Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
13-10-2022, 22:13
“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi


“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi

Cəbrayıl rayonundan olan Qarabağ qazisi, 1-ci qrup əlil Nofəl Sərməst oğlu Salahov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, uzun müddət yataq xəstəsi olan N.Salahov ağır xəstəlikdən əziyyət çəkirdi. Butov.az-ın məlumatına görə, Nofəl Salahov Qarabağ hadisələri başlayandan bir müddət sonra, 1991-ci ilin noyabr ayında Vətənin müdafiəsinə qoşulan məşhur “Şıxov batalyonu”na yazılan ilk könüllülərdən olmuşdu. O, I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində, Kərkicahan və Daşaltı əməliyyatlarında, Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə, dogma Cəbrayıl rayonunun qorunmasında fəal şəkildə iştirak etmişdi. 1994-96-cı illərdə - atəşkəs rejimi dövründə Tərtər rayonunun Talış kəndi yaxınlığında gənc əsgərlərə döyüş təlimləri keçmişdi. 1996-cı ildə səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə üçün hospitala göndərilən Nofəl bir müddət sonra dəfələrlə yenidən döyüşən orduya qayıtmağa çalışsa da, buna icazə verilməmişdi. Ağır yataq xəstəsi olduğu vaxtlarda keçmiş döyüş yoldaşları Nofəldən xəbərsiz onun vəziyyəti barədə informasiyanı sosial şəbəkələrdə ictimaləşdirəndə, o bundan xəbər tutub etiraz etmiş və yazmışdı:“1-ci qrup əliləm. Amma heç vaxt öz səhhətimlə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişəm. Heç vaxt da belə fikirdə olmamışam. Döyüş əməliyyatlarında aldığım yaranı və səhhətimdə yaranmış ciddi problemləri Vətənimə və Dövlətimə xidməti borcumun nəticəsi kimi qəbul etmişəm. Eyni əqidə ilə də yaşayacam”. Mərhum qazi bu gün Sulutəpə qəbirastanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.




13-10-2022, 22:04
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu


Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
13-10-2022, 22:01
Rusiya XİN-dən ermənipərəst Makrona etiraz


Rusiya XİN-dən ermənipərəst Makrona etiraz

Fransanın Rusiyanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa düçar olacaq. Bunu Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. XİN rəsmisi bildirib ki, bu addım Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq. Zaxarova qeyd edib ki, Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir. “Fransa Prezidentinin uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron "Franse 2" kanalına müsahibəsində Azərbaycanla bağlı təxribatçı fikirlər səsləndirib.
13-10-2022, 21:59
Bakıda avtobus sürücüsü döyüldü


Bakıda avtobus sürücüsü döyüldü

Bakıda avtobus sürücüsü döyülüb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə 12 oktyabr 2022-ci il saat 20:14 radələrində “Kənan-2000”MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 DQN_li avtobus Koroğlu NMM-dən Qala Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istiyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda videodan göründüyü kimi şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

13-10-2022, 17:10
Miqrasiya haqqında əsasnaməyə dəyişiklik ediləcək


Miqrasiya haqqında əsasnaməyə dəyişiklik ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilir. Butov.az xəbər verir ki, komitə iclasının gündəliyinə 6 məsələ daxil edilib. İclasda aşağıdakı məsələlər müzakirə olunur:
1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13-10-2022, 17:06
Aktiv xəstə sayı 500-dən aşağı düşdü


Aktiv xəstə sayı 500-dən aşağı düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 virusundan ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 498 aktiv xəstə var. Bu günə qədər 9931 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2443, ümumilikdə 7 282 773 test icra olunub.

13-10-2022, 14:38
"Uşaqların kiber mühitdə təhlükəsizliyi" adlı layihənin icrasına başlanılıb

"Uşaqların kiber mühitdə təhlükəsizliyi" adlı layihənin icrasına başlanılıb

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihənin icrasına başlanılıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.
Hazırda layihə ilə bağlı təşkilatı işlər görülür. Layihə uşaqların təlim-tərbiyə prosesində təhlükəsiz İKT imkanlarından istifadə etməsi, uşaq və yeniyetmələrin zərəli informasiyalardan qorunması üçün maarifləndirmə işləri və virtual məkanda uşaqlar üçün daha əlverişli şəraitin yaradılmasından bəhs edir.
Layihənin müddəti 3 aydır və müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlar, yeniyetmələrin zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.
13-10-2022, 14:29
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış


DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış

Daxili İşlər Nazirliyi (DİN) bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə bağlı vətəndaşlara çağırış edib. DİN-dən verilən məlumata görə, oyunla əlaqədar stadionun daxilində, ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. "Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda vurğulanıb.
13-10-2022, 14:22
“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı


“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə turnirin rekorduna imza atıb. Butov.az xəbər verir ki, Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib. Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib. Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya Plzen” klubunu 4:2 hesabı ilə məğlub edib. Yulian Nagelsmanın komandasının heyətində Leon Goretska dubla, Sadio Mane və Tomas Müller hərəyə bir qola imza atıblar. Qeyd edək ki, “Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. O, beşinci turda “Barselona” ilə qarşılaşacaq.
13-10-2022, 14:13
Qarabağı minalardan təmizləmək üçün 25 milyard dollar lazımdır


Qarabağı minalardan təmizləmək üçün 25 milyard dollar lazımdır

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: “Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!