Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
8-09-2022, 23:07
Qarabağda aşkarlanan minaların sayı açıqlandı


Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
8-09-2022, 23:02
Bu rayon və şəhərlərdə pensiyalar ödənildi


Bu rayon və şəhərlərdə pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. Nazirlikdən verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
8-09-2022, 23:00
Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur


Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Azərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir: "Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".
8-09-2022, 22:57
Ermənistanda uşaqlara Azərbaycan dili öyrədilir


Ermənistanda uşaqlara Azərbaycan dili öyrədilir

Ermənistanda yuxarı sinif şagirdlərinə fakultativ fənn kimi Azərbaycan və türk dilləri tədris olunur. Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, nazirlik Azərbaycan və türk dillərini yuxarı siniflərdə istəyə uyğun olaraq, gürcü və fars dillərini isə əsas dil kimi öyrənməyi təklif edib: “44 günlük müharibə zamanı əmin olduq ki, azərbaycanlılar erməni dilində yaxşı danışır. Onlar Azərbaycan məktəblərində erməni dilini oxuyub və öyrənməkdə davam edirlər", - erməni nazir vurğulayıb.
8-09-2022, 22:54
Avropa Bankının prezidenti Azərbaycana gəlir


Avropa Bankının prezidenti Azərbaycana gəlir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək. Butov.az-ın məlumatına görə, səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək. AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir. Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir. AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.
8-09-2022, 22:52
Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib


Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.
8-09-2022, 22:47
Ərdoğan Putini müdafiə etdi: Haqlıdır...


Ərdoğan Putini müdafiə etdi: Haqlıdır...

“Rusiya Prezidenti Vladimir Putin iradlarında haqlıdır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ukraynadan ixrac olunan taxıl kasıb ölkələrə getmir: “Taxıl zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik". Ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunda çıxışı zamanı bildirmişdi ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan Afrika ölkələrinə deyil, Avropa İttifaqı ölkələrinə daşınır. Putin bu səbəbdən Ukraynadan taxıl daşınmasının məhdudlaşdırıla biləcəyini diqqətə çatdırıb.
7-09-2022, 20:34
Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı


Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı

Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. C.Bayramov həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib. Z.Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
7-09-2022, 20:32
Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib. Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
7-09-2022, 20:23
Ata evdən qaçan qızını namus üstündə öldürüb


Ata evdən qaçan qızını namus üstündə öldürüb

Bir neçə gündür ki, itkin kimi axtarışda olan Ağsu sakini qətlə yetirilib. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu gün 33 yaşlı Aybənizin qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi müəyyən edilib. Butov.az-ın əldə etdiyi məlumata görə, Aybəniz Abdullayeva Ağsunun Pirhəsənli kəndinin sakini olub. O, bir neçə il öncə həmin kənddə yaşayan bibisi oğlu ilə ailə həyatı qurub. Onların 7 yaşlı bir oğlu var. A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir, o, ara-sıra Ağsuya gedərək ailəsinə baş çəkirmiş. Qadın ərinin Bakıda olduğu gün - sentyabrın 2-də heç kimə demədən evdən qaçaraq Abşeron rayonuna gəlib. Aybəniz bir neçə gün kimliyi hələlik açıqlanmayan tanışının evində qalıb. Qızının evdən qaçmasından xəbər tutan Nazim Əliyev dərhal axtarışlara başlayıb. O, A.Abdullayevanın yerini müəyyən edərək, Abşerona yollanıb. N.Əliyev bu gün səhər saatlarında qızının qaldığı evi taparaq, onu bıçaqla qətlə yetirib. Qadının meyiti bu gün səhər saatlarında Bakı-Sumqayıt avtomobil yolunun kənarında aşkarlanıb. İlkin ehtimala görə, cinayət hadisəsi namus üstündə törədilib. Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!