlzələ olduCəlilabad rayonunda 3,3 maqnitudalı zəlzələ olub.
Butov.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 km qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.